Məhkəmə qərarları › İş №2(078)-1242/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1242/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1242/2021 08.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Borclu qarşı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, borcludan "xxxx" MMC-nin xeyrinə 574 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə əmrinin çıxarılmasına dair ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, məhkəmə əmrinin çıxarılmasına dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəyə əlavə olunmuş arayışa əsasən, Borclu qeydiyyat ünvanı Kəngərli rayonu, Xok kəndidir. Ona görə də, həmin iddia ərizəsinə Naxçıvan Şəhər Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1 və 152.1.3-cü maddələrinin tələbinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunmalıdır ki, məhkəmə əmrinin çıxarılmasına dair ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə Kəngərli Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. Məhkəmə əmrinin çıxarılmasına dair ərizə qaytarıldığına görə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 29 sentyabr 2021-ci il tarixli qəbzlə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Ona görə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 29 sentyabr 2021-ci il tarixli qəbzlə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunsun ki, məhkəmə əmrinin çıxarılmasına dair ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Kəngərli Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar