Məhkəmə qərarları › İş №2(078)-1220/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1220/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1220/2021 18.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n etdim: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1321.36 manat əsas borcun, 266.7 manat faiz borcunun, cəmi 1588.06 manat məbləğində kredit borcunun, dövlət rüsumunun, 0.40 manat xidmət haqqının tutulmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********36 saylı, 17 avqust 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 1400 manat məbləğində kredit verildiyini, Cavabdeh kredit vəsaitindən istifadə etdiyini, lakin kredit borcunu və hesablanmış faizləri ödəməkdən boyun qaçırdığını, cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclunun öz öhdəliklərini yerinə yetirmədiyini, borcun ödənişini təmin etmədiyini, cavabdehin "xxxx" ASC-yə 1321.36 manat əsas borc, 266.7 manat faiz borcu, cəmi 1588.06 manat məbləğində borcunun mövcud olduğunu, bunları nəzərə alaraq, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1321.36 manat əsas borcun, 266.7 manat faiz borcunun, cəmi 1588.06 manat məbləğində kredit borcunun, dövlət rüsumunun, 0.40 manat xidmət haqqının tutulmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "Yasamal" filialı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 17 avqust 2020-ci il tarixli, BPM**********36 nömrəli X1 Müqaviləsinə əsasən, bank müştəriyə şəxsi istehlak məqsədləri üçün 15000 (on beş min) manat məbləğindədək illik 24% ödəmək şərtilə kredit limiti ayırmağı, müştəri isə ayrılmış kreditdən təyinatına uyğun istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. 10 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1321.36 manat əsas borc və 266.7 manat faiz borcu olmaqla, cəmi 1588.06 manat borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 07 oktyabr 2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 11 oktyabr 2021ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 1321.36 (min üç yüz iyirmi bir manat otuz altı qəpik) manat əsas borc və 266.70 (iki yüz altmış altı manat yetmiş qəpik) manat faiz borcu olmaqla, cəmi 1588.06 (min beş yüz səksən səkkiz manat altı qəpik) manat məbləğində borc, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. 10 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1321.36 manat əsas borc və 266.7 manat faiz borcu olmaqla, cəmi 1588.06 manat borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Cavabdeh 1321.36 (min üç yüz iyirmi bir manat otuz altı qəpik) manat əsas borc və 266.70 (iki yüz altmış altı manat yetmiş qəpik) manat faiz borcu olmaqla, cəmi 1588.06 (min beş yüz səksən səkkiz manat altı qəpik) manat məbləğində borc, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar