Məhkəmə qərarları › İş №2(078)-1268/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1268/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1268/2021 01.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızı iddiaçı “ABC TELECOM“ Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı “ABC TELECOM“ Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək ümumilikdə 1759 (bir min yeddi yüz əlli doqquz) manat borcun və 37.59 (otuz yeddi manat əlli doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “ABC TELECOM“ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “ABC TELECOM“ Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, cavabdeh “ABC TELECOM“ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 02.06.2019, 16.02.2019, 19.05.2019, 19.05.2019, 30.04.2019, 08.01.2019, 20.07.2019 və 23.06.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodları **********311320 olan HOFFMANN T110, **********34930 olan Meizu C9 Pro və **********59157 olan Samsung galaxy A10 markalı telefonlar, Kyocera markalı printer, Gaming Headphone markalı qulaqlıq, Speakers Edifier markalı səsucaldıcı, Antivirus Kaspersky, TP-LİNK aksesuar, İP Player, Canon markalı fotoaparat və Samsung markalı televizor almış və nəticədə 1759 (min yeddi yüz əlli doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 466 (dörd yüz altmış altı) manat Kyocera markalı printer üçün ümumilikdə 341 manat olmaqla, ondan 310 (üç yüz on) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31 (otuz bir) manat cərimə, 16.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 168 (bir yüz altmış səkkiz) manat Gaming Headphone markalı qulaqlıq və Speakers Edifier markalı səsucaldıcı üçün ümumilikdə 58.8 (əlli səkkiz manat səksən qəpik) manat olmaqla ondan 53.8 (əli üç manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 (beş) manat cərimə, 19.05.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 77 (yetmiş yeddi) manat İMEİ Kodu **********311320 olan HOFFMANN T110 markalı telefon üçün ümumilikdə 46 (qırx altı) manat olmaqla ondan 42 (qırx iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 (dörd) manat cərimə, 19.05.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 66 (altmış altı) manat Antivirus Kaspersky və TP-LİNK aksesuar üçün ümumilikdə 31 (otuz bir) manat olmaqla ondan 28 (iyirmi səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 (üç) manat cərimə, 30.04.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 72 (yetmiş iki) manat İP Player ümumilikdə 23.9 (iyirmi üç mant doxsan qəpik) manat olmaqla ondan 21.9 (iyirmi bir manat doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 (iki) manat cərimə, 08.01.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 300 (üç yüz) manat İMEİ Kodu **********34930 olan Meizu C9 Pro markalı telefon üçün ümumilikdə 82.3 (səksən iki manat otuz qəpik) manat olmaqla ondan 74.5 (yetmiş dörd manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.8 (yeddi manat səksən qəpik) manat cərimə, 20.07.2019cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 697 (altı yüz doxsan yeddi) manat İMEİ Kodu **********59157 olan Samsung galaxy A10 markalı telefon və Samsung markalı televizor üçün ümumilikdə 606 (altı yüz altı) manat olmaqla ondan 551 (beş yüz əlli bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 55 (əlli beş) manat cərimə, 23.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 760 (yeddi yüz altmış) manat canon markalı fotoaparat üçün ümumilikdə 570 (beş yüz yetmiş) manat olmaqla ondan 519 (beş yüz on doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 51 (əlli bir) manat cərimə borcu yaranmışdır. Cavabdehin ödədiyi cəmi məbləğ 1005.8 manat təşkil edir. Qeyd olunan iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsindən aydın olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ilkin olaraq ödənilməmiş borcun və həmin borcun ödənilməməsinə görə hesablanmış cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilələrin 3.11-ci bəndində göstərilir ki, müştəri 2.1-ci bənddə göstərilən mallardan biri və ya bir neçəsi ilə bağlı öz öhdəliklərini pozarsa hər hansı səbəbdən onu (onları) qaytararsa və ya başqa növ/model mala dəyişdirərsə bu zaman güzəştli şərtlərlə (ödənişsiz) əldə etmiş olduğu malı ABC-nin tələbi ilə saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu mümkün olmadıqda iş həmin malın bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavədə qeyd olunmuş dəyərini tam şəkildə ödəməlidir. Qeyd olunan müqavilə şərtindən də göründüyü kimi iddiaçının Cavabdeh verdiyi malların dəyərini tam ödənilməsi tələb etməsi üçün ilkin olaraq cavabdehə verdiyi malı geri tələb etməli, sonuncu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan malları saz və korlanmamış vəziyyətdə geri qaytara bilmədikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh onların dəyərini tam ödənilməsini tələb etməlidir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə iddia ərizəsinə cavabdehdən yuxarıda qeyd olunan alqı-satqı müqavilələri üzrə ona verilmiş malların geri qaytarılmasını tələb etməsini və malların geri qaytarılmasının mümkünsüzlüyünü təsdiq edəcək hər hansı bir sübut əlavə etməyib. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsi tətbiq olunmalı və “ABC TELECOM“ Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. İddiaçıya izah edilir ki, yuxarıda qeyd olunan alqı-satqı müqavilələri üzrə Cavabdeh verilmiş malın geri qaytarılması tələb etdikdən və həmin malların geri qaytarılmasının mümkünsüzlüyü müəyyən edildikdən sonra yenidən iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, “ABC TELECOM“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X1 vasitəsilə 30 sentyabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə və 08 oktyabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 37.59 (otuz yeddi manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu ““ABC TELECOM“ Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: “ABC TELECOM“ Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırarkən iddiaçı “ABC TELECOM“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X1 vasitəsilə 30 sentyabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə və 08 oktyabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 37.59 (otuz yeddi manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı tərəfə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar