Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1304/2021 21.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 14 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********44027 olan X1 8 markalı telefon üçün 34 (otuz dörd) manat ödənilməmiş hissənin, 3 (üç) manat cərimənin, 07 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********87535 olan X1 8 markalı telefon üçün 428.3 (dörd yüz iyirmi səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissənin, 42 (qırx iki) manat cərimə borcunun, ümumilikdə 507.3 (beş yüz yeddi manat otuz qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə 14 yanvar 2020-ci il və 07 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodları **********44027 və **********87535 olan 2 ədəd X1 8 markalı telefon aldığını və nəticədə 507.3 (beş yüz yeddi manat otuz qəpik) manat borcun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 14 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 539.2 (beş yüz otuz doqquz manat iyirmi qəpik) manat (12 ay x 83.2 manat + 38 manat ilkin ödəniş), İMEİ kodu **********44027 olan X1 8 markalı telefon üçün ümumilikdə 37 (otuz yeddi) manat olmaqla, ondan 34 (otuz dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 3 (üç) manat cərimə, 07 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 594 (beş yüz doxsan dörd) manat (18 ay x 33 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********87535 olan X1 8 markalı telefon üçün ümumilikdə 470.3 (dörd yüz yetmiş manat otuz qəpik) manat olmaqla, ondan 428.3 (dörd yüz iyirmi səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 42 (qırx iki) manat cərimə borcunun hesablandığını, cavabdehin cəmi ödədiyi məbləğin 670.9 manat təşkil etdiyini, bunları nəzərə alaraq, 14 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********44027 olan X1 8 markalı telefon üçün 34 (otuz dörd) manat ödənilməmiş hissənin, 3 (üç) manat cərimənin, 07 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********87535 olan X1 8 markalı telefon üçün 428.3 (dörd yüz iyirmi səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissənin, 42 (qırx iki) manat cərimə borcunun, ümumilikdə 507.3 (beş yüz yeddi manat otuz qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 07 dekabr 2019-cu il tarixli, 01106052 nömrəli və 14 yanvar 2020-ci il tarixli, 20036672 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 22 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 07 dekabr 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 594 manat, İMEİ kodu **********87535 olan X1 8 markalı telefon üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 33 manat, 14 yanvar 2020ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 539.2 manat, İMEİ kodu **********44027 olan X1 8 markalı telefon üçün ilkin ödəniş 83.2 manat olmaqla, 12 ay müddətinə ayda 38 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 11 noyabr 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 12 noyabr 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 07 dekabr 2019-cu il tarixli müqavilə üzrə 428.30 (dörd yüz iyirmi səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə borcu, 14 yanvar 2020-ci il tarixli müqavilə üzrə 34 (otuz dörd) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 537.30 (beş yüz otuz yeddi manat otuz qəpik) manat məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 07 dekabr 2019-cu il tarixli, 01106052 nömrəli və 14 yanvar 2020-ci il tarixli, 20036672 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 22 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 07 dekabr 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 594 manat, İMEİ kodu **********87535 olan X1 8 markalı telefon üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 33 manat, 14 yanvar 2020ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 539.2 manat, İMEİ kodu **********44027 olan X1 8 markalı telefon üçün ilkin ödəniş 83.2 manat olmaqla, 12 ay müddətinə ayda 38 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilədən irəli gələn öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 07 dekabr 2019-cu il tarixli müqavilə üzrə 428.30 (dörd yüz iyirmi səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə borcu, 14 yanvar 2020-ci il tarixli müqavilə üzrə 34 (otuz dörd) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 537.30 (beş yüz otuz yeddi manat otuz qəpik) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1304/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1304/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver