Məhkəmə qərarları › İş №2(078)-1241/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1241/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1241/2021 11.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, kreditor "xxxx" MMC-nin Borclu qarşı borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Kreditor "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək Borclu "xxxx" MMC-nin xeyrinə 1014 (bir min on dörd) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə əmri icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. İddiaçı təşkilat "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış ərizədə cavabdehin qeydiyyat ünvanı ünvan 109.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışda da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Borclu qarşı borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi icraata qəbul olunmaqdan imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, iddiaçı "xxxx" MMC tərəfindən 29.09.2021-ci il tarixdə X1 ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279.3-cü maddəsini rəhbər tutaraq, qərara aldım: Kreditor "xxxx" MMC-nin Borclu qarşı borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi icraata qəbul olunmaqdan imtina olunsun. Ərizəyə əlavə olunmuş sənədlər kreditora geri qaytarılsın. İddiaçı "xxxx" MMC tərəfindən 29.09.2021-ci il tarixdə X1 ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar