Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-122/2021 10.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə iddiaçı təşkilat İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1901.20 manat məbləğində dəymiş ziyanın və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 1931.20 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx xxxxxx 2018-ci il tarixli, 95984 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında Qazın Alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etdiyini, həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********07920 nömrəli abonent kodu verildiyini, qeyd olunan ünvanda mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacının quraşdırıldığını, lakin cavabdehin Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla, həmçinin qaz sayğacına müdaxilə etməklə təbii qazı taladığını, İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halının aşkar olunaraq aktlaşdırıldığını, bu halı təsbitləyən fotolar çəkildiyini, qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edildiyini, cavabdehə Birliyin nümayəndələri tərəfindən 1901.20 manat pul məbləğinin könüllü ödənilməsinin təklif edildiyini, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyinin və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyinin izah edildiyini, cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurətinin yarandığını, cavabdeh tərəfindən qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün qaz paylayıcısının qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla, qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli olduğunu, bunları nəzərə alaraq, Cavabdeh tərəfindən təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 1901.20 manat məbləğində dəymiş ziyanın və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 1931.20 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat İddiaçınə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş lakin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində nümayəndə vasitəsilə ərizə ilə müraciət edərək iştirakları olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Cavabdeh məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, İddiaçı şirkətinin onun barəsində şikayət verdiyini, bunun düzgün olmadığını, 2018-ci ilin sonu ev aldığını, köhnə evə gətirib qaz sayğacı quraşdırdıqlarını, 2-3 gün sonra qışın günü sayğacın dayandığını, həmin sayğacı quraşdıran adama zəng vurduğunu, gəl düzəlt dediyini, adının Fərid olduğunu, gəlib sayğacı söküb yerə qoyduğunu, guya evdə körpə uşaq var, üşüməsinlər deyə birbaşa qoşduğunu, bunun getdiyini, səhər saat 9-da İddiaçı işçilərinin qapını döydüyünü, ona evdən sayğacı gətir, nə bildin ki evdədi, bəlkə oğurlayıblar dediyini, sonra gətir yoxsa səni cərimə edəcəyik deyə dirəşdiyini, onlara Fəridin sökdüyünü dediyini, Fərid bizim işçimiz deyil dediyini, ona belə bir tələ qurduqlarını, o gündən sonra Fəridi tapa bilmədiyini, onun gizləndiyini, onu çox incitdiklərini, xarab sayğacı qoyub sonra millətin başına oyun açdıqlarını bildirmişdir. İş materiallarında əlavə edilmiş: xx xxxxxx 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 95984 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında Qazın Alqı-satqısı barədə Müqavilə”yə əsasən, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. xx xxxx 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamənin və ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətinə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbbi qazdan istifadə olunduğu aşkar olunmuş, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, qanunsuz xəttin dərhal paylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsinin dayandırılması, itirilmiş 9720 m3 qazın bərpa edilməsi, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması, ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması, hesablanmış məbləğin ödənilməsi bildirilmişdir. xx xxxxx 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamənin və ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətinə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbbi qazdan istifadə olunduğu aşkar olunmuş, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, qanunsuz xəttin dərhal paylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsinin dayandırılması, itirilmiş 648 m3 qazın bərpa edilməsi, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması, ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması, hesablanmış məbləğin ödənilməsi bildirilmişdir. xx xxxxxx 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamənin və ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətinə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbbi qazdan istifadə olunduğu aşkar olunmuş, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, qanunsuz xəttin dərhal paylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsinin dayandırılması, itirilmiş 2532 m3 qazın bərpa edilməsi, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması, ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması, hesablanmış məbləğin ödənilməsi bildirilmişdir. xx xxxxxx 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamənin və ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətinə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbbi qazdan istifadə olunduğu aşkar olunmuş, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, qanunsuz xəttin dərhal paylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsinin dayandırılması, itirilmiş 1440 m3 qazın bərpa edilməsi, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması, ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması, hesablanmış məbləğin ödənilməsi bildirilmişdir. xx xxxxxx 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamənin və ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətinə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbbi qazdan istifadə olunduğu aşkar olunmuş, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, qanunsuz xəttin dərhal paylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsinin dayandırılması, itirilmiş 1440 m3 qazın bərpa edilməsi, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması, ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması, hesablanmış məbləğin ödənilməsi bildirilmişdir. xx xxxxxx 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamənin və ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətinə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbbi qazdan istifadə olunduğu aşkar olunmuş, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, qanunsuz xəttin dərhal paylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsinin dayandırılması, itirilmiş 1440 m3 qazın bərpa edilməsi, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması, ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması, hesablanmış məbləğin ödənilməsi bildirilmişdir. xx xxxx 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamənin və ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətinə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbbi qazdan istifadə olunduğu aşkar olunmuş, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, qanunsuz xəttin dərhal paylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsinin dayandırılması, itirilmiş 1296 m3 qazın bərpa edilməsi, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması, ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması, hesablanmış məbləğin ödənilməsi bildirilmişdir. xx xxxxxx 2019-cu il tarixli, 1333 nömrəli, xx xxxxxx 2019-cu il tarixli, 1380 nömrəli, xx xxxxxx 2020-ci il tarixli, 1465 nömrəli, xx xxxxxx 2020-ci il tarixli, 1560 nömrəli və xx xxxx 2020-ci il tarixli, 1710 nömrəli aktların surətinə əsasən, sayğacdan kənar qeyri-qanuni xətt kəsilmişdir. Məhkəmə işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1851.60 (min səkkiz yüz əlli bir manat altmış qəpik) manat məbləğində dəymiş ziyanın və 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 1881.60 (min səkkiz yüz səksən bir manat altmış qəpik) manat məbləğinə pulun məcburi qaydada tutularaq iddiaçı təşkilat İddiaçı ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, Dəymiş ziyanın bərpasına dair Tələbnamələrin və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların surətinə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbbi qazdan istifadə olunduğu aşkar olunmuş, sayğacdan kənar qeyriqanuni qaz xəttinin ləğv edilməsi, qanunsuz xəttin dərhal paylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsinin dayandırılması, itirilmiş qazın bərpa edilməsi, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması, ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması, hesablanmış məbləğin ödənilməsi bildirilmişdir. xx xxxxxx 2019-cu il tarixli, 1333 nömrəli, xx xxxxxx 2019-cu il tarixli, 1380 nömrəli, xx xxxxxx 2020-ci il tarixli, 1465 nömrəli, xx xxxxxx 2020-ci il tarixli, 1560 nömrəli və xx xxxx 2020-ci il tarixli, 1710 nömrəli aktların surətinə əsasən, sayğacdan kənar qeyri-qanuni xətt kəsilmişdir. xx xxxx 2019-cu il, xx xxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli tələbnamə və aktların surətinə və iddia ərizəsinə əsasən Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış məbləğ 1851.60 (min səkkiz yüz əlli bir manat altmış qəpik) manat təşkil edir. Həmçinin məhkəmə Cavabdeh məhkəməyə göndərdiyi ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, Cavabdeh ərizədə İddiaçı şirkətinin onun barəsində şikayət verdiyini, bunun düzgün olmadığını, 2018-ci ilin sonu ev aldığını, köhnə evə gətirib qaz sayğacı quraşdırdıqlarını, 2-3 gün sonra qışın günü sayğacın dayandığını, həmin sayğacı quraşdıran adama zəng vurduğunu, gəl düzəlt dediyini, adının Fərid olduğunu, gəlib sayğacı söküb yerə qoyduğunu, guya evdə körpə uşaq var, üşüməsinlər deyə birbaşa qoşduğunu, bunun getdiyini, səhər saat 9-da İddiaçı işçilərinin qapını döydüyünü, ona evdən sayğacı gətir, nə bildin ki evdədi, bəlkə oğurlayıblar dediyini, sonra gətir yoxsa səni cərimə edəcəyik deyə dirəşdiyini, onlara Fəridin sökdüyünü dediyini, Fərid bizim işçimiz deyil dediyini, ona belə bir tələ qurduqlarını, o gündən sonra Fəridi tapa bilmədiyini, onun gizləndiyini, onu çox incitdiklərini, xarab sayğacı qoyub sonra millətin başına oyun açdıqlarını bildirsə də, bu faktları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1851.60 (min səkkiz yüz əlli bir manat altmış qəpik) manat məbləğində dəymiş ziyanın və 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 1881.60 (min səkkiz yüz səksən bir manat altmış qəpik) manat məbləğinə pulun məcburi qaydada tutularaq iddiaçı təşkilat İddiaçı ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-122/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-122/2021
10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver