Məhkəmə qərarları › İş №2(078)-1331/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1331/2025

04.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1331/2025 04.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Heydarov Aslan Nazim оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi:

1. İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 55000.00 (əlli beş min) manat məbləğində zərərin və iş üzrə tərəfindən ödənilmiş 255.00 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında razılaşdıqlarından iddia tələbindən imtina etdiyini bildirmişdir.

3. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, cavabdeh tərəfindən iddiaçıya 16000(on altı min) manat məbləğində pul ödənildiyini, iddiaçı və cavabdeh arasında barışıq olduğundan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi.

4. İş materiallarına əlavə olunmuş 03 fevral 2026-cı il tarixli Akta əsasən, Cavabdeh iddiaçının nümayəndəsi Nümayəndə məhkəmədən kənar qaydada 16000 (on altı min) manat nağd şəkildə pul ödədi. Həmin pulun qarşılığında isə iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçı atası İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən 0.11 ha həyatyanı torpaq sahəsini Cavabdeh notarial qaydada bağışlayaraq adına rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir.

6. Məhkəmə iddiaçının ərizəsinə qiymət verib hesab edir ki, tərəflər barışdığından iş üzrə icraata xitam verilməlidir.

7. Mülki Prosessual Məcəllənin 114.1.4-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu qaytarılır.

8. Həmin Məcəllənin

9. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.

10. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ərizə üzrə İddiaçı tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 255 (iki yüz əlli beş) manat dövlət rüsumu iddiaçının özünə qaytarılmalıdır.

11. Mülki Prosessual Məcəllənin 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;

12. Məhkəmə qeyd edir ki, iş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 173 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, ekspertiza xərci iddiaçı və cavabdehdən müştərək qaydada tutulmalıdır.

13. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

14. Şərh olunanlara əsasən və MPM-nin 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq 173 (bir yüz yetmiş üç) manat məbləğində pul vəsaiti İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq “X1” MMC-nin (H/h:AZ16NİCB**********0001A35090, "xxxx"ASC, KOD:507064, Müxbir hesab:AZ98NABZ********************, SWİFT KOD: NİCBAZ22, VÖEN **********) hesabına köçürülsün. İddiaçı tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 255 (iki yüz əlli beş) manat dövlət rüsumu iddiaçının özünə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan Elektron Kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar