Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1377/2023 20.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiya verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdim: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri A.Cəlilov küçəsində yerləşən qeyriyaşayış sahəsi olan mağaza binasının geri qaytarılmaı və ya sökülməsi ilə bağlı (dəyən zərərə) kompensasiya ödənilməsi öhdəliyinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 20 sentyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmənin ünvanına daxil olmuş ərizəsini müzakirə edib belə nəticəyə gəldim ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədlərləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiya verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1377/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1377/2023
20.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver