Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1326/2024 22.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşama və istifadə hüququnun verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 5nvanında yerləşən fərdi yaşayış evindən yaşama və istifadə hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, X8 ilə 24 sentyabr 2018-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikahlarını 384 nömrə ilə qeyd etdirərək ailə qurmuşlar. Onların birgə nikahlarından 26 oktyabr 2016-cı il təvəllüdlü X10 doğulmuşdur. Onlar ailə qurduqdan sonra ünvan 1 ünvanında yaşamağa başlamışlar. Onlar yola gedə bilmədiklərindən Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-387/2024 nömrəli qətnaməsi aralarındakı nikah pozulmuşdur. O hal-hazırda qaynatasının köməkliyi ilə Naxçıvan şəhəri Qaraxanbəyli kəndində kirayədə yaşayır. Onun başqa yaşayacaq evi olmadığından ünvan 5nvanında yaşama və istifadə hüququ üçün məhkəməyə müraciət etməli olmuşdur. 03 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək ərizədə iddianı qəbul etdiyini, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququnun iddiaçıya verilməsinə razı olduğunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında yaşamaq üçün ünvan 4 ünvanında yerləşən evdən ona yaşayış və istifadə hüququnun verilməsini istədiyini, həmin evdə 2015-ci ildən yaşadığını, 2018-ci ildən nikaha daxil olduqlarını, qaynatasının da razı olduğunu, hal-hazırda kirayədə yaşadığını, himayəsində 2016-cı il təvəllüdlü uşağı olduğunu bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında iddiaçı kirayədə yaşadığı üçün öz mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evdən ona yaşayış və istifadə hüququnun verilməsinə etirazı olmadığını, aralarında müqavilə, yazılı razılıq və s. olmadığını, iddianı qəbul etdiyini, hal-hazırda tək yaşadığını, iddiaçının da istifadə hüququ verilməklə özünə məxsus evdə yaşamasına heç bir etirazının olmadığını bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun verilməsini tələb etməsi işin mübahisəli halıdır. Məhkəmə işin mübahisəli halının həlli ilə bağlı cavabdehin etirafını nəzərə alaraq bildirir ki, Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı istifadə hüququnun verilməsi tələbi əsaslı sayılaraq təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2024cü il tarixli, 2(078)-387/2024 nömrəli qətnaməsinə əsasən, X8 ilə İddiaçı arasında 24 sentyabr 2018-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 384 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 26 oktyabr 2016-cı il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılması və “18” mart 2024-cü il tarixdən hesablanmaqla, 26 oktyabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X2 hər ay 160 (yüz altmış) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq, uşağın anası İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında 0.0399 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126.46 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 12 avqust 2024-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İİİ seriyalı, 963381 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X3 birgə nikahlarından 26 oktyabr 2016-cı il təvəllüdlü X10 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli, Xİİ-ЖГ seriyalı, 285633 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 və Cavabdeh birgə nikahlarından 25 noyabr 1986cı il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 29 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Qasımova X5 şəhəri Qaraxanbəyli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 29 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Qasımov X6 şəhəri Qaraxanbəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsinə dair verdiyi ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - Cavabdeh mülkiyyətində olan ünvan 5nvanında 0.0399 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126.46 kv.m olan fərdi yaşayış evindən İddiaçı istifadə hüququ verilməli; - iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında 0.0399 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126.46 kv.m olan fərdi yaşayış evindən İddiaçı istifadə hüququ verilsin. İddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1326/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1326/2024
22.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver