Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-13/2021 02.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 695.84 (altı yüz doxsan beş dollar səksən dörd sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 15.04.2017-ci il tarixinə 340.68 (üç yüz qırx dollar altmış səkkiz sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 102.50 (bir yüz iki dollar əlli sent) ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 851.82 (səkkiz yüz əlli bir dollar səksən iki sent) ABŞ dolları cərimə borcu olmaqla cəmi 1990.84 (bir min doqquz yüz doxsan dollar səksən dörd sent) ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatın Səbail filialı ilə Cavabdeh1 arasında 15.04.2015-ci il tarixdə İKM 01 saylı Kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə 29 % ilə hesablanmaqla 2000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi öhdəliklərinin təminatı kimi Cavabdeh2 ilə iddiaçı təşkilat arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmış, cavabdeh Müqaviləyə kreditin qaytarılma qrafiki (ödəniş cədvəli) ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüş, ödəmə cədvəlinə görə kredit üzrə əsas və hesablanmış faizlər hər ay hissələrlə Banka ödənilməli olsa da, Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun Banka 695.84 (altı yüz doxsan beş dollar səksən dörd sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 15.04.2017-ci il tarixinə 340.68 (üç yüz qırx dollar altmış səkkiz sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 102.50 (bir yüz iki dollar əlli sent) ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 851.82 (səkkiz yüz əlli bir dollar səksən iki sent) ABŞ dolları cərimə borcu olmaqla cəmi 1990.84 (bir min doqquz yüz doxsan dollar səksən dörd sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı təşkilat ərizəsində müvafiq hüquq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat ləğv prosesində olan İddiaçı ASC-nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclaslarına gəlməmiş, lakin təşkilatın nümayəndəsi T.Piriyev məhkəmənin elektron ünvanına 27.10.2021-ci il tarixli ərizə göndərmiş, ərizədə 02.11.2021-ci il tarixdə saat 17:00-a təyin olunmuş məhkəmə baxış iclasında iş yükünün çox olması səbəbindən iştirak edə bilməyəcəyini, mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ərizəni və iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə araşdırması zamanı mülki işin materiallarına əlavə olunmuş 15.04.2015ci il tarixdə bağlanmış İKM 01 saylı Kredit müqaviləsindən görünür ki, təşkilatın Səbail filialı ilə Cavabdeh1 arasında 15.04.2015-ci il tarixdə İKM 01 saylı Kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə 29 % ilə hesablanmaqla 2000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi öhdəliklərinin təminatı kimi Cavabdeh2 ilə iddiaçı təşkilat arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. İş materiallarına əlavə edilmiş 04.01.2015-ci il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər İKM 01 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən 07.02.2020-ci il tarixdə verilmiş maliyyə arayışına əsasən Cavabdeh1 ilə Bank arasında 15.04.2015-ci il tarixdə bağlanmış İKM 01 saylı Kredit müqaviləsi üzrə 695.84 (altı yüz doxsan beş dollar səksən dörd sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 15.04.2017-ci il tarixinə 340.68 (üç yüz qırx dollar altmış səkkiz sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 102.50 (bir yüz iki dollar əlli sent) ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 851.82 (səkkiz yüz əlli bir dollar səksən iki sent) ABŞ dolları cərimə borcu olmaqla cəmi 1990.84 (bir min doqquz yüz doxsan dollar səksən dörd sent) ABŞ dolları borcu mövcuddur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Banka olan əsas borcun, faiz və cərimə borcunun ödənilməsi ilə bağlı Bank tərəfindən 29.03.2018-ci il tarixdə bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 06.02.2020-ci il tarixdə verilmiş arayışa əsasən Əliyev X2 şəhəri, Xətai döngə 2, ev 12 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 11.02.2020-ci il tarixdə verilmiş arayışa əsasən Əliyeva X3 şəhəri, H.Əliyev pr., ev 41A, mənzil 20 ünvanında qeydiyyatdadır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilələr üzrə götürmüş olduqları öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı təşkilat kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımnca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Naxçıvan Şəhər Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(078)-449/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmış, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 14 avqust 2020-ci il tarixli, 85 nömrəli məktubla mülki işi geri qaytararaq, məktubda ekspertizanın aparıla bilməsi üçün göndərilmiş vəsatət təmin olunmadığından ekspertizanın aparılmasının mümkün olmadığı qeyd edilmişdir. İş materiallarından aydın olur ki, ekspert tərəfindən göndərilmiş vəsatət məhkəmə tərəfindən təmin edilmiş, lakin Bank tərəfindən tələb edilmiş sənədlər ekspertizanın aparıldığı müddətdən gec məhkəməyə təqdim edildiyindən qərardad icrasız məhkəməyə qaytarılmış, və bundan sonra iddiaçı təşkilat tərəfindən tələb edilmiş sənədlər məhkəməyə göndərilmişdir. Məhkəmə mülki iş üzrə qаnuni və obyektiv qətnamənin çıxаrılmаsı üçün borc məbləği ABŞ dolları ilə hesablandığından işlə bаğlı hesаblаmаlаrın düzgünlüyünün xüsusi biliyə mаlik olаn ekspert vаsitəsilə müəyyən edilməsi zəruri hesab etdiyindən Naxçıvan Şəhər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(078)-449/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Mülki iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2020-ci il tarixli, 155/20 nömrəli məhkəmə ekspertizasına dair rəydən məlum olmuşdur ki, həmin iş üzrə ekspertiza yekunlaşdırılmış və mülki iş ekspert rəyi ilə birlikdə məhkəməyə göndərilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Tural Məmmədov məhkəmənin ünvanına vəsatət göndərmiş və vəsatətdə mülki iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi və cavabdehin 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcunun, illik 5%-lə hesablanmış faiz borcunun, həmçinin müqavilə müddətinin sonuna 15 aprel 2017-ci il tarixinə olan faiz borcunun müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli, 2(078)-13/2021 nömrəli qərardadı ilə vəsatət təmin edilərək iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarından aydın olur ki, ekspert tərəfindən göndərilmiş vəsatət məhkəmə tərəfindən təmin edilmiş, lakin Bank tərəfindən tələb edilmiş sənədlər ekspertizanın aparıldığı müddətdən gec məhkəməyə təqdim edildiyindən qərardad icrasız məhkəməyə qaytarılmış və bundan sonra iddiaçı təşkilat tərəfindən tələb edilmiş sənədlər məhkəməyə göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(078)-13/2021 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2021-ci il tarixli, 9/5732 nömrəli məhkəmə ekspertizasına dair ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş hesabdan çıxarış məlumatları və 15 aprel 2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 iddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit müqaviləsinin bitdiyi 15.04.2017-ci il tarixinə və iş materiallarının 9-cu səhifəsində olan maliyyə arayışında borcun hesablandığı 04.02.2020-ci il tarixinə (kredit müqaviləsinin müddətinin tarixdən sonra əsas borca hesablanan faiz dərəcəsi illik 5% dərəcəsi ilə hesablanmaqla) olan borcu: 15.04.2017-ci il tarixə olan borcu üzrə: -əsas borcu 1183.33 (bir min bir yüz səksən üç dollar otuz üç sent) ABŞ dolları; -faiz borcu 254.51 (iki yüz əlli dörd dollar əlli bir sent) ABŞ dolları. 04.02.2020-ci il tarixə olan borcu üzrə: -əsas borcu 675.13 (altı yüz yetmiş beş dollar on üç sent) ABŞ dolları; -faiz borcu 400.23 (dörd yüz dollar iyirmi üç sent) ABŞ dolları. Rəydə qeyd olunmuşdur ki, ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 15 aprel 2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün Cavabdeh1 cərimə borcu hesablanmadı. Məhkəmə əsas borc məbləği və faiz borcu üzrə ilkin və təkrar ekspertin rəylərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2021-ci il tarixli, 9/5732 nömrəli ekspert rəyinə əsaslanmalıdır. Məhkəmə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyini sübut kimi qəbuledilən hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə təkrar ekspertizanın rəyinə əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15.04.2015-ci il tarixdə İKM 01 saylı Kredit müqaviləsi üzrə 04.02.2020-ci il tarixə olan əsas borcu üzrə 675.13 (altı yüz yetmiş beş dollar on üç sent) ABŞ dolları, faiz borcu 400.23 (dörd yüz dollar iyirmi üç sent) ABŞ dolları olmaqla ümumilikdə 1075.36 (bir min yetmiş beş dollar otuz altı sent) ABŞ dolları məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı əsas borcun və faiz borcun ödənilməsi ilə yanaşı cərimə borcunun ödənilməsini də tələb etsə də bu tələbinin əsası üçün məhkəməyə təqdim edilmiş maliyyə arayışında cərimə borcunun hansı hesabalamalar nəticəsində yaranması barədə zəruri sənədlərini təqdim etməmişdir. Ona görə də iddiaçının cavabdehlərdən cərimə borcunu tələb etməsi tədqiq edilmiş rəydən də aydın olur ki, əsassızdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi cərimə borcunun hesablanmasına münasibətdə əsassız olduğundan tələb həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarının 10-cu bəndində tövsiyə olunmuşdur ki, ”Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir”. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə belə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ümumilikdə iddiaçı təşkilatın xeyrinə tutulacaq 1075.36 (bir min yetmiş beş dollar otuz altı sent) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanaraq ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən X4 18.03.2020-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 16.20 (on altı manat iyirmi) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 145 (bir yüz qırx beş) manat bu barədə vəsatət vermiş iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq X1 Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir (Kod: 210005 VÖEN: **********, Müxbir hesab № AZ41NABZ********************). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 15.04.2015-ci il tarixdə İKM 01 saylı Kredit müqaviləsi üzrə 04.02.2020-ci il tarixə olan əsas borcu üzrə 675.13 (altı yüz yetmiş beş dollar on üç sent) ABŞ dolları, faiz borcu 400.23 (dörd yüz dollar iyirmi üç sent) ABŞ dolları olmaqla ümumilikdə 1075.36 (bir min yetmiş beş dollar otuz altı sent) ABŞ dolları məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ümumilikdə iddiaçı təşkilatın xeyrinə tutulacaq 1075.36 (bir min yetmiş beş dollar otuz altı sent) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanaraq ödənilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən X4 18.03.2020-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 16.20 (on altı manat iyirmi) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 145 (bir yüz qırx beş) manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq X1 Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. (Kod: 210005 VÖEN: **********, Müxbir hesab № AZ41NABZ********************). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-13/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-13/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver