Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1377/2024 30.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Şahbuz Rayon Məhkəməsinin 13 noyabr 2013-cü il tarixli, 2(090)-145/2013 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə 100 (yüz) manat müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 11 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit məbləğdə 235 (iki yüz otuz beş) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, onunla (o vaxtı övladlığa verildiyindən onun soyadı Namazova, adı Asya, ata adı isə Məhərrəm qızı kimi qeyd olunurdu) Cavabdeh arasında olan nikah Şahbuz Rayon Məhkəməsinin 26 dekabr 2011-ci il tarixli qətnaməsi ilə pozulmuş, azyaşlı qızı X3 onun yanında saxlanılmış və atasından ona 40 manat miqdarında aliment ödənilməsi qət edilmişdir. Şahbuz Rayon Məhkəməsinin 13 noyabr 2013-cü il tarixli, 2(090)-145/2013 nömrəli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək 100 manat məbləğində müəyyən edilmişdir. Həmin vaxtdan 10 ildən artıq müddət keçmişdir. Bu illər ərzində qızı böyümüş, müxtəlif hazırlıqlara gedir, yaşam xərci xeyli artmışdır. Atası tərəfindən ödənilən 100 manat alimentlə heç cürə onun təlabatlarını qarşılamaq olmur. Bu səbəbdən də, alimentin miqdarının dəyişdirilməsi zərurəti yaranmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından və iş materiallarına əlavə edilmiş AZ-İİ 674126 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, iş üzrə İddiaçı 16 oktyabr 2024-cü il tarixdə ölmüşdür. Məhkəmə 261.0.7-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hazırki mülki iş üzrə mübahisə edilən hüquq münasibəti üzrə hüquq varisliyinə yol verilmədiyindən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1377/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1377/2024
30.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver