Məhkəmə qərarları › İş №2(078)-134/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-134/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-134/2024 11.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi haqqında) Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc məbləğinin qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh borcun məbləği olan 22800 (iyirmi iki min səkkiz yüz) manat miqdarında vəsaitin tutularaq onun xeyrinə ödənilməsi və cavabdehdən ödədiyi 158 (yüz əlli səkkiz) manat dövlət rüsumunun, 92 (doxsan iki) manat kredit müqaviləsi haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, eyni tərəflər arasında eyni tələb üzrə Naxçıvan Şəhər Məhkəməsinin icraatında mülki iş olmuş və Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(078)-1330/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 18 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə 15800 (on beş min səkkiz yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 158 (yüz əlli səkkiz) manat dövlət rüsumunun 109.49 (yüz doqquz manat qırx doqquz qəpik) manat hissəsi Cavabdeh alınaraq iş üzrə İddiaçı verilməsi qət olunmuşdur. Məhkəmə iş materiallarını qətnamə ilə əlaqəli şəkildə nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki işin icraatına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, hazırki tələbə məhkəmə qaydasında baxıla bilməz. Ona görə ki, mövcud qətnamə ilə artıq hazırki iddianın taleyinə hüquqi qiymət verilmişdir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Lakin qəbz istifadə edildiyindən rüsumun qaytarılması nəzərdə tutulmur. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı borc məbləğinin qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar