Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1324/2024 18.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı ödənilmiş pulların geri qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 ödənilmiş pulların, yəni 12000 (on iki min) manat kredit məbləğinin və iş üzrə ödəmiş olduğu 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun reqres qaydasında geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə vaxtilə eyni yerdə hərbi xidmətdə olub. Kənan atasının xəstə olduğunu, bu səbəbdən də təcili pula ehtiyacı olduğunu bildirmiş və ondan öz adına kredit götürərək həmin məbləği ona verməsini xahiş etmişdir. Həmin pulu Kənanın dediyinə görə Nərimanov rayonunda olan evini sataraq qaytaracağını bildirmişdi. O da Kənanın çətin vəziyyətdə olduğunu görüb kredit götürməyə razılaşmış və 20 avqust 2020-ci il tarixdə "xxxx" ASC-nin Naxçıvan filialından 10.000 manat məbləğində zaminsiz, girovsuz kredit götürmüş, bank əməliyyatlarına görə 400 manat komissiya haqqı bank tərəfindən tutulduqdan sonra yerdə qalan 9600 AZN məbləğin tamamını bankın kassasında nağdlaşdırıb Cavabdeh vermişdir. Kreditin aylıq ödənişi onu götürdükdən sonrakı ilk 4 ay (sentyabr, oktyabr, noyabr, dekabr ayları) boyunca Cavabdeh tərəfindən ödənilmişdir. Daha sonra Kənan əməkhaqqısının azaldılması səbəbindən aylıq ödənişə gücü çatmadığını, bununla bağlı "xxxx" ASC-nə müraciət etməsini xahiş etmiş və onun Banka müraciətinin nəticəsi olaraq bank tərəfindən müddət uzadılaraq aylıq ödəniş məbləği azaldılmışdır. Lakin bu prosesdən sonra Cavabdeh tərəfindən bir dəfə belə olsun ödəniş edilməmişdir. O, həmin krediti bağladığı 2022-ci ilin sentyabr ayına kimi aylıq ödənişləri məcburi şəkildə ödəyib. 2022-ci ilin sentyabr ayında bir yaxınından borc alaraq krediti bağlayıb. Bu məsələ ilə bağlı N saylı hərbi hissəyə müraciət etmiş, Hərbi hissə tərəfindən Cavabdeh intizam tənbehi verilərək, rütbəsi aşağı salınmışdır. Müraciətinin nəticəsində cavabdehin şəxsi işindəki söhbətləşmə vərəqəsində pul alıb qaytarmadığı bir neçə şəxsdən biri kimi də onun adı qeyd olunmuşdur. Məhkəmə iclası zamanı dindirilən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən cavabdeh X4 iddianı etiraf edərək izahatında bildirmişdir ki, həqiqətən də İddiaçı onun xahişi ilə Bankdan pul götürüb ona vermişdir. Maddi çətinliklər səbəbindən kredit üzrə ödənişləri ödəməmiş, bütün ödənişləri iddiaçı etmişdir. Borcu etiraf edir. Sadəcə olaraq ona vaxt verilməsini istəyir. Qanuni qərar qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdeh X2 iddianı etiraf etməsini müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsini göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə cavabdeh X2 etirafı məhkəmə tərəfindən qəbul edilməli, cavabdehdən 12000 (on iki min) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən X5 xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu cavabdeh X1 alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh X3 qarşı ödənilmiş pulların geri qaytarılması tələbinə dair iddiası təmin edilsin. İş üzrə cavabdeh X1 12000 (on iki min) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən X5 xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu cavabdeh X1 alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1324/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1324/2024
18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver