Məhkəmə qərarları › İş №2(078)-1417/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1417/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1417/2021 08.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.06.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı kondisioner, Nevresim yatak örtüsü, Tekstil yorğan, Nevresim takımı və 2 ədəd Tekstil yastıq üçün 996 (doqquz yüz doxsan altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 12.06.2020-ci il tarixli müqaviləyə əsasən Dnepr markalı çarpayı, dolab, termo, 2 ədəd tumba və matras üçün 385 (üç yüz səksən beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 27.03.2020-ci il tarixli müqaviləyə sasən Transformer jurnal masası üçün 209.6 (iki yüz doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, 02.04.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********21488 olan X1 8 markalı telefon üçün 505.1 (beş yüz beş manat, on qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, 27.03.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı paltaryuyan üçün 372.6 (üç yüz yetmiş iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 37.7 (otuz yeddi manat, yetmiş qəpik) manat cərimə, ümumilikdə 2576 manat borc və 45.76 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən zaman müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı məhkəməyə verilmiş iddia ərizəsinə əlavə olunmuş 13 iyun 2020-ci il tarixli təhvil təslim aktında 13 iyul 2020-ci il tarixli müqvilədə göstərilən HOFFMANN markalı kondisioner göstərilməmiş, 12 iyun 2020-ci il tarixli təhvil-təslim aktında müqavilədə göstərilən əşyaların hamısı göstərilməmiş, 27.03.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı boşdur, həmçinin 27.03.2020-ci il tarixli 20204701 nömrəli müqavilə üzrə təhvil-təslim aktında HOFMANN markalı paltaryuyan göstərilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən irəli sürülən tələb üzrə qeyd edilən əşyaların cavabdehə verilib verilməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1 və 284-4.1.3-cü maddələrinin tələbinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264 və 284-4-cü maddələrini rəhbər tutaraq qərara aldım: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina olunsun. Ərizə və ona əlavə olunmuş sənədlər iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar