Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1224/2021 11.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı təşkilatın nümayəndəsi X1, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4680 (dörd min altı yüz səksən) manat əsas borc, 2100 (iki min bir yüz) manat gecikdirilmiş penya, 1500 (bir min beş yüz) manat əldən çıxmış fayda, 200 (iki yüz) manat vəkil xərci və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, həmçinin 13 (on üç) manat notarius xərci olmaqla ümumilikdə 8523 (səkkiz min beş yüz iyirmi üç) manat pulun alınaraq İddiaçı MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçı təşkilatın nümayəndəsi X2 iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, İddiaçı MMC-nin təsisçisidir. Onunla Cavabdeh arasında 12 avqust 2020-ci il tarixdə kredit-satış müqaviləsi bağlanmış, müqavilənin şərtinə əsasən Redmi Note 9S markalı telefonu aylıq kredit şərti ilə 750 manata almış, bundan ilkin ödəniş daxil olmaqla 630 manatı ödəmiş və 120 manat borcu qalmışdır. Bundan əlavə 27 noyabr 2020-ci il tarixdə Galaxy A71 markalı telefonu 950 manata alaraq ilkin ödənişlə birlikdə 240 manat ödəmiş və 710 manat borcu qalmışdır. Əlavə olaraq 12 dekabr 2020-ci il tarixdə Galaxy Tab A markalı planşeti ilkin ödəniş ödənildikdən sonra 350 manat borc qalmış, 25 dekabr 2020-ci il tarixli Kredit-satış müqaviləsi ilə Samsung Galaxy A01 markalı telefon üçün ilkin ödəniş ödənildikdən sonra 250 manat borcu qalmış, 03 fevral 2021-ci il tarixdə iPhone 12 pro max üçün qiyməti 3400 manat təşkil etməklə ilkin ödəniş ödənildikdən sonra 3250 manat qalıq borcu qalmışdır. Müqavilələrdə gecikdirilmiş hər gün üçün 10 manat penya (cərimə) borcunun ödənilməsi nəzərdə tutulmuşdur və bu borc da cavabdehin borcu hesab edilir, belə ki, vaxtında ödənilməyən ödənişlər maddi zərərə səbəb olur. Hazırda cavabdehin dörd müqavilə üzrə 2115 manat əsas borcu var, bundan başqa cavabdehin ümumilikdə 7800 manat cərimə borcu vardır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə ödəməli olduğu borcu geri verməkdən boyun qaçırmışdır. N.Quliyev sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda iddianın təmin olunması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, həqiqətən İddiaçı MMC-dən müxtəlif vaxtlarda kredit yolu ilə telefon və planşet almış borcun çox hissəsini ödəmiş, maddi imkanı olmadığı üçün borcundan çox az bir hissəsini ödəyə bilməmişdir. Lakin ondan tələb olunan məbləğ çoxdur və bu məbləği ödəmək onun maddi imkanı xaricindədir. Cavabdeh qərar qəbul olunarkən göstərilən xüsusatların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclaslasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 12 avqust 2020-ci il tarixli 56 nömrəli kredit-satış müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı MMC tərəfindən X2 ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən Cavabdeh dəyəri 750 manat olan Redmi Not 9S markalı mobil telefon almış, bundan 100 manat nağd ödəniş edərək qalan 650 manat borcu 6 ay müddətinə aylıq 130 manat ödəməyi öhdəsinə götürmüşdür. 27 noyabr 2020-ci il tarixli 242 nömrəli kredit-satış müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı MMC tərəfindən X2 ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən Cavabdeh dəyəri 950 manat olan Samsung Galaxy A71 markalı mobil telefon almış, bundan 240 manat nağd ödəniş edərək qalan 710 manat borcu 6 ay müddətinə aylıq 120 manat ödəməyi öhdəsinə götürmüşdür. 25 dekabr 2020-ci il tarixli 242 nömrəli kredit-satış müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı MMC tərəfindən X2 ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən Cavabdeh dəyəri 350 manat olan X4 a markalı mobil telefon almış, bundan 100 manat nağd ödəniş edərək qalan 250 manat borcu 6 ay müddətinə aylıq 40 manat ödəməyi öhdəsinə götürmüşdür. 03 fevral 2021-ci il tarixli 242 nömrəli kredit-satış müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı MMC tərəfindən X2 ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən Cavabdeh dəyəri 3400 manat olan iPhone 12 pro max markalı mobil telefon almış, bundan 150 manat nağd ödəniş edərək qalan 3250 manat borcu 6 ay müddətinə aylıq 550 manat ödəməyi öhdəsinə götürmüşdür. 10 sentyabr 2021-ci il tarixli ərizədə qeyd edilmişdir ki, Cavabdeh 12 dekabr 2020-ci il tarixli 267 nömrəli kredit-satış müqaviləsi üzrə 120 manat, 27 noyabr 2020-ci il tarixli 242 nömrəli kredit-satış müqaviləsi üzrə 710 manat, 12 dekabr 2020-ci il tarixli 267 nömrəli kredit-satış müqaviləsi üzrə 350 manat, 25 dekabr 2020-ci il tarixli 242 nömrəli kredit-satış müqaviləsi üzrə 250 manat, 03 fevral 2021-ci il tarixli 242 nömrəli kredit-satış müqaviləsi üzrə 3250 manat olmaqla ümumilikdə 4680 (dörd min altı yüz səksən) manat əsas, 2100 (iki min bir yüz) manat gecikdirilmiş penya, 1500 (bir min beş yüz) manat əldən çıxmış fayda borcu mövcuddur. Müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün qalan malın dəyərinin 10% miqdarında kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh 10 sentyabr 2021-ci il tarixdə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərilmişdir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş mobil telefonu iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Lakin məhkəmə qeyd edir ki, iddiaçı təşkilat İddiaçı MMC-nin iddia ərizəsində borcun əsasını təşkil edən müqavilələrdən birinin 12 dekabr 2020-ci il tarixdə cavabdehlə bağlandığını, həmin müqaviləyə görə cavabdehin 350 manat borcu qaldığını bildirsə də iddia ərizəsinə əlavə edilən sənədlərə sözügedən müqaviləni əlavə etməmiş, işə məhkəmədə baxılan zaman da həmin müqaviləni təqdim etməmişdir. Buna görə iddia ərizəsində 4680 (dörd min altı yüz səksən) manat olaraq göstərilmiş ümumi borcun 350 (üç yüz əlli) manat hissəsinə dair sübut təqdim edilmədiyindən həmin məbləğ əsas borcdan çıxılmalı. qalan 4330 (dörd min üç yüz otuz) manat əsas borc cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı MMC Cavabdeh qeyd etdiyi müqavilələr üzrə 2100 (iki min bir yüz) manat gecikdirilmiş penya, 1500 (bir min beş yüz) manat əldən çıxmış fayda borcunun tutulmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz şəkildə yüksək olduğundan azaldılaraq, 500 (beş yüz) manat məbləğində müəyyən olunmalı, tələb olunan 1500 (bir min beş yüz) manat əldən çıxmış faydaya münasibətdə isə sübut təqdim edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, iş üzrə Cavabdeh 4330 (dörd min üç yüz otuz) manat əsas borc və 500 (beş yüz) manat cərimə borcu olmaqla ümumilikdə 4830 (dörd min səkkiz yüz otuz) manat məbləğində pul alınaraq iş üzrə iddiaçı təşkilata ödənilməlidir. İddia tələbi qalmış hissədə rədd olunmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan iddiaçı təşkilatın nümayəndəsi X2 tərəfindən "xxxx" ASC Naxçıvan filialına 30.09.2021-ci il tarixdə 5188 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 17.40 (on yeddi manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə məhkəmə məsrəfi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edildiyindən vəkilə hüquqi yardım üçün 10 sentyabr 2021-ci il tarixdə verilmiş 004843 nömrəli qəbzlə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqının 100 (bir yüz) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılmalı, tələb vəkil xərcinin qalan hissəsinə münasibətdə rədd olunmalıdır. Eyni zamanda 13 (on üç) manat notarius xərci Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. İş üzrə Cavabdeh 4330 (dörd min üç yüz otuz) manat əsas borc və 500 (beş yüz) manat cərimə borcu olmaqla ümumilikdə 4830 (dörd min səkkiz yüz otuz) manat məbləğində pul alınaraq iş üzrə iddiaçı təşkilata ödənilsin. İddia tələbi qalmış hissədə rədd olunsun. İddiaçı təşkilatın nümayəndəsi X2 tərəfindən "xxxx" ASC Naxçıvan filialına 30.09.2021-ci il tarixdə 5188 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 17.40 (on yeddi manat qırx qəpik) manat hissəsi, vəkilə hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat xidmət haqqının 100 (bir yüz) manat hissəsi və 13 (on üç) manat notarius xərci Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Məhkəmə məsrəfinə dair tələb qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1224/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1224/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver