Məhkəmə qərarları › İş №2(078)-1280/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1280/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1280/2021 29.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək müəyyən etdim: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək 14 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən Samqung markalı televizor üçün 1299.2(min iki yüz doxsan doqquz manat iyirmi qəpik) manat, müştəriyə güzəşt olunaraq 129.8 (yüz iyirmi doqquz manat səksən qəpik) cərimə, ümumilikdə 1429 manat borc və 34.29 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsində kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin forma və məzmunu öz əksini tapıb. Həmin normanın tələbindən görünür ki, ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar göstərilməlidir (284-3.2 və 284-3.2.4-cü maddələr). İddiaçı isə qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və ərizəsində öz tələbinin əsaslığını təsdiq edən sənədləri göstərməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsinə görə müqavilə iləvə ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarını araşdırarkən məlum olur ki, iddiaçı mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, tərəflər arasında bağlanan 14 yanvar 2020-ci il tarixli 20037204 nömrəli müqavilənin 3.11-ci maddəsində qeyd edilir ki, müştəri 2.1-ci bənddə göstərilən mallardan biri və ya bir neçəsi ilə bağlı öz öhdəliklərini pozarsa hər hansı səbəbdən onu (onları) qaytararsa və ya başqa növ/model mala dəyişdirərsə bu zaman güzəştli şərtlərlə (ödənişsiz) əldə etmiş olduğu malı ABC-nin tələbi ilə saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu mümkün olmadıqda is həmin malın bü müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavədə qeyd olunmuş dəyərini tam şəkildə ödəməlidir. Tərəflər arasında bağlanan müqavilədən aydın olur ki, iddiaçı təşkilat müqavilə şərtləri pozulduğu halda ilk olaraq malın korlanmamış və saz vəziyyətdə qaytarılmasını tələb edə bilər, bu mümkün olmadıqda isə malın dəyərinin ödənilməsini tələb edə bilər. Buna görə də məhkəmə belə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 qarşı borcun tutulması tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki, Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsi ilə müəyyən edilir ki, ərizənin həmin Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud həmin Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmçinin həmin maddədə o da qeyd edilir ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Sözü gedən Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 15 oktyabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 34.29 (otuz dörd manat iyirmi doqquz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi geri qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 15 oktyabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 34.29 (otuz dörd manat iyirmi doqquz) manat miqdarında dövlət rüsumu geri iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar