Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1249/2021 09.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı 11 oktyabr 2021-ci ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 08 fevral 2016-cı il tarixli, 2(078)-133/2016 saylı qətnaməsi ilə hər uşağa 85 manat olmaqla Cavabdeh tutulan alimentin miqdarının artırılaraq 08 mart 2011-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 11 oktyabr 2002-ci il tarixində Naxçıvan şəhər VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladı - 01 avqust 2003-cü il təvəllüdlü X14 və 08 mart 2011-ci il təvəllüdlü X13 dünyaya gəlmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2015-ci il tarixli, 2(078)-55/2015 nömrəli qətnaməsi ilə aralarında olan 271 nömrəli nikah aktı pozulmuş, uşaqların yetkinlik yaşına çatanadək onun yanında qalması müəyyən edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2015-ci il tarixli, 2(078)-55/2015 nömrəli qətnaməsi ilə uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh sabit pul məbləğində bir uşağa 60 manat olmaqla iki uşağa 120 manat məbləğində aliment kəsilmişdir. Sonradan Naxçıvan Şəhər Məhkəməsinin 08 fevral 2016-cı il tarixli, 2(078)-133/2016 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq hər uşağa 85 manat olmaqla cəmi 170 manat müəyyən edilmişdir. Uşaqları və o birlikdə valideynlərinin himayəsində yaşayırlar. Hal-hazırda heç bir yerdə işləmir və maddi imkanı yaxşı deyildir. Artıq 01 avqust 2003-cü il təvəllüdlü X8 18 yaşı tamam olduğundan ona cavabdeh tərəfindən aliment ödənilmir. Yalnız 08 mart 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmasına görə cavabdehin uşağa ödədiyi 85 manat aliment uşağının maddi tələbatını qarşılamağa yetmir. Uşaq elə yaş həddindədir ki, onun təhsilinə və digər xərclərinə, müalicəsinə də pul lazım olur. Aldığı aliment bu gün uşağının təminatın ödəmir və tək qadın olaraq o bunun öhdəsindən gəlməkdə çətinlik çəkir. Uşağa aliment 2016cı ildə kəsilib, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da onların ailə büdcələrinə təsir edir. Bu səbəbdən də övladının saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyir. Qeyd etmişdir ki, uşağın yaşı artdıqca xərcləri də artır. Övladı artıq böyüyüb və ona görə də məsrəfləri yetərincə artmışdır. Bu gün 85 manat pulla uşağın təminatını ödəmək çox çətindir. Eyni zamanda böyük oğlu X4 Respublikasında Universitetə qəbul olunaraq təhsil alır. O isə bu xərclərin öhdəsindən gələ bilmir. Cavabdehin nə işlə məşğul olması barədə dəqiq məlumatı yoxdur, lakin onun dövlət müəssisəsində işlədiyini və maddi imkanının yaxşı olduğunu bilir. Hesab edir ki, bugünkü gün bir uşağın saxlanılması üçün ayda 175 (yüz yetmiş beş) manat aliment yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı vardır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında İddiaçı ilə Cavabdeh 11 oktyabr 2002-ci il tarixində Naxçıvan şəhər VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, birgə nikahlarından iki övladları- 01 avqust 2003-cü il təvəllüdlü X8 və 08 mart 2011-ci il təvəllüdlü X6 doğulduqlarını, Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2015-ci il tarixli, 2(078)-55/2015 nömrəli qətnaməsi ilə tərəflərin arasında olan 271 nömrəli nikah aktının pozulduğunu, uşaqların yetkinlik yaşına çatanadək iddiaçının yanında qalmasının müəyyən edildiyini, həmin qətnamə ilə uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh sabit pul məbləğində bir uşağa 60 manat olmaqla iki uşağa 120 manat məbləğində aliment kəsildiyini, sonradan Naxçıvan Şəhər Məhkəməsinin 08 fevral 2016-cı il tarixli, 2(078)-133/2016 saylı qətnaməsi ilə aliment məbləğinin artırılaraq hər uşağa 85 manat olmaqla cəmi 170 manat müəyyən edildiyini, iddiaçının hal-hazırda heç bir yerdə işləmədiyini və maddi imkanının yaxşı olmadığını, artıq 01 avqust 2003-cü il təvəllüdlü X8 18 yaşı tamam olduğundan iddiaçıya cavabdeh tərəfindən aliment ödənilmədiyini, yalnız 08 mart 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmasına görə cavabdehin uşağa ödədiyi 85 manat aliment uşağının maddi tələbatını qarşılamağa yetmədiyini, uşağın təhsilinə və diğər xərclərinə, müalicəsinə də pul lazım olduğu yaş həddində olduğunu, iddiaçının aldığı alimentin bu gün uşağının təminatını ödəmədiyini, iddiaçının tək qadın olaraq uşağın ehtiyaclarının tək öhdəsindən gəlməkdə çətinlik çəkdiyini, uşağa alimentin 2016-cı ildə kəsildiyini, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunduğunu, bunun da iddiaçının ailə büdcəsinə təsir etdiyini, bu səbəbdən də iddiaçının övladının saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istədiyini, uşağın yaşının artdıqca xərclərinin də artdığını, iddiaçının övladının artıq böyüdüyünü, ona görə də məsrəflərinin yetərincə artdığını, bu gün 85 manat pulla uşağın təminatını ödəməyin çox çətin olduğunu, ona görə də alimentin artırılmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh izahatında İddiaçı ilə birgə nikahlarından 2 övladlarının olduğunu, övladlarına biri 85 manat olmaqla, hər ikisinə birlikdə 170 manat aliment ödəməyinin məhkəmə qətnaməsi ilə qət olunduğunu, böyük övladı 18 yaşına çatdığı üçün onun üçün ödədiyi alimentin dayandırıldığını, hazırda 85 manat aliment ödədiyini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə şöbəsində mühafizəçi işlədiyini, aylıq əməkhaqqının 332 manat olduğunu, Xəyalə ilə ayrıldıqdan sonra yenidən ailə qurduğunu, hazırkı evliliyindən də 2 övladının olduğunu, bu problemlərə görə hazırki ailəsinin də dağılmaq üzrə olduğunu, onun əməkhaqqının övladlarını və aləsini dolandırmağa çatmadığını, bütün bunların qərar qəbul edilərkən nəzərə alınmalı olduğunu, onun 100 manatdan çox aliment ödəməyə gücünün çatmadığını, Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə uşaqlarını saxlamaq hər iki valideynin borcu olduğunun müəyyənləşdirildiyini, iddiaçının hazırda Türkiyə Respublikasının vətəndaşı ilə ailə qurduğunu, onun orada yaşadığını, işlədiyini, ondan çox əmək haqqı aldığını, əgər özünün aldığı əmək haqqı çox olsa idi uşağına artıq miqdarda aliment ödəyə biləcəyini, lakin hazırda aldığı əmək haqqının buna imkan vermədiyini, əgər iddiaçı uşağa bax bilmirsə uşağı onun himayəsinə verməsini istədiyini, özünün övladına baxacağını qeyd edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən cavabdehin nümayəndəsi X14 izahatında oğlu Ağa ilə Xəyalənin birgə nikahlarından 2 övladının olduğunu, onlardan birinin 18 yaşına çatdığı üçün ona aliment ödənilməsinin dayandırıldığını, hazırda oğlu Ağanın 85 manat aliment ödədiyini, Ağanın hazırki evliliyindən 2 övladının olduğunu, iddiaçının da hazırda Türkiyə Respublikasının vətəndaşı ilə ailə qurub orada yaşadığını, işlədiyini, Azərbaycan Respublikasnın Ailə Məcəlləsi ilə uşaqlarını saxlamağın hər iki valideynin borcu olduğunun müəyyənləşdirildiyini, övladlarını saxlamaq vəzifəsinin iddiaçıya da aid olduğunu, aliment məbləğini bütünlüklə oğlundan tələb etməyin düzgün olmadığını, Ağanın ailəsinin olmasının və əməkhaqqının nəzərə nəzərə alınmalı olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər 11 oktyabr 2002-ci il tarixində Naxçıvan şəhər VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların birgə nikahlarından iki övladı- 01 avqust 2003-cü il təvəllüdlü X14 və 08 mart 2011-ci il təvəllüdlü X13 adlı övladları doğulmuşdur. Tərəflər arasında Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2015-ci il tarixli, 2(078)-55/2015 nömrəli qətnaməsi ilə 271 nömrəli nikah aktı pozulmuş, nikah pozulduqdan sonra 01 avqust 2003-cü il təvəllüdlü X14 və 08 mart 2011-ci il təvəllüdlü X13 anası İddiaçı yanında saxlanılmış, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh sabit pul məbləğində bir uşağa 60 manat olmaqla, iki uşağa 120 manat məbləğində, sonradan isə Naxçıvan Şəhər Məhkəməsinin 08 fevral 201 6-cı il tarixli, 2(078)-133/2016 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq hər uşağa 85 manat olmaqla cəmi 170 manat alimentin tutulması qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 08 fevral 2016-cı il tarixli, 2(078)-133/2016 nömrəli qətnaməsindən iş tərəflərin 11 oktyabr 2002-ci il tarixində Naxçıvan şəhər VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqları, onların birgə nikahlarından iki övladları - 01 avqust 2003-cü il təvəllüdlü X14 və 08 mart 2011-ci il təvəllüdlü X13 adlı övladları doğulduğu, aliment məbləğinin dəyişdirilərək Cavabdeh 14 yanvar 2016-cı il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 85 manat olmaqla, cəmi 170 manat miqdarında aliment tutularaq 01 avqust 2003-cü il təvəllüdlü X8 və 08 mart 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün anaları İddiaçı ödənilməsinin qət olunması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli, AZ-İ seriyalı, 174336 nömrəli çıxarışdan iş üzrə tərəflər arasında olan nikahın pozulması, bu barədə akt qeydləri kitabında 10.06.2015-ci il tarixdə 50 nömrə ilə qeyd edilməsi aydın olur. -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli, AZ-İ seriyalı, 381408 nömrəli çıxarışdan iş üzrə tərəflərin 01.08.2003-cü il tarixdə X14 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli, AZ-İİ seriyalı, 509101 nömrəli çıxarışdan iş üzrə tərəflərin 08.03.2011-ci il tarixdə X13 adlı övladlarının doğulması aydın olur. Məhkəmə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 08 fevral 2016-cı il tarixli, 2(078)-133/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Naxçıvan Şəhər Nikah evi tərəfindən verilmiş AZ-İİ seriyalı, 068379 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 28 avqust 2015-ci il tarixdə nikah bağlanmış, bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 381 nömrə ilə qeyd edilmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 535683 nömrəli və AZ-İİİ seriyalı, 535682 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X3 18 fevral 2016-cı il tarixdə X9 və X15 adlı övladları doğulmuşdur. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə 2016-cı ildə bir uşaq üçün 85 (səksən beş) manat aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşağın böyüdükcə artan təlabatlarını, sosialiqtisadi göstəricilərin dəyişilməsini, bu müddət ərzində cavabdehin bir uşaq üçün ödədiyi 85 (səksən beş) manatdan başqa iddiaçıya uşağın tələbatlarının ödənilməsi üçün əlavə yardım etməməsini, nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (175 manatın) yarısından çoxunun - 120 (bir yüz iyirmi) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində təyin olunması ilə bağlı olsa da, məhkəmə aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində yəni hər uşaq üçün 175 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, iddiaçı alimentin artırılmasını istədiyi sabit pul məbləğində alimentin miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Həmçinin məhkəmə qeyd olunan nəticəyə gələrkən alimentin iddiaçı tərəfindən tələb olunduğu miqdarda müəyyən edilməsi üçün işə baxılması zamanı əlavə əsasların (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilməməsini, cavabdehin yenidən nikaha daxil olmasını, onun həmin nikahdan iki uşağının doğulmasını, cavabdehin həmin uşaqları da saxlamaq vəzifəsinin olmasını nəzərə alır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.6-cı maddələrinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti – ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin artırılması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda ödəmənin artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə ödəmənin artırıldığı məbləğin bir il üçün nəzərdə tutulan miqdarı 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 12 (on iki) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - Naxçıvan Şəhər Məhkəməsinin 08 fevral 2016-cı il tarixli, 2(078)-133/2016 saylı qətnaməsi ilə 08 mart 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılmalı; -08 mart 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; -miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; -iddia qalan hissədə rədd edilməli; -Cavabdeh 12 (on iki ) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 08 fevral 2016-cı il tarixli, 2(078)-133/2016 saylı qətnaməsi ilə 08 mart 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılsın. 08 mart 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 12 (on iki) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1249/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1249/2021
09.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver