Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № 2(078)-1240/2021 08.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Borclu "xxxx" MMC-nin xeyrinə 672 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Borclu arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli, ******* nömrəli Alqı-satqı Müqaviləsinə əsasən ona 12 ay müddətinə ümumi qiyməti 672 manat dəyərində olan mobil telefon-Xiaomi satdığını, borclunun alınmış malların dəyərindən ilkin ödəniş etməməklə hər ay üçün 56 manat ödəmək şərtilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürdüyünü, lakin borclunun Alqı-satqı Müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək ödəniş etmədiyini, qalan 672 manat əsas borcu indiyədək ödəmədiyini, bununla da Alqı-satqı Müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozduğunu, bunları nəzərə alaraq, Borclu "xxxx" MMC-nin xeyrinə 672 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Borclu arasında 15 yanvar 2020-ci il tarixli Alqı-satqı Müqaviləsi bağlanmış və borclu kreditorun xidmətlərindən istifadə etmişdir. İş materiallarına əlavə olunmuş: Tərəflər arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli, ******* nömrəli Alqı-satqı Müqaviləsinə əsasən, bu müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə pul məbləğini (qiyməti) müqavilədə göstərilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Maliyyə arayışına əsasən, Borclu 672 manat əsas borcundan bu günədək ödəniş etməmiş, 672 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. 280-ci maddəsinə əsasən, məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ə m r e t d i m: xx xxxx 1970-ci il tarixdə Babək rayonu, Nehrəm kəndində anadan olmuş, haliyədə Naxçıvan şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 672 (altı yüz yetmiş iki) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1240/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(078)-1240/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver