Məhkəmə qərarları › İş №2(078)-1351/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1351/2023

27.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1351/2023 27.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunan aliment miqdarının dəyişdirilərək, sabit pul məbləğində Cavabdeh 25 may 2007-ci il təvəllüdlü X2 və 05 aprel 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 220 manat olmaqla, iki uşağın saxlanılmasına görə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbində Cavabdeh ilə 04 iyul 2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, birgə nikahlarından 25 may 2007-ci il təvəllüdlü X3 və 05 aprel 2009-cu il təvəllüdlü X5 doğulduğunu, münasibətləri uyğun gəlmədiyindən Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi əsasında nikahlarının pozulduğunu, hər iki uşağın onun yanında saxlanıldığını və aliment müəyyən edildiyini, yenidən müraciət edərək aliment miqdarının dəyişdirilməsi barədə iddia qaldırdığını, iddianın qismən təmin edilməklə, Naxçıvan Şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(078)-119/2023 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 140 manat olmaqla, iki uşaq üçün ümumilikdə 280 manat miqdarında alimentin tutularaq 25 may 2007-ci il təvəllüdlü X2 və 05 aprel 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmasına görə İddiaçı ödənilməsinin qət edildiyini, uşaqların yaşı artdıqca maliyyə xərclərinin də artdığını, bu gün 280 manat alimentlə uşağı saxlamağın mümkün olmadığını, Ruslanın yaxşı qazancının olduğunu, öz adına maşın almasa da, anasının adına maşın almaqla etibarnamə əsasında idarə etdiyini, daşınar, daşınmaz əmlaklar alsa da, heç birini öz adına qeydiyyata aldırmadığını, səbəbin isə aliment miqdarı artırılmasın deyə olduğunu, bu gün Azərbaycan Respublikasının digər bölgələri ilə aliment tələbi ilə əlaqədar bir uşağın saxlanılmasına 220 manat aliment kəsilməklə qətnamə qəbul edildiyini, uşağa təhsil vermək üçün 280 manatın tək bir uşağın hazırlıq pullarına bəs etmədiyini, bu səbəbdən, aliment miqdarının artırılmalı, bir uşağa 220 manat olmaqla, iki uşağın saxlanılmasına 440 manat alimentin müəyyən edilməli olduğunu, bunları nəzərə alaraq, Naxçıvan Şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunan aliment miqdarının dəyişdirilərək, sabit pul məbləğində Cavabdeh 25 may 2007-ci il təvəllüdlü X2 və 05 aprel 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 220 manat olmaqla, iki uşağın saxlanılmasına görə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, izahatında işlədiyini lakin uşaqların artan maddi təlabatını qarşılamaqda çətinlik çəkdiyini, uşağının birinin xəstə olduğunu, müalicəyə ehtiyacının olduğunu, bu səbəbdən maddi xərc tələb olunduğunu, cavabdehin isə kömək etmədiyini, uşağa görə 200 manat müavinət, 100 manat baxım pulu verildiyini, lakin yenədə az olduğunu, uşaqların dərsdən əlavə ödənişli hazırlıq kurslarına getdiyini, cavabdehin ailəli olduğunu, iki uşağının olduğunu bildiyini, lakin poçta işləməklə əmək haqqını bilmədiyini, eşitdiyinə görə ev kirasından və şəxsi avtomobili ilə taksi fəaliyyətindən qazanc etdiyini, uşaqların cavabdeh tərəflə görüşməsinə mane olmadığını, iki uşağın saxlanılmasına görə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, iddia tələblərində cavabdehin əmlak vəziyyəti barədə fikirləri yazdıqlarını, lakin əmlakların başqalarının adına rəsmiləşdirilməsi səbəbindən həmin faktlara dair rəsmi sübut sənədlərini təqdim etməklərinin mümkün olmadığını, cavabdehin bütün növ gəlirlərini nəzərdə tutub sabit məbləğdə aliment tələb etdiklərini, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etməyərək izahatında “Naxçıvanpoçt”-da poçtalyon işlədiyini, aylıq əmək haqqının 317 manat olduğunu, ailəli olduğunu, əlavə iki uşağının olduğunu, yoldaşının işləmədiyini, ailəni valideyinlərinin maddi dəstəyi ilə saxladığını, iddiaçıya ödənilən 280 manat alimenti ödədiyini, hazırda ailəsini saxlamağa maddi vəsaitinin qalmadığını, işlədiyi üçün taksi fəaliyyəti göstərməsinin mümkün olmadığını, hər hansı əmlakının olmadığını, başqa gəlirinin olmadığını, bunların nəzərə alınaraq iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi qismində izahat verən X7 iddianı qəbul etmədiklərini, oğlunun işləyib aldığı əmək haqqının ailəsini saxlamağa kifayət etmədiyini, onların dəstək olduqlarını, oğlunun hər hansı mülkünün olmadığını, avtomobillə anasını gəzdirdiyini, taksi fəaliyyəti göstərmədiyini, uşaqların aliment pulunu şəhidə verilən puldan ödədiklərini, uşağın xəstə olduğunu, 200 manat saxlanılması üçün pul verildiyini, 100 manat da baxım pulu verildiyini, iddiaçının uşaqları onlara göstərmədiyini, uşaqları göstərərsə əlavə olaraq onlara hədiyyə alacaqlarını, bunların nəzərə alınaraq iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: AZ-İİ seriyalı, 859448 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən, iş üzrə tərəflərin 25 may 2007-ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur. AZ-İİ seriyalı, 337598 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən, iş üzrə tərəflərin 05 aprel 2009-cu il tarixdə X8 adlı uşaqları doğulmuşdur. AZ-İ seriyalı, 167796 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, Cavabdeh ilə X9 arasındakı nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Canbağışova” soyadı verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(078)-119/2023 nömrəli qətnaməsinin surətinə əsasən, Naxçıvan Şəhər Məhkəməsinin 26 sentyabr 2019cu il tarixli, 2(078)-913/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, iki uşaq üçün ümumilikdə 280 (iki yüz səksən) manat miqdarında alimentin tutularaq 25 may 2007-ci il təvəllüdlü X3 və 05 aprel 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəlinin hazırki qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmişdir. “NaxçıvanPoçt” publik hüquqi şəxsinin 44 nömrəli, 09 oktyabr 2023-cü il tarixli arayışına əsasən, Cavabdeh “NaxçıvanPoçt” publik hüquqi şəxsinin aparatının mətbuat yayımı bölməsində poçtalyon vəzifəsində işləyir və aylıq əmək haqqısı vergilər tutulduqdan sonra 317.23 (üç yüz on yeddi manat iyirmi üç qəpik) manat məbləğində təşkil edir. Məhkəmə izahatlara və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmənin qənaətinə görə bu məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarına da təsir etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmaqla, əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğ dəyişdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlar böyüdükcə tələbatları artmışdır ki, bu da iş üzrə iddiaçının maddi vəziyyətinə digər yandan mənfi təsir edir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, uşaqların saxlanması üçün aliment tutulmasını tələb edən şəxs əvvəlcə müəyyənləşdirilmiş aliment məbləğinin dəyişdirilərək sabit məbləğdə artırılmasını xahiş edir. Ona görə də, aliment məbləği dəyişdirilməlidir. İddia qismən təmin edilərkən nəzərə alınmışdır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iş üzrə yetkinlik yaşına çatmayan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay sabit pul məbləğində bir uşaq üçün 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment tutulması məqsədə uyğundur. Yuxarıda göstərilən xüsusatlara görə iddia qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(078)-119/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 25 may 2007-ci il təvəllüdlü X3 və 05 aprel 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

q ə t e t d i:

İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(078)-119/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 25 may 2007-ci il təvəllüdlü X3 və 05 aprel 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar