Məhkəmə qərarları › İş №2(078)-1338/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1338/2023

10.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1338/2023 10.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ilə müraciət edərək, Babək Rayon Məhkəməsinin 2(079)-219/2014 nömrəli, 21 avqust 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, 13 sentyabr 2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment pulunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülnar Səfərəliyevanın icraatında iddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair 2(078)-1028/2023 nömrəli mülki iş vardır. Məhkəmə mülki işə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, baxılan hazırki mülki iş Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülnar Səfərəliyevanın icraatında olan iddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair 2(078)- 1028/2023 nömrəli mülki işlə birləşdirilərək eyni icraat çərçivəsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən, Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə, həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Buna görə də, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair 2(078)-1338/2023 nömrəli mülki işin iddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair 2(078)-1028/2023 nömrəli mülki işlə birləşdirilərək eyni icraat daxilində baxılması məqsədəmüvafiqdir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair 2(078)-1338/2023 nömrəli mülki iş iddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair 2(078)-1028/2023 nömrəli mülki işlə birləşdirilərək eyni icraat daxilində baxılsın. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar