Məhkəmə qərarları › İş №2(078)-1263/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1263/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1263/2024 19.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində “X14” publik hüquqi şəxsinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1na və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində “X14” publik hüquqi şəxsinə qarşı keçirilmiş hərrac üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki qeydiyyatın bərpası tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində “X14” publik hüquqi şəxsinə qarşı keçirilmiş hərrac üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki qeydiyyatın bərpası tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 “X21 kompleksi” MMC əmlak kompleksi və "xxxx" MMC-yə məxsus ümumi dəyəri 356.150 (üç yüz əlli altı min yüz əlli) manat dəyərində nəqliyyat vasitələri barədə auksion mərkəzi tərəfindən 09 iyun 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək, verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatların bərpası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 04 dekabr 2014-cü il tarixli ******* reyestr və ********** qeydiyyat nömrəli çıxarışa əsasən Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 olan əmlak kompleksi olan müəssisə “X21 kompleksi” MMC-nin xüsusi mülkiyyətinə verilmişdir. Həmin tarixdən direktor təyin olunmuşdur. “X21 kompleksi” 6 il müddətində fasiləsiz fəaliyyət göstərmiş qanuni şəkildə bütün ödənişləri həyata keçirmiş, lakin 2020-ci ilin əvvəlində heç bir qanuni əsas olmadan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbov, keçmiş baş naziri və keçmiş iqtisadiyyat naziri ona təzyiq və təkid edərək, özünün hakimiyyətindən sui-istifadə edərək özünün heç bir razılığı olmadan direktor olduğu “X21 kompleksi” MMC-nin X18 verilməsini tələb etmişdir. Ona heç bir ödəniş olunmadan, onun ağır vəziyyətə düşməyinə səbəb olan formal olaraq ona özləri tərəfindən hazırlanmış auksiona çıxarılması ərizəsinə təzyiq altında qol çəkdirməklə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində açıq hərraca çıxarılaraq ona heç bir dəyəri ödənilmədən hərracın yekunu üzrə alqı-satqı haqqında müqavilə bağlanmışdır. Hərracın yekunu üzrə alqı-satqı müqavilə ilə Naxçıvan Muxtar Respublikasında X18 (korpusa) satılmışdır. Lakin bunun müqabilində özünə heç bir ödəniş olunmamışdır. Həmin əmlakın qiymətləndirmə dəyəri ******* manat olmuşdur. Həmin vaxt qanunsuz müdaxilələr nəticəsində onun bütün əmlakları əlindən alınmağa başlanılmışdır. Həmin əmlaklardan biri də “X21 kompleksi” MMC olmuşdur. Hesab edir ki, auksion mərkəzi tərəfindən 09 iyun 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı haqqında müqavilə tamamilə qanunsuzdur. Həmin müqavilə üzrə yaranmış əldə olunmuş hüquq müəyyənedici sənədlər (çıxarış və digər sənədlər) tamamilə qanunsuz əldə olunmuşdur. Qanunsuz əldə olunduğuna görə etibarsız hesab olunmalı və həmin alqı-satqı müqaviləsindən törəyən sənədlər ləğv olunaraq əvvəlki sənədlər bərpa olunmalıdır. Həmin vaxt nəinki, “X21 kompleksi” MMC-yə məxsus olan bütün əmlaklar ona təzyiqlər göstərilməklə zorla əlindən alınmışdır. Həmçinin "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələri də həmin vaxt əlindən zorla alınmış, Naxçıvan MR X13 formal xarakterli auksion vasitəsi ilə əlindən alınmışdır. Əvəzində özünə heç bir ödəniş edilməmişdir. "xxxx" MMC-yə məxsus əlindən alınmış nəqliyyat vasitələri- 2012-ci il buraxılışlı, 1**-FX-*** dövlət qeydiyyat nişanlı, “D-30 model 4500SM” markalı yükləyici-dəyəri 8500 (səkkiz min beş yüz) manat, 2012-ci il buraxılışlı, 1**-FX-*** dövlət qeydiyyat nişanlı, “D-30 model 3300SM” markalı yükləyici- dəyəri 7650 (yeddi min altı yüz əlli) manat, 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı,’’Mercedes 3340 K” markalı özüboşaldan avtomaşın-dəyəri 60.000 (altmış min) manat, 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı,’’Mercedes 3340 K” markalı özüboşaldan avtomaşın-dəyəri 60.000 (altmış min) manat, 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 3340 K” markalı özüboşaldan avtomaşın- dəyəri 60.000 (altmış min) manat, 2011-ci il buraxılışlı, **-AD-*** dövlət qeydiyyat nişanlı, ’’DAEWOO SKY 450 S” markalı qaldırıcı qurğu-dəyəri 30.000 (otuz min) manat, 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Avtokran kamaz 13 manipulyator” markalı avtokran- dəyəri 40.000 (qırx min) manat, 2011-ci il buraxılışlı, **-AD- *** dövlət qeydiyyat nişanlı, “Avtokran kamaz 50t” markalı avtokran - dəyəri 90.000 (doxsan min) manatdır. Yekun olaraq ümumi dəyəri 356.150 (üç yüz əlli altı min yüz əlli) manat dəyərində nəqliyyat vasitələri onun əlindən təzyiq və təkidlər altında qanunsuz olaraq alınmışdır. Cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində “X14” publik hüquqi şəxsinin nümayəndəsi X9 09 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə qeyd etmişdir ki, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X14” publik hüquqi şəxsinə və Cavabdeh1na qarşı iddia ərizəsinə 2(078)-1263/2024 nömrəli iş üzrə baxılır. İddia tələbi əsassız olduğundan iddianı rədd edir, “X14” publik hüquqi şəxsə münasibətdə işə xitam verilməsini xahiş edirlər. İddiaçı iddia ərizəsində bildirmişdir ki, ona qarşı təzyiq və təkid olunaraq əmlakı satılmışdır. Lakin iddia ərizəsində qeyd olunan iddia ərizəsi verilmiş 8 ədəd nəqliyyat vasitəsi və Babək rayonu Babək qəsəbəsi ünvanında yerləşən Beton məmulatları kompleksinin satışı X19 Şirkətlərinin İttifaqının direktoru İddiaçı Naxçıvan MR Auksion Mərkəzinə ünvanlamış olduğu 15 fevral 2020-ci il tarixli, 03 saylı sifariş məktubuna əsasən hərraca çıxarılmış, qanuni şəkildə hərracı keçirilmiş və əmlaklar açıq hərracda satılmışdır. İddiaçının öz öhdəliklərini yerinə yetirə bilmədiyinə görə əmlakları satışa təqdim etdiyini açıq-aşkar şəkildə məktubda qeyd etmişdir. İddia tələbinə izah olaraq bildirirlər ki, iddia ərizəsində qeyd olunan və ərizəyə əlavə olunan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 04 dekabr 2014-cü il qeydiyyat tarixli, ******* seriyalı çıxarışın hüquqi əsası yoxdur və ləğv olunduğundan iddianın predmeti ola bilməz. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Vəkil Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli və 05 avqust 2024-cü il tarixli cavab məktublarında “X21 Kompleksi” MMC-yə məxsus Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3km-liyi ərazisində yerləşən əmlak kompleksi kimi müəssisənin daşınmaz əmlakın dövlət reyestrində yeni çıxarış əsasında X15 adına qeydiyyata alınması, əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın elektron qaydada tərtib olunaraq Elektron Hökumət portalına yerləşdirilməsi barədə iddiaçının tərəfindən vəkilinə məlumat verilmişdir. "X21 Kompleksi” MMC-yə məxsus olmuş Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyi ərazisində yerləşən əmlak kompleksinin 21 fevral 2020-ci il tarixdə 930000 manat ilkin satış qiyməti ilə Şərq Qapısı qəzetinin 35 (23.447) saylı buraxılışında hərrac elanı verilmişdir. Lakin hərracın iştirakçısı olmadığından ilkin hərrac baş tutmamış, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 43.5 maddəsinə əsasən 15 faiz güzəştli- 790500 manat təkrar satış qiyməti ilə Şərq qapısı qəzetinin 18 mart 2020-ci il tarixli, 53 (23.465) saylı buraxılışında hərrac elanı verilmişdir. 9 iyun 2020-ci il tarixdə keçirilən hərracda açıq hərrac qaydalarına uyğun olaraq əmlak 790500 manat dəyərində satılmış, keçirilən hərracın qalibi X1muş, Komandanlıq tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, 721 nömrəli etibarnamə əsasında polkovnik X32 hərrac qalibinin nümayəndəsi qismində iştirak edərək hərracın yekunlarına dair protokolu imzalamışdır. İddiaçı iddia ərizəsində qeyd olunan əmlakın dəyərinin 1.720.000 manat olduğunu qeyd etmişdir. Lakin bildirirlər ki, sifariş məktubuna əlavə olunmuş qoşmada əmlakın ilkin satış qiyməti qeyd olunan məbləğdə olmamışdır və əmlak sifarişçinin qeyd etdiyi qiymət həddində hərraca çıxarılmışdır. 21 fevral 2020-ci il tarixdə Şərq Qapısı qəzetinin 35 (23.447) saylı buraxlışında 2012-ci il buraxılış ili olan, **-AE- *** dövlət qeydiyyat nişanlı, “Mercedes 3340 K” markalı özüboşaldan avtomaşının 60000 manat ilkin satış qiyməti ilə, 2012-ci il buraxılış ili olan, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 3340 K” markalı özüboşaldan avtomaşının 60 000 manat ilkin satış qiyməti, 2012ci il buraxılış ili olan, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 3340 K” markalı özüboşaldan avtomaşının 60 000 manat ilkin satış qiyməti ilə, 2011-ci il buraxılış ili olan, **- AD-*** dövlət qeydiyyat nişanlı, “Daewoo SKY 450 S” markalı qaldırıcı qurğunun 30 000 manat ilkin satış qiyməti ilə, 2012-ci il buraxılış ili olan, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 13 manipulyator” markalı avtokranın 40 000 manat ilkin satış qiyməti və 201 1-ci il buraxılış ili olan, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 50t” markalı avtokranın 90 000 manat ilkin satış qiyməti ilə hərrac elanı verilmiş, 11 mart 2020-ci tarixdə keçirilən açıq hərracda qeyd olunan 6 nəqliyyat vasitəsi ilkin satış qiymətləri üzrə-ümumilikdə 340 000 manat dəyərində satılmışdır. Keçirilən hərracın qalibi X1muş, Komandanlıq tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, 721 nömrəli etibarnamə əsasında polkovnik X32 hərrac qalibinin nümayəndəsi qismində iştirak etmiş, alıcı qismində yekun hərrac protokolunu imzalamışdır. Əmlakların dəyəri müvafiq olaraq 27 fevral 2020-ci il tarixli, 22 fevral 2020-ci il tarixdə Şərq Qapısı qəzetinin 36 (23.448) saylı buraxılışında 2012-ci il buraxılışlı, 1**-FX-*** dövlət qeydiyyat nişanlı, “D-30 Model 4500SM” markalı yükləyicinin 10 000 manat ilkin satış qiyməti ilə və 2012-ci il buraxılışlı, 185-FX- 490 dövlət qeydiyyat nişanlı, “D-30 Model 3300SM” markalı yükləyicinin 9 000 manat ilkin satış qiyməti ilə hərrac elanı verilmiş, lakin hərrac iştirakçısı olmadığından, satılmamışdır. 18 mart 2020-ci il tarixdə Şərq Qapısı qəzetinin 53 (23.465) saylı buraxılışında 15 faiz güzəştli, müvafiq olaraq 8500 manat və 7650 manat dəyəri ilə təkrar hərrac elanı verilmiş, 16 aprel 2020-ci il tarixdə keçirilən hərracda qeyd olunan 2 nəqliyyat vasitəsi güzəştli satış qiymətlərinə-ümumilikdə 16150 manat dəyərində satılmışdır. Keçirilən hərracın qalibi X1muş, Komandanlıq tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, 721 nömrəli etibarnamə əsasında polkovnik X32 hərrac qalibinin nümayəndəsi qismində iştirak etmiş, alıcı qismində yekun hərrac protokolunu imzalamışdır. İddiaçı ərizədə özü də qeyd etmişdir ki, öz sifarişi əsasında əmlakları hərrac vasitəsi ilə satışa çıxarılması üçün təqdim edilmişdir. İddia ərizəsində sifarişin verilməsi üçün ona təzyiq olunduğu qeyd olunsa da, bu halın subyekti Naxçıvan MR Auksion Mərkəzi olmamışdır və eyni zamanda qeyd olunan halların mövcud olub-olmaması hərracın qanunsuz keçirilməsinə, əmlakların satlmaması halına dəlalət etmir. Etiraza əlavə olunmuş qoşma sənədlər sübut əhəmiyyətli sənədlərdir və həmin sənədlərə əsasən də Naxçıvan MR Auksion Mərkəzi tərəfindən hərracın tam qanuni şəkildə keçirildiyi, sənədləşmə işinin düzgün aparıldığı, əmlakların dəyərinin isə alıcı tərəfindən tam ödənildiyi sübuta yetir. Əmlakların dəyəri X25 tərəfindən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Mərkəzi Bankdakı Xüsusi təsərrüfat hesabına ödənilmiş, bununla da hərrac təşkilatçısı işini yekunlaşdırmışdır. Köçürülən vəsaitlər isə əsasən iddiaçının Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondunda olan kredit üzrə borc və digər öhdəliklərinin ödənilməsinə yönəldilmişdir. Naxçıvan MR Auksion Mərkəzi dövlət əhəmiyyətli struktur olmuş, müvafiq Əsasnamə əsasında qanunamüvafiq fəaliyyət göstərmişdir. Həmin Əsasnaməyə əsasən fiziki və hüquqi şəxslərdən daxil olan sifariş əsasında və digər əsaslarda hərracları təşkil etmiş, muxtar respublika iqtisadiyyatının və sahibkarlığın inkişafına öz töhvəsini vermişdir. Naxçıvan MR X33 09 fevral 2024-cü il tarixli, 229-Vİ FR nömrəli Fərmanı ilə Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X14” publik hüquqi şəxsi yaradılmışdır. İddia tələbi əsassızdır və iddianı rədd etdiklərini bir daha bildirməklə, “X14” publik hüquqi şəxsinə münasibətdə işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. 19 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizədə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 “X21 kompleksi” MMC əmlak kompleksi və "xxxx" MMC-yə məxsus ümumi dəyəri 356.150 (üç yüz əlli altı min yüz əlli) manat dəyərində nəqliyyat vasitələri barədə auksion mərkəzi tərəfindən 09 iyun 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək, verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatların bərpası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, tələbində texniki səhvlik baş verdiyini, bunu nəzərə alaraq Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 “X21 kompleksi” MMC əmlak kompleksi və "xxxx" MMC-yə məxsus ümumi dəyəri 356.150 (üç yüz əlli altı min yüz əlli) manat dəyərində nəqliyyat vasitələri barədə auksion mərkəzi tərəfindən 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək, 09 iyun 2020-ci il tarixli müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatların bərpası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında 2020-ci ilin fevral ayında İqtisadiyyat naziri və Baş nazir tərəfindən işini dayandırması ilə bağlı məlumat verildiyini, işi dayandırdığını, səhəri gün evə, texnikaya əl qoyulduğunu, möhürə qədər əlindən alındığını, İqtisadiyyat Nazirliyinin nümayəndələrinin gəldiyini, Baş nazir Səbuhi Məmmədovun da bu məsələdə maraqlı olduğunu, banka borcu olduğunu, ancaq bunun bankla özünün arasında olan bir məsələ olduğunu, holdinqi ələ keçirdiklərini, banka olan borclarını ödəyəcəklərini öhdələrinə götürdüklərini, onu da ödəmədiklərini, yataqxana binasının, metaləritmə zavodunun və nəqliyyat zavodunun qaldığını, zəbt etdiklərini, ata evini də istədiklərini, onu da verdiyini, adına olan hər şeyi auksiona çıxardıqlarını, özünə zorla imza çəkdirdiklərini, guya razılıq verdiyini qələmə verdiklərini, həbs edilməkdən qorxduğunu, buna görə səsini çıxarmadığını, 2020-ci ilin fevral ayının əvvəli bütün mülklərinə əl qoyulduğunu, həmin vaxt hakimiyyət Vasif Talıbovun əlində olduğu üçün heç nə edə bilmədiyini, 2022-ci ildə hakimiyyət dəyişildikdən sonra müvafiq qurumlara müraciət etdiyini, məhkəməyə müraciət etmədiyini, məhkəməyə Kərəm Mustafayev vəzifədən getdikdən sonra müraciət etdiyini, çünki onun da həmin hakimiyyətin nümayəndəsi olduğunu, bu ilin may ayında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə müraciət etdiyini, orada Əkbər adlı orqanın nümayəndəsinin ona şifahi olaraq Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 olan “X21 kompleksi” MMC-nin özünün, yəni İddiaçı mülkiyyətində göründüyünü dediyini, sonra yazılı olaraq müraciət etdiyini, o zaman isə həmin əmlakların özünün deyil Cavabdeh1 mülkiyyətində olduğunun göründüyünün bildirildiyini, hər bir halda X14 tərəfindən həmin mülklərin satışı nəticəsində əldə edilmiş vəsaitin özünə ödənilməli olduğunu, ancaq özünə deyil Maliyyə Nazirliyinin hesabına ödənildiyini bildirdiklərini, hərraca özünün qiymət qoymadığını, özünün məcburiyyətdən qol çəkdiyini, ona təzyiq və təsirlər edildiyini, heç bir səbəb olmadan bütün mülklərinin əlindən alındığını, əqdin etibarsız hesab edilməli olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında iddia ərizəsində hərracın düzgün formada keçirilib-keçirilməməsi ilə bağlı heç nə qeyd etmədiklərini, ancaq cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində “X14” publik hüquqi şəxsinin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində hərracın düzgün keçirildiyinin qeyd edildiyini, hərracın keçirilməsi qaydaları olduğunu, hərracda hansı qurumların iştirak etdiyini, hərracın nə dərəcədə düzgün aparılmasını qeyd etmədiklərini, bunu araşdırmağın X4 vəzifəsi olduğunu, milyonlarla dəyəri olan əşyaların şəxs tərəfindən niyə ucuz qiymətə hərraca çıxarıldığı, ümumiyyətlə şəxsin bütün mülkiyyətində olan əmlakları birdən niyə hərraca çıxarıldığının, bunun obyektivliyinin X14 tərəfindən araşdırılmalı olan məsələ olduğunu, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə göndərilən etirazın əsassız olduğunu, həmçinin hərracın nəticəsində əldə edilmiş pul vəsaitinin vətəndaşa verilməli olduğunu, ancaq verilmədiyini, iddiaçının mülkiyyətində olan bütün əmlakları hərraca çıxarmasının və qarşılığında heç bir vəsait almamasının elə təzyiq və təsir altında razılıq verməsini təsdiq etdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdin (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə biləcəyini və həmin məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasının müqavilə sayıldığını, qarşılıqlı razılaşma olmadığını, çünki qarşılığının iddiaçıya ödənilmədiyini, ona görə də həmin razılaşmanın müqavilə hesab edilmədiyini, iddianı müdafiə etdiyini, əqdin etibarsız hesab edilməli olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə izahatında Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 olan “X21 kompleksi” MMC-nin və texnikaların Cavabdeh1 tərəfindən hərracda iştirak edilərək alındığını, hal-hazırda da Cavabdeh1 istifadəsində olduğunu, Dizayn Holdinglə aralarında hər hansı alqı-satqı müqaviləsi olmadığını, X14 tərəfindən Şərq Qapısı qəzetində elan verildiyini, Cavabdeh1 nümayəndəsi tərəfindən də həmin hərracda iştirak edilərək əmlakların alındığını, iddia ərizəsində qeyd edilən məbləğlər ödənilməklə əmlakların əldə edildiyini, əmlakların qiymətin aşağı və ya yuxarı olmasının onlara aidiyyəti olmadığını, başqa yerdən də alına biləcəyini, hərracda qiymətlər qane etdiyi üçün oradan alındığını, ümumiyyətlə Cavabdeh1 cavabdehliyinin düzgün qoyulmadığını, çünki hərrac keçirildiyini, Cavabdeh1 da pulu ödəyib əmlakları əldə etdiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində “X14” publik hüquqi şəxsinin nümayəndəsi X9 izahatında hərracın tam qanuni formada keçirildiyini, istənilən Azərbaycan Respublikasının vətəndaşlarının, fiziki və hüquqi şəxslərin iştirak etmək hüququ olduğunu, Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 olan “X21 kompleksi” MMC-nin və nəqliyyat vasitələrinin qanuni şəkildə hərracda satıldığını, Şərq Qapısı qəzetində elan verildiyini, iddiaçının özünün ərizə ilə mərkəzə müraciət etdiyini, özünün sifarişi ilə hərracın təşkil edildiyini, X22madıqlarını, araşdırma səlahiyyətlərinin də olmadığını, əldə olunan vəsaitin Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü, çünki özlərinin hesabı olmadığını, oradan da Sahibkarlığın İnkişafı Fonduna köçürüldüyünü, şəxsin ərizəsində borcunun ödənilməsi üçün həmin hesaba köçürülməsini qeyd etmədiyini, ancaq borcu olduğu üçün həmin hesaba köçürüldüyünü, X4 qiymətlə bağlı heç bir iş görmədiyini, daxil olan şifarişə 10 vərəq qoşma əlavə edildiyini, həmin qoşmada da “X21 kompleksi” MMC-nin dəyərinin 930000 manat göstərildiyini, özlərinin pulu şəxsi hesaba köçürmək səlahiyyətləri olmadığı üçün Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü, verilmiş məlumata əsasən də həmin pulun da iddiaçının borclarına ödənildiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 04 dekabr 2014-cü il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 olan əmlak kompleksi kimi müəssisə “X21 kompleksi” MMC-nin adına Daşınmaz əmlakın dövlət reyestrində 7/1 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli, 1245/2024 nömrəli məktubdan görünür ki, “X21 Kompleksi” MMC-yə məxsus olan, Babək rayonu ərazisində yerləşən əmlak kompleksi kimi müəssisə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin 09 iyun 2020-ci il tarixli Əmlakın açıq hərracda satışı haqqında yekun protokolu, 09 iyun 2020-ci il tarixli hərracın yekunu üzrə alqı-satqı haqqında müqaviləsi əsasında X18 satılmış və qeyd olunan sənədlər əsasında əmlak xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X15 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 09 iyun 2020-ci il tarixli Əmlakın açıq hərracda satışı haqqında yekun protokoldan və 09 iyun 2020-ci il tarixli hərracın yekunu üzrə alqı-satqı haqqında müqavilədən görünür ki, "X19 Şirkətlərinin İttifaqı”nın 15 fevral 2020-ci il tarixli, 03 nömrəli məktubu əsasında Babək rayon, Babək qəsəbəsində yerləşən beton məmulatları kompleksi 790.500 (yeddi yüz doxsan min beş yüz) manat məbləğində alıcı Naxçıvan Muxtar Respublikası X11 xx.xx.2020-ci il tarixli, 721 nömrəli etibarnaməsi əsasında nümayəndə X34 tərəfindən alınmışdır. İş materiallarında olan 11 mart 2020-ci il tarixli Əmlakın açıq hərracda satışı haqqında yekun protokoldan və 11 mart 2020-ci il tarixli hərracın yekunu üzrə alqı-satqı haqqında müqavilədən görünür ki, "X19 Şirkətlərinin İttifaqı”nın 15 fevral 2020-ci il tarixli, 03 nömrəli məktubu əsasında **-AE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 3340 K” markalı özüboşaldan avtomaşın 60.000 (altmış min) manat, 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 3340 K” markalı özüboşaldan avtomaşın 60.000 (altmış min) manat, 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 3340 K” markalı özüboşaldan avtomaşın 60.000 (altmış min) manat, 2011-ci il buraxılışlı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “DAEWOO SKY 450 S” markalı qaldırıcı qurğu 30.000 (otuz min) manat, 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Avtokran kamaz 13 manipulyator” markalı avtokran 40.000 (qırx min) manat və 2011-ci il buraxılışlı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Avtokran kamaz 50t” markalı avtokran 90.000 (doxsan min) manat məbləğində alıcı Naxçıvan Muxtar Respublikası X11 xx.xx.2020-ci il tarixli, 721 nömrəli etibarnaməsi əsasında nümayəndə X34 tərəfindən alınmışdır. İş materiallarında olan 16 aprel 2020-ci il tarixli Əmlakın açıq hərracda satışı haqqında yekun protokoldan və 16 aprel 2020-ci il tarixli hərracın yekunu üzrə alqı-satqı haqqında müqavilədən görünür ki, "X19 Şirkətlərinin İttifaqı”nın 15 fevral 2020-ci il tarixli, 03 nömrəli məktubu əsasında 2012-ci il buraxılışlı, 1**-FX-*** dövlət qeydiyyat nişanlı, “D-30 model 4500SM” markalı yükləyici 8500 (səkkiz min beş yüz) manat və 2012-ci il buraxılışlı, 1**-FX- *** dövlət qeydiyyat nişanlı, “D-30 model 3300SM” markalı yükləyici 7650 (yeddi min altı yüz əlli) manat məbləğində alıcı Naxçıvan Muxtar Respublikası X11 xx.xx.2020-ci il tarixli, 721 nömrəli etibarnaməsi əsasında nümayəndə X34 tərəfindən alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 18 iyul 2024-cü il tarixli məktubdan görünür ki, “X26 Kompleksi” MMC-yə məxsus olan Babək rayonu ərazisində yerləşən əmlak kompleksi kimi müəssisə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin 09 iyun 2020-ci il tarixli Əmlakın açıq hərracda satışı haqqında yekun protokolu, 09 iyun 2020-ci il tarixli hərracın yekunu üzrə alqı-satqı haqqında müqaviləsi əsasında X18 satılmış və qeyd olunan sənədlər əsasında əmlak xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X15 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişindən görünür ki, “X26 Kompleksi” MMC xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. İş materiallarında olan 12 iyun 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Dizayn Holdinq” X5 fəaliyyətini dayandıraraq ləğv edildiyindən “Dizayn Holdinq” X5”- möhür və ştamp; "xxxx" MMC- möhür və ştamp; “X27” MMC- möhür və ştamp; "xxxx" MMC- möhür və ştamp; “X21 Kompleksi” MMC- möhür və ştamp; "xxxx" MMC- möhür və ştamp; "xxxx" MMC- möhür və ştamp təsdiqlənmişdir; Həmkarlar İttifaqı Komitəsi – möhür və Memarlıq və Layihə Şöbəsi - möhür “Dizayn Holdinq” X2 rəhbəri İddiaçı götürülərək Naxçıvan Muxtar Respublikası Vergilər Xidmətinin Kommersiya, publik və hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsinin müdiri X16 təhvil verilmişdir. İş materiallarında olan 02 iyul 2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2011-ci il tarixdə Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən ********** nömrəli şəhadətnamə ilə Dövlət qeydiyyatına alınmış “X26İ KOMPLEKSİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin 10 iyun 2020-ci il tarixli müraciətinə əsasən cəmiyyət ləğv olunduğundan ona məxsus olan «1» ədəd dairəvi möhür və «1» ədəd künc ştampı məhv edilmişdir. İş materiallarında olan 24 iyun 2020-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, Naxçıvan MR Dövlət Vergi Xidməti xx.xx.2020 tarixli **********137219 saylı qərarına əsasən Naxçıvan MR Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin auditi şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X23 tərəfindən "X26İ KOMPLEKSİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ləğv prosesindədir) (VÖEN **********) üzrə əlavə dəyər vergisi aprel 2018 - iyun 2020, əmlak vergisi 2018-ci il - 2020-ci il, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2018-ci il - 2020-ci il, mənfəət vergisi 2018-ci il - 2020-ci il, tədiyyə və dövrlərdə Vergi məcəlləsinin 38.3.8 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və vergi yoxlamasının nəticəsində 239.97 manat əlavə hesablanma və 119.99 manat maliyyə sanksiyası aşkar edilmişdir. İş materiallarında olan 25 iyun 2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, "X21 Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti (Ləğv prosesindədir) (VÖEN **********) mənfəət vergisində 239.97 manat əlavə hesablanma və 119.99 manat maliyyə sanksiyası aşkar edildiyi üçün vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27 iyul 2018-ci il tarixli, 113 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, 24 iyul 2018-ci il tarixinə Babək qəsəbəsi, Araz çay qovşağının 3 km yerləşən əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 1 720 000 (bir milyon yeddi yüz iyirmi min) manat təşkil edir. İş materiallarında olan 15 fevral 2020-ci il tarixli ərizədən görünür ki, “X19 Şirkətlərinin İttifaqı”nın direktoru Sadiqov X10 Muxtar Respublikasının Auksion Mərkəzinin direktoru X24 ərizə ilə müraciət edərək “X19 Şirkətlərinin İttifaqı yaranmış öhdəliklərini yerinə yetirə bilmədiyinə görə, məktuba əlavə edilmiş əmlakların və nəqliyyat vasitələrinin satılmasına müvafiq köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan X25 Komandanının birinci müavini-qərargah rəisi, generalmayor X17 tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, 721 nömrəli etibarnamədən görünür ki, 2020-ci il ərzində Naxçıvan Auksion mərkəzində keçiriləcək bütün hərraclarda X25 adından nümayəndə qismində iştirak etməyi polkovnik X29 etibar edilmişdir. İş materiallarında olan 19 mart 2020-ci il tarixli, 34 nömrəli qəbzdən görünür ki, X34 tərəfindən Babək rayon, Babək qəsəbəsində yerləşən beton məmulatları kompleksin satışından gələn 790.500 (yeddi yüz doxsan min beş yüz) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. İş materiallarında olan 27 fevral 2020-ci il tarixli, 55 nömrəli qəbzdən görünür ki, X34 tərəfindən 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 3340 K” markalı özüboşaldan avtomaşının satışından gələn 60.000 (altmış min) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. İş materiallarında olan 27 fevral 2020-ci il tarixli, 57 nömrəli qəbzdən görünür ki, X34 tərəfindən 2011-ci il buraxılışlı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “DAEWOO SKY 450 S” markalı qaldırıcı qurğunun satışından gələn 30.000 (otuz min) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. İş materiallarında olan 27 fevral 2020-ci il tarixli, 59 nömrəli qəbzdən görünür ki, X34 tərəfindən 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Avtokran kamaz 13 manipulyator” markalı avtokranın satışından gələn 40.000 (qırx min) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. İş materiallarında olan 27 fevral 2020-ci il tarixli, 58 nömrəli və 28 fevral 2020-ci il tarixli, 58 nömrəli qəbzlərdən görünür ki, X34 tərəfindən 2011-ci il buraxılışlı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Avtokran kamaz 50t” markalı avtokranın satışından gələn ümumilikdə 90.000 (doxsan min) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. İş materiallarında olan 53 nömrəli qəbzdən görünür ki, X34 tərəfindən **-AE-*** dövlət qeydiyyat nişanlı,’’Mercedes 3340 K” markalı özüboşaldan avtomaşının satışından gələn 60.000 (altmış min) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. İş materiallarında olan 54 nömrəli qəbzdən görünür ki, X34 tərəfindən 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 3340 K” markalı özüboşaldan avtomaşının satışından gələn 60.000 (altmış min) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. İş materiallarında olan 11 nömrəli qəbzdən görünür ki, X34 tərəfindən 2012-ci il buraxılışlı, 1**-FX-*** dövlət qeydiyyat nişanlı, “D-30 model 4500SM” markalı yükləyicinin satışından gələn 8500 (səkkiz min beş yüz) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. İş materiallarında olan 15 aprel 2020-ci il tarixli, 12 nömrəli qəbzdən görünür ki, X34 tərəfindən 2012-ci il buraxılışlı, 1**-FX-*** dövlət qeydiyyat nişanlı, “D-30 model 3300SM” markalı yükləyicinin satışından gələn 7650 (yeddi min altı yüz əlli) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliklərində publik hüquqi şəxslərin yaradılması barədə 09 fevral 2024-cü il tarixli, 229-Vİ FR nömrəli Naxçıvan Muxtar Respublikası X33 fərmanının 1 və 1.1-ci bəndlərindən görünür ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin İİ hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Naxçıvan Muxtar Respublikası Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında “X14” publik hüquqi şəxsinin yaradılması qərara alınmışdır. Məhkəmə iş materiallarını təhlil edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 “X21 kompleksi” MMC əmlak kompleksi və "xxxx" MMC-yə məxsus ümumi dəyəri 356.150 (üç yüz əlli altı min yüz əlli) manat dəyərində nəqliyyat vasitələri barədə auksion mərkəzi tərəfindən 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixlərdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini istədiyini qeyd etmişdir. Həmçinin iddiaçı iddia ərizəsində və məhkəməyə verdiyi izahatlarında 2020-ci ilin əvvəlində heç bir qanuni əsas olmadan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbov, keçmiş baş naziri və keçmiş iqtisadiyyat nazirinin ona təzyiq və təkid edərək, özünün hakimiyyətindən sui-istifadə edərək özünün heç bir razılığı olmadan direktor olduğu “X21 kompleksi” MMC-nin X18 verilməsini tələb etdiklərini, ona heç bir ödəniş olunmadan, onun ağır vəziyyətə düşməyinə səbəb olan formal olaraq ona özləri tərəfindən hazırlanmış auksiona çıxarılması ərizəsinə təzyiq altında qol çəkdirməklə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində açıq hərraca çıxarılaraq ona heç bir dəyəri ödənilmədən hərracın yekunu üzrə alqı-satqı haqqında müqavilə bağlandığını qeyd etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı 15 fevral 2020-ci il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin direktoru X24 müraciət edərək “X19 Şirkətlərinin İttifaqı” yaranmış öhdəliklərini yerinə yetirə bilmədiyinə görə, məktuba əlavə edilmiş əmlakların və nəqliyyat vasitələrinin satılmasına müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qeyd edir ki, iddiaçı 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixlərdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı əsaslar aşkarlanmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1 və 389.2-ci maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Həmçinin həmin qərarda qeyd olunmuşdu ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyinəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Yuxarıda qeyd olunmuş qanunvericilik normalarına əsasən məhkəmə belə hesab edir ki, İddiaçı tərəfindən 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixlərdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddət buraxılmışdır. Bu müddət keçdiyi üçün iddiaçı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbini irəli sürmək hüququnu itirmişdir. İddiaçı 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixlərdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il kəsici müddəti buraxdığı üçün iddia tələbi həmin hissədə rədd edilməlidir. İddiaçının digər tələbi olan 09 iyun 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatların bərpasına münasibətdə isə məhkəmə belə qeyd edir ki, iddiaçının iddia tələbi 09 iyun 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə rədd edilməli olduğundan, həmçinin işin məhkəmə araşdırması zamanı 09 iyun 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatların bərpası üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də rədd edilməlidir. Yekunda məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1na və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində “X14” publik hüquqi şəxsinə qarşı 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və 09 iyun 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatın bərpası tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı cavabdehlər Cavabdeh1na və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində “X14” publik hüquqi şəxsinə qarşı 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və 09 iyun 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatın bərpası tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətеtdi: İddiaçı cavabdehlər Cavabdeh1na və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində “X14” publik hüquqi şəxsinə qarşı 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və 09 iyun 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatın bərpası tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar