Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-131/2021 27.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2272 (iki min iki yüz yetmiş iki) manat əsas, 502.64 (beş yüz iki manat altmış dörd qəpik) manat faiz, 105 (bir yüz beş) manat cərimə borcu olmaqla cəmi 2879.64 (iki min səkkiz yüz yetmiş doqquz manat altmış dörd qəpik) manat məbləğində borc, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat “FİNCA Azerbaijan” MM QBKT ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə **********1460 saylı Kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 18 ay müddətinə illik 29 % ilə hesablanmaqla 2500 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclunun hər ay 174 manat olmaqla bərabər hissələrlə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsi öhdəliklərinin təminatı kimi Cavabdeh2 ilə iddiaçı təşkilat arasında həmin tarixdə **********1***-******* saylı zaminlik müqaviləsi bağlanmış, cavabdeh Müqaviləyə kreditin qaytarılma qrafiki (ödəniş cədvəli) ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüş, ödəmə cədvəlinə görə kredit üzrə əsas və hesablanmış faizlər hər ay hissələrlə Banka ödənilməli olsa da, Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun xx.xx.2020-ci il tarixə Banka 2272 (iki min iki yüz yetmiş iki) manat əsas, 502.64 (beş yüz iki manat altmış dörd qəpik) manat faiz, 105 (bir yüz beş) manat cərimə borcu olmaqla cəmi 2879.64 (iki min səkkiz yüz yetmiş doqquz manat altmış dörd qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı təşkilat ərizəsndə müvafiq hüquq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat “FİNCA Azerbaijan” MM QBKT-nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclaslarına gəlməmiş, lakin təşkilatın nümayəndəsi R.Heydərov məhkəmənin ünvanına xx.xx.2020-ci il tarixdə teleqram göndərmiş, teleqramda xx.xx.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilmiş iş üzrə Cavabdeh1 məhkəməyə verdiyi izahatında həqiqətən iddiaçı təşkilatla onun arasında xx.xx.2019-cu il tarixdə **********1460 saylı Kredit müqaviləsi bağlandığını, müqaviləyə əsasən ona 18 ay müddətinə illik 29 % ilə hesablanmaqla 2500 manat məbləğində kredit verildiyini, kredit müqaviləsi öhdəliklərinin təminatı kimi digər Cavabdeh2 ilə iddiaçı təşkilat arasında həmin tarixdə zaminlik müqaviləsi bağlandığını, lakin götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirə bilmədiyini bildirib, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən iş üzrə digər Cavabdeh2 verdiyi izahatında Cavabdeh1 izahatını təsdiqlədiyini, iddiaçı təşkilatın hesabına xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə isə 100 manat olmaqla ümumilikdə 600 manat pul ödədiyini, həmin qəbzləri məhkəməyə təqdim etdiyini , qalan borclarını hissə-hissə ödəyəcəklərini bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdehlərin izahatını dinləyib, iddiaçı təşkilatın teleqramını və iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə araşdırması zamanı mülki işin materiallarına əlavə olunmuş xx.xx.2019cu il tarixdə bağlanmış **********1460 saylı kredit müqaviləsindən görünür ki, “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli X1 ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit müqaviləsinin şərtinə əsasən Cavabdeh1 biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 18 ay müddətinə illik 29 % ilə hesablanmaqla 2500 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclunun hər ay 174 manat olmaqla bərabər hissələrlə ödəniş etməsi razılaşdırılmışdır. İş materiallarında olan FİNCA Azerbaijan” MM QBKT tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışına əsasən Cavabdeh1 ilə Kredit Təşkilatı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən banka 2272 (iki min iki yüz yetmiş iki) manat əsas, 502.64 (beş yüz iki manat altmış dörd qəpik) manat faiz, 105 (bir yüz beş) manat cərimə borcu olmaqla cəmi 2879.64 (iki min səkkiz yüz yetmiş doqquz manat altmış dörd qəpik) manat məbləğində borcu mövcuddur. Cavabdeh1 tərəfindən Təşkilata olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilələr üzrə götürmüş olduqları öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı təşkilat kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımnca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Cavabdeh1 izahatından və məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qəbzlərdən aydın olur ki, Cavabdeh1 tərəfindən iddiaçı təşkilatın hesabına xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə isə 100 manat olmaqla ümumilikdə 600 manat pul ödənilmişdir. Buna görə də cavabdeh tərəfindən ödənilmiş 600 (altı yüz) manat pul ümumi iddia tələbindən çıxarılmalı və yerdə qalan məbləğ cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirib belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2272 (iki min iki yüz yetmiş iki) manat əsas, 07.64 (yeddi manat altmış dörd qəpik) manat faiz borcu olmaqla cəmi 2279.64 (iki min iki yüz yetmiş doqquz manat altmış dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT tərəfindən Naxçıvan Şəhər Maliyyə Şöbəsinə xx.xx.2020-ci il tarixli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 23.75 (iyirmi üç manat yetmiş beş qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2272 (iki min iki yüz yetmiş iki) manat əsas, 07.64 (yeddi manat altmış dörd qəpik) manat faiz borcu olmaqla cəmi 2279.64 (iki min iki yüz yetmiş doqquz manat altmış dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə xeyrinə ödənilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT tərəfindən Naxçıvan Şəhər Maliyyə Şöbəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 23.75 (iyirmi üç manat yetmiş beş qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-131/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-131/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver