Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1245/2023 20.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Əsgərova X2 Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh 11000 (on bir min) manat pulun və ödəniş etdiyi 123 (yüz iyirmi üç) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, mülkiyyətində olan Babək rayon, Şəkərabad kəndində yerləşən 0.0347 ha torpaq sahəsini və üzərində tikilmiş 89.12 kv.m yaşayış sahəsi, 36.4 kv.m yardımçı sahəni, 52 kv.m olan 2 otaqlı fərdi yaşayış evini Cavabdeh ilə 54000 (əlli dörd min) manata razılığa gələrək, 03 avqust 2021-ci il tarixində alğı-satqı edərək 40.000 (qırx min) manatın bank vasitəsi köçürmə etmiş, qalmış 14000 (on dörd) min manatını isə ayda 400-500 manat ödəmək şərti ilə razılığa gəlmişdirlər. Aylar üzrə Ülviyyə ödəmələri aparmışdır. 5 ay hər ay 400 manat ödəmə aparmış, aldığı yəni o satdığı evi satanda 1000 (bir min) manat ödəmə aparmış, 14000 (on dörd min) manat puldan cəmi 3000 (üç min) manat pulu ödəmiş, qalan 11000 (on bir min) manat pulunu isə verməmişdir. Bundan sonra Ülviyyə ilə əlaqə saxlamış, borcunun olduğunu etiraf etmişdir. Ülviyyə hazırda pulu verə bilmədiyini səs yazısında həmin borcu etiraf etmişdir. Anası Nazlı ilə Ülviyyə arasında danışıq olanda evin alqı-satqısından aralarında qalmış 11000 (on bir min) manat borcu, Türkanəyə borclu olduğunu etiraf etmişdir. İddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Mülki iş üzrə təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 20 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldırdığını, iddia ərizəsini geri götürərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirdi. İddiaçının vəkil və nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 16 avqust 2023-cü il tarixli, 9090 nömrəli qəbzlə ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddia qaldırarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 16 avqust 2023cü il tarixli, 9090 nömrəli qəbzlə ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1245/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1245/2023
20.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver