Məhkəmə qərarları › İş №2(078)-1217/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1217/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1217/2021 13.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 2223 (iki min iki yüz iyirmi üç) manat, faiz borcuna görə 116.74 (bir yüz on altı manat yetmiş dörd qəpik) manat, cərimə borcuna görə 0.00 (sıfır) manat olmaqla cəmi 2339.74 (iki min üç yüz otuz doqquz manat yetmiş dörd qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" MM QBKT ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanılmış 10.07.2020-ci il tarixli **********2722 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 10 ay müddətinə, illik 29 % olmaqla 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında həmin tarixdə **********2***-******* və **********2***-******* saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclu hər ay 403 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Lakin hazırda cavabdehlər “Ödəniş cədvəlin”nə uyğun olaraq ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə Cavabdeh1 ilə "xxxx" MM QBKT arasında bağlanılmış 10.07.2020-ci il tarixli **********2722 saylı kredit müqaviləsinə əsasən 28.09.2021-ci il tarixinə Banka əsas borc üzrə 2223 (iki min iki yüz iyirmi üç) manat, faiz borcuna görə 116.74 (bir yüz on altı manat yetmiş dörd qəpik) manat, cərimə borcuna görə 0.00 (sıfır) manat olmaqla cəmi 2339.74 (iki min üç yüz otuz doqquz manat yetmiş dörd qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı təşkilat ərizəsndə müvafiq hüquq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat "xxxx" MM QBKTnə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclaslarına gəlməmiş, lakin təşkilatın nümayəndəsi R.Heydərov məhkəmənin ünvanına sonuncu dəfə 30.11.2021-ci il tarixli teleqram göndərmiş, teleqramda 13.12.2021-ci il tarixə təyin olunmuş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə "xxxx" MM QBKT-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilmiş iş üzrə Cavabdeh1 məhkəməyə verdiyi izahatında həqiqətən iddiaçı təşkilatla onun arasında 10.07.2020-ci il tarixli **********2722 saylı Kredit müqaviləsi bağlandığını, kredit müqaviləsinə əsasən bank tərəfindən ona biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 10 ay müddətinə, illik 29 % olmaqla 3500 (üç min beş yüz) manat məbləğində kredit verildiyini, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq digər cavabdehlər-atasıCavabdeh2 və anası-Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlandığını, aylıq 403 manat ödəniş etməli olduğunu, borcun ərinin ödədiyini, ərinin müddətdən artıq hərbi qulluqçu olduğunu, hazırda Sədərəkdə xidmət etdiyini, sonra vaxtlar ərinə nə qədər desə də aylıq ödənişləri ödəmədiyini, özünün heç yerdə işləmədiyini, ərinin tələbi ilə kredit götürdüyünü, pulu da ərinə verdiyini, ona görə də ərinin əmək haqqısına tutmanın yönəldilməsini xahiş etdiyini, borcu inkar etmədiyini, atasının bu məsələni eşidib narahat olduğunu, ona görə məhkəməyə gələ bilmədiyini bildirib, müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilmiş iş üzrə digər Cavabdeh3 məhkəməyə verdiyi izahatında Cavabdeh1 onun qızı olduğunu, qızının ailəsinə görə kredit götürərəkən ona zamin olduğunu, küərəkəninin borcu ödəməyəcəyini bilmədiyini, bilsəyi nə o, nə də ərinin zamin olmayaclarını bildirib, tutmanın küərəkəninin əmək haqqına yönəldilməsini və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə digər Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdehlərin izahatını dinləyib, iddiaçı təşkilatın teleqramını, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə araşdırması zamanı mülki işin materiallarına əlavə olunmuş 10.07.2020ci il tarixli **********2722 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə "xxxx" MM QBKT arasında 10.07.2020-ci il tarixli **********2722 saylı kredit müqaviləsi bağlanılmış, bu müqavilə əsasında bank tərəfindən borcluya 10 ay müddətinə, illik 29 % olmaqla 3500 manat məbləğində kredit verilmiş və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. İş materiallarına əlavə edilmiş 10.07.2020-ci il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər **********2722 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclu hər ay 403 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 10.07.2020-ci il tarixli **********2***-******* və **********2***-******* saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq iddiaçı təşkilatla digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" MM QBKT tərəfindən verilmiş 28.09.2021-ci il tarixli maliyyə arayışından belə müəyyən olunur ki, Cavabdeh1 ilə "xxxx" MM QBKT arasında bağlanılmış 10.07.2020-ci il tarixli **********2722 saylı kredit müqaviləsinə əsasən həmin tarixə cavabdehin "xxxx" MM QBKT-yə əsas borc üzrə 2223 (iki min iki yüz iyirmi üç) manat, faiz borcuna görə 116.74 (bir yüz on altı manat yetmiş dörd qəpik) manat, cərimə borcuna görə 0.00 (sıfır) manat olmaqla cəmi 2339.74 (iki min üç yüz otuz doqquz manat yetmiş dörd qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilələr üzrə götürmüş olduqları öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı təşkilat kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdehlər kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MM QBKTnin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2223 (iki min iki yüz iyirmi üç) manat əsas, 116.74 (bir yüz on altı manat yetmiş dörd qəpik) manat faiz borcu olmaqla cəmi 2339.74 (iki min üç yüz otuz doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MM QBKT-nin xeyrinə ödənilməlidir. Məhkəmə cavabdelərin izahatında borcun ödənilməsi üçün tutmanın kredit və zaminlik müqaviləsində adı göstərilməyən başqa şəxsin əmək haqqısına yönəldilməsi barədə bildirdikləri hallara münasibət bildirərək qeyd edir ki, məhkəmə mövcud tələb çərçivəsində işə baxır. Tələb kredit müqaviləsi üzrə yaranmış əsas borcun və faiz borcunun ödənilməsi tələbidir. Tələbə cavab verməli olan şəxslər isə kredit müqaviləsini və zaminlik müaviləsini imzalayan şəxslərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" MM QBKT tərəfindən "xxxx" ASC Naxçıvan filialına 23.09.2021-ci il tarixli, 005XOH********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2223 (iki min iki yüz iyirmi üç) manat əsas, 116.74 (bir yüz on altı manat yetmiş dörd qəpik) manat faiz borcu olmaqla cəmi 2339.74 (iki min üç yüz otuz doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MM QBKT-nin xeyrinə ödənilsin. İddiaçı "xxxx" MM QBKT tərəfindən "xxxx" ASC Naxçıvan filialına 23.09.2021-ci il tarixli, 005XOH********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar