Məhkəmə qərarları › İş №2(078)-1267/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1267/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1267/2021 01.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı Sübəddin oğlunun, iddiaçının vəkili Vəkil və cavabdeh təşkilatın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Sübəddin oğlunun cavabdeh Naxçıvan şəhər 1 saylı notariat ofisinə qarşı icra olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sübəddin oğlu cavabdeh Naxçıvan şəhər 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər Birinci Dövlət notariat kontorasında 18 mart 2010-cu il tarixdə 4Ə-1-141 saylı reyestrlə qeydə alınmış X4, X2 və onun arasında bağlanmış olan saxta müqavilə və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində icra olunmuş ünvan 1 ünvanı barədə olan alqısatqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 01 dekabr 2021-ci il tarixdə saat 10:00-da keçirilən məhkəmə hazırlıq iclası zamanı İddiaçı Sübəddin oğlu məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Sübəddin oğlunun ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin məzmununa əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı Sübəddin oğlu tərəfindən "xxxx" ASC Naxçıvan filialına 05.10.2021ci il tarixdə 3856 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Sübəddin oğlunun cavabdeh Naxçıvan şəhər 1 saylı notariat ofisinə qarşı icra olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Sübəddin oğlu tərəfindən "xxxx" ASC Naxçıvan filialına 05.10.2021-ci il tarixdə 3856 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar