Məhkəmə qərarları › İş №2(078)-125/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-125/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-125/2022 14.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, H.Zərdabi prospekti 81K ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 26 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 404.48 manat əsas borc, 35.72 manat faiz borcu, 20.48 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 460.68 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 26 fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 21 faizlə 36 ay müddətinə 1300 manat kredit götürdüyünü, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, 05 noyabr 2021-ci il tarixədək Cavabdeh banka 26 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 404.48 manat əsas borc, 35.72 manat faiz borcu, 20.48 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 460.68 manat borcunun olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin borcu ödəməkdən boyun qaçırdığını, bunları nəzərə alaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 26 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 404.48 manat əsas borc, 35.72 manat faiz borcu, 20.48 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 460.68 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 fevral 2019-cu il tarixli Fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əsasən, kredit xəttinin maksimal limiti 15000 (on beş min) AZN olaraq müəyyən edilir. Kredit xətti 26 fevral 2019-cu il tarixdən 26 fevral 2024-cü il tarixədək açılır. Kredit xətti üzrə illik faiz dərəcəsi: 27%. 05 noyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 05 noyabr 2021-ci il tarixə 404.48 manat əsas borc, 35.72 manat faiz borcu, 20.48 manat cərimə borcu olmaqla, cəmi 460.68 manat məbləğində borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən 02 dekabr 2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 02 dekabr 2021-ci il tarixdə cavabdehə bildiriş göndərilmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən və əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 404.48 (dörd yüz dörd manat qırx səkkiz qəpik) manat əsas borc, 35.72 (otuz beş manat yetmiş iki qəpik) manat faiz borcu və 20.48 (iyirmi manat qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 460.68 (dörd yüz altmış manat altmış səkkiz qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 fevral 2019-cu il tarixli Fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əsasən, kredit xəttinin maksimal limiti 15000 (on beş min) AZN olaraq müəyyən edilir. Kredit xətti 26 fevral 2019-cu il tarixdən 26 fevral 2024-cü il tarixədək açılır. Kredit xətti üzrə illik faiz dərəcəsi: 27%. 05 noyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 05 noyabr 2021-ci il tarixə 404.48 manat əsas borc, 35.72 manat faiz borcu, 20.48 manat cərimə borcu olmaqla, cəmi 460.68 manat məbləğində borcu vardır. Borcalan krediti və ondan istifadəyə görə faizləri razılaşdırılmış müddətdə banka qaytarmamış, nəticədə öhdəliyi lazımınca icra etməmişdir. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: qət e t d i: İddia təmin edilsin. Cavabdeh 404.48 (dörd yüz dörd manat qırx səkkiz qəpik) manat əsas borc, 35.72 (otuz beş manat yetmiş iki qəpik) manat faiz borcu və 20.48 (iyirmi manat qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 460.68 (dörd yüz altmış manat altmış səkkiz qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov. Düzdür, Hakim: 16.12.2019-cu il

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar