Məhkəmə qərarları › İş №2(078)-1294/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1294/2024

09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1294/2024 09.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X12 məhkəmə iclas katibliyi, İddiaçı və cavadeh Naxçıvan Muxtar Respublikası X15 hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası X15 hüquqi şəxsinə, X4 və X6 qarşı sağlamlığa vurulan ziyana görə maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Perinatal X7rşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi X1 vurulan ziyan görə müalicə üçün çəkdiyi xərclər daxil olmaqla 10 000 (on min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, 01 aprel 2024-cü il tarixdə hamiləliklə bağlı doğuş üçün cavabdeh Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə daxil olmuşdur. Onu həmin günü müayinə etdikdən sonra doğuşun çətin olmasına və səhhəti üçün təhlükə olmasına baxmayaraq onun üzərində əməliyyatsız məcburi qaydada doğuş aparılmışdır. Doğuş zamanı uşaq ana bətnində tələf olmuş və travma almışdır. İç orqanları və dalağı zədələnmişdir. 24 saat mərkəzdə saxlanıldıqdan sonra ağır şok vəziyyətdə əməliyyat üçün Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə köçürülmüşdür. Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən əməliyyat olunmuşdur. Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin təqdim etdiyi Stasionar Epikrizdə ona dalağın cırılması, Bağırsaq müsaqirəsinin cırılması, hemotoması, Periton arxasının geniş hemotoması, Uşaqlıq cisminin və boynunun cırılması (Patlaması). Hemorragik şok, İİ-İİİ dərəcə, Kəskin qanitirmə, Anemiya diaqnozu qoyulmuşdur. Səhhəti ilə əlaqədar çətin doğuş olduğundan əvvəlcədən əməliyyata götürülməli idi. Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzin həkimləri tərəfindən yanlış olaraq yoxlamadan onu birbaşa doğuşa götürməsi səbəbindən onun səhhətində ciddi təhlükə yaranmışdır. Sonra müalicəsinin davamı olaraq Bakı şəhərində yerləşən “Vital Hospital” Klinikasında müayinə olunmuş və müalicə almışdır. Klinikada ona bildirilmişdir ki, onun daxili orqanları zədələndiyi üçün bir daha ana ola bilməyəcək. 2024-cü ilin aprel ayından-2024-cü ilin iyun ayı müddətində və həmçinin Bakı şəhərində “Vital Hospital” Klinikasında sağlamlığına vurulan ziyana görə müalicə üçün çəkdiyi xərclər 10000 (on min) manat təşkil edir. Cavabdeh tibb müəssisəsi olaraq Naxçıvan Muxtar Respublikası X15 hüquqi şəxsinə yanlış əməliyyat nəticəsində ona sağlamlığına vurulan ziyanın ödənilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzin 14 avqust 2024-cü il tarixli, 4/228 nömrəli məktubunda ona sağlamlığına vurulan ziyanın mərkəzin həkim-ginekoloqları tərəfindən vurulmadığını bildirərək ziyanın ödənilməsindən imtina etmişdir. Məcbur qalaraq sağlamlığına vurulan ziyanın ödənilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməli olur. İddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 24 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə vəsatət təqdim edərək onun hamiləliyi ilə bağlı doğuş əməliyyatında birbaşa olaraq iştirak edən X10 həkim işləyən X3 və X5 cavabdeh qismində məhkəmə iclasına cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1294/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərardadı ilə, İddiaçı vəsatəti təmin edilməklə X8 və X9 cavabdeh qismində mülki işə cəlb edilmişlər. 09 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər X4 və X6 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə cavabdehlər X3 və X5 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 09 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh Naxçıvan Muxtar Respublikası Perinatal X7rşı sağlamlığa vurulan ziyana görə maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, cavabdeh təşkilatla vurulmuş ziyanın ödənilməsi ilə bağlı razılaşma olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə iclasında cavadeh təşkilatın nümayəndəsi Nümayəndə iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazlarının olmadığını bildirdi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası X15 hüquqi şəxsinə, X4 və X6 qarşı sağlamlığa vurulan ziyana görə maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası X15 hüquqi şəxsinə, X4 və X6 qarşı sağlamlığa vurulan ziyana görə maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar