Məhkəmə qərarları › İş №2(078)-132/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-132/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-132/2021 21.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT Cavabdeh qarşı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh əsas borc üzrə 1815 (bir min səkkiz yüz on beş) manat, faiz borcu üzrə 376 (üç yüz yetmiş altı) manat, cərimə borcuna görə 85.73 (səksən beş manat yetmiş üç qəpik) manat olmaqla cəmi 2276.73 (iki min iki yüz yetmiş altı manat yetmiş üç qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat “FİNCA Azerbaijan” MM QBKT ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə **********3602 saylı Kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 18 ay müddətinə illik 28 % ilə hesablanmaqla 2000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclunun hər ay 138 manat olmaqla bərabər hissələrlə ödəniş etməsi razılaşdırılmışdır. Cavabdeh Müqaviləyə kreditin qaytarılma qrafiki (ödəniş cədvəli) ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüş, ödəmə cədvəlinə görə kredit üzrə əsas və hesablanmış faizlər hər ay hissələrlə Banka ödənilməli olsa da, Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun xx.xx.2020-ci il tarixə Banka əsas borc üzrə 1815 (bir min səkkiz yüz on beş) manat, faiz borcu üzrə 376 (üç yüz yetmiş altı) manat, cərimə borcuna görə 85.73 (səksən beş manat yetmiş üç qəpik) manat olmaqla cəmi 2276.73 (iki min iki yüz yetmiş altı manat yetmiş üç qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı təşkilat ərizəsində müvafiq hüquq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat “FİNCA Azerbaijan” MM QBKT-nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclaslarına gəlməmiş, lakin təşkilatın nümayəndəsi R.Heydərov məhkəmənin ünvanına xx.xx.2021-ci il tarixdə teleqram göndərmiş, teleqramda xx.xx.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın teleqramını, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Məhkəmə araşdırması zamanı mülki işin materiallarına əlavə olunmuş xx.xx.2020ci il tarixdə bağlanmış **********3602 saylı kredit müqaviləsindən görünür ki, “FİNCA Azerbaijan” X3-Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit müqaviləsinin şərtinə əsasən Cavabdeh biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 18 ay müddətinə illik 28 % ilə hesablanmaqla 2000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclunun hər ay 138 manat olmaqla bərabər hissələrlə ödəniş etməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər **********3602 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. İş materiallarında olan FİNCA Azerbaijan” MM QBKT tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışına əsasən Cavabdeh ilə Kredit Təşkilatı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Banka əsas borc üzrə 1815 (bir min səkkiz yüz on beş) manat, faiz borcu üzrə 376 (üç yüz yetmiş altı) manat, cərimə borcuna görə 85.73 (səksən beş manat yetmiş üç qəpik) manat olmaqla cəmi 2276.73 (iki min iki yüz yetmiş altı manat yetmiş üç qəpik) manat məbləğində borcu mövcuddur. Cavabdeh tərəfindən Təşkilata olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan ŞPİ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X1 şəhəri, H.Vəzirov, ev 24 ünvanında qeydiyyatdadır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduqları öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməməmişdir. Belə ki, iddiaçı təşkilat kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımnca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədikyinə görə müvafiq məsuliyyəti yaranmışdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(078)-132/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış, Mərkəzin xx xxxx 2021-ci il tarixli 65 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixdə **********3602 saylı Kredit müqaviləsinin şərtinə əsasən Cavabdeh iddiaçı təşkilata xx.xx.2020-ci il tarixə (son ödəniş tarixi) kredit üzrə 1557.95 manat əsas, 45.21 manat faiz borcu olduğu müəyyən edilmişdir. Məhkəmə əsas borc məbləği və faiz borcu üzrə ekspertin rəyini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2021-ci il tarixli 65 nömrəli ekspert rəyinə əsaslanmalıdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizada ekspert qarşısına qoyulan suallardan cərimə borcunun hesablanmasına münasibətdə hesablanmamışdır. Ekspert qarşısına cərimə borcunun hesablanmasına dair sual qoyulmuş, həmin sual əsasında ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh ilə iddiaçı “FİNCA Azerbaijan” MM QBKT arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********3602 saylı Kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır və buna görə də Cavabdeh cərimə hesablanmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 1557.95 (bir min beş yüz əlli yeddi manat doxsan beş qəpik) manat əsas, 45.21 (qırx beş manat iyirmi bir qəpik) manat faiz borcu olmaqla ümumilikdə 1603.16 (bir min altı yüz üç manat on altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT tərəfindən Naxçıvan Şəhər Maliyyə Şöbəsinə xx.xx.2020-ci il tarixli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 21.12 (iyirmi bir manat on iki qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 1557.95 (bir min beş yüz əlli yeddi manat doxsan beş qəpik) manat əsas, 45.21 (qırx beş manat iyirmi bir qəpik) manat faiz borcu olmaqla ümumilikdə 1603.16 (bir min altı yüz üç manat on altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə xeyrinə ödənilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT tərəfindən Naxçıvan Şəhər Maliyyə Şöbəsinə xx.xx.2020-ci il tarixli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 21.12 (iyirmi bir manat on iki qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar