Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1271/2025 28.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödəilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi:
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona vurulmuş 55000.00 (əlli beş min) manat məbləğində zərərin və iş üzrə ödənilmiş 255.00 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətmamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır.
3. Belə ki, Belə ki, Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər.
4. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.
5. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.
6. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
7. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
8. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia ərizəsi X2 tərəfindən nümayəndə qismində imzalansa da, iş materiallarında olan xx.xx.2016-ci il tarixli, 7E-2798 nömrəli etibarnamədən görünür ki, onun iddia ərizəsini imzalamaq səlahiyyəti olmamışdır.
9. Belə ki, iş materiallarında olan xx.xx.2016-ci il tarixli, 7E-2798 nömrəli etibarnamə ilə MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlər, xüsusilə də iddia ərizəsinin imzalanması səlahiyyəti X1 həvalə edilməmiş, ona məhkəmə və digər qurumlarda təmsilçiliklə bağlı digər salahiyyətlər verilmişdir.
10. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən ona vurulmuş 55000.00 (əlli beş min) manat məbləğində zərərin və iş üzrə ödənilmiş 255.00 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
11. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
12. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən ona vurulmuş 55000.00 (əlli beş min) manat məbləğində zərərin və iş üzrə ödənilmiş 255.00 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hаkim: Aslan Heydarov.