Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-146/2025 07.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Babək Rayon Məhkəməsinin 2(079)-302/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) Cavabdeh 07 yanvar 2022-ci il təvəllüdlü X2 və 07 yanvar 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit məbləğdə 235 (iki yüz otuz beş) manat olmaqla cəni 470 (dörd yüz yetmiş) manat aliment müəyyən edilərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə nikaha daxil olmadan ailə münasibətlərində olduqları müddətdə 07 yanvar 2022-ci il təvəllüdlü Əliyeva Dəniz və 07 yanvar 2022-ci il təvəllüdlü Əliyev Arazın atası Cavabdeh Babək rayon Məhkəməsinin 2(079)-302/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə uşaqların atası olması müəyyən edilmişdir. Həmin məhkəmənin qətnaməsinə əsasən 25 may 2022-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 110 (yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat aliment tutulması qət edilmişdir. Hal-hazırda özü işləmir, uşaqlar böyüdükcə xərcləri artır və uşaqların saxlanılmasında xeyli çətinlik çəkir. Hal-hazırda ödənilən aliment övladlarının saxlanılmasında kifayət etmir. Ona görə də alimentin miqdarının artırılmasını xahiş edir. Övladları böyüdükcə onların maddi tələbatları da artır. Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 235 (iki yüz otuz beş) manat təşkil edir. Cavabdeh 09 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə etiraz ərizəsi təqdim edərək ərizədə qeyd etmişdir ki, İddiaçı ona qarşı 16 noyabr 2024-cü il tarixdə “alimentin miqdarının artırılması tələbi barədə” Naxçıvan şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddianı qəbul etmir. O İddiaçı ilə nikaha daxil olmadan ailə münasibətlərində olduqları müddətdə 07 yanvar 2022-ci il tarixdə əkiz, 2 nəfər Dəniz və Araz adlı övladları doğulmuşdur. Babək rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(079)- 302/2022 nömrəli qətnaməsi ilə atalıq faktının müəyyən edilməsi və 25 may 2022-ci il tarixdən hesablanmaqla hər ay, hər bir uşağın saxlanılması üçün 110 manat olmaqla cəmi birlikdə 220 manat alimentin ondan alınıb İddiaçı verilməsi qət olunmuşdur. Özü heç bir yerdə işləmir, İİ qrup əlildir və 327 manat pensiya alır. Başqa bir yerdən gəliri, qazancı yoxdur. Rəsmi olan evliliyindən də 3 nəfər övladı var. İkisi yetkinlik yaşlarına çatıblar, biri Bakı şəhərində, digəri isə Naxçıvan Dövlət Universitetində ödənişli oxuyub ali təhsil alırlar, oğlu isə hələ orta məktəbdə oxuyur, repetitor yanına hazırlığa gedir. Hazırki alimenti isə çətinliklə olsa da, o vaxtlı-vaxtında İddiaçı ödəyir. Onun hər bir uşaq üçün 235 manat, cəmi birlikdə 470 manat 2 nəfər azyaşlı uşaq üçün aliment tələb etməsi mümkünsüzdür. Ona görə ki, 3 yaşında olan uşaqların aylıq tələbatları ilə rəsmi nikahından olan böyük uşaqlarının tələbatları ilə müqayisə oluna bilməz. Belə ki, hələ qeyri-rəsmi evliliklərindən doğulmuş əkiz uşaqların hələ 3 yaşı belə tamam olmamışdır. Onun İddiaçı tələb etdiyi kimi hər bir uşağa 235 manat olmaqla 470 manat məbləğində aliment ödəməyə heç cürə imkanı çatmır. Məhkəmədən yuxarıda qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında cavabdehlə nikaha daxil olmadıqlarını, iki övladları dünyaya gəldiyini, cavabdehə görə 2021-ci ildən işləmədiyini, işləməyini istəmədiyi üçün onu işdən çıxardığını, əvvəl ailəli olduğu xanımla hal-hazırda münasibətlərini yenidən bərpa etdiyini, hal-hazırda iki uşağa görə 220 manat aliment aldığını, cavabdehin 100 baş heyvanı olduğunu, Cahan Ticarət Mərkəzində 3 mağazası, avtomobili olduğunu, cavabdehin həyat yoldaşının şirniyyat bişirib satdığını, bunlara dair heç bir sübutu olmadığını, cavabdehin pensiyasının artdığını, buna görə alimentin artırılmasını istədiyini, yanvar ayı 220 manat aliment verdiyini, cavabdehin Bakı şəhərində də evi olduğunu, avtomobilləri, evləri olduğunu, həmin əmlakları bacısının, anasının adına qeydiyyata aldırdıqlarını, uşaqlarının haqqını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında etirazda da ətraflı şəkildə qeyd etdiyini, əvvəlki ailə münasibətini bərpa etdiyini, onların da xərcləri olduğunu, heç bir mağazası olmadığını, özünün də əlil olduğunu, işləmədiyini, ərizəsində göstərilənlərin nəzərə alınaraq qanunun yol verdiyi həddə alimentin artırılmasını istədiyini, 470 manat aliment ödəməyə imkanı olmadığını, 357 manat pensiya aldığını, o pulla ehtiyaclarını qarşıladığını, adına torpaq sahəsi olduğunu, iki uşaq üçün 350 manat aliment ödəməyə imkanı çatdığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, iş üzrə tərəflərin 07 yanvar 2022ci il təvəllüdlü X6 və 07 yanvar 2022-ci il təvəllüdlü X11 adlı övladları doğulmuş, Babək Rayon Məhkəməsinin e-2(079)-302/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh, anası İddiaçı olan 07 yanvar 2022-ci il təvəllüdlü Əliyeva Dəniz və 07 yanvar 2022-ci il təvəllüdlü Əliyev Arazın atası olması müəyyən edilmiş və Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə iki uşağa görə 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutularaq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməsi qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli, AZ-İV seriyalı, 785349 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 07 yanvar 2022-ci il təvəllüdlü X6 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli, AZ-İV seriyalı, 785348 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 07 yanvar 2022-ci il təvəllüdlü X11 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Babək Rayon Məhkəməsinin e-2(079)-302/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh, anası İddiaçı olan 07 yanvar 2022-ci il təvəllüdlü Əliyeva Dəniz və 07 yanvar 2022-ci il təvəllüdlü Əliyev Arazın atası olmasının müəyyən edilməsi, 25 may 2022-ci il tarixdən hesablanmaqla, 07 yanvar 2022-ci il təvəllüdlü X8 və 07 yanvar 2022-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə iki uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub uşaqların anası İddiaçı ödənilməsinin qət edilməsi aydın olur. Babək Rayon Məhkəməsinin e-2(079)-302/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə olunmuş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2024-cü il tarixli, AZ-İİ seriyalı, 515572 nömrəli nikah haqqında şəhadətnamənin surətindən X9 ilə Cavabdeh arasında 10 oktyabr 2024-cü il tarixdə Babək rayon qeydiyyat şöbəsində nikahın bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeyd edilməsi aydın olur. Cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə olunmuş və Naxçıvan “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli, 4202 nömrəli arayışdan X10 ilə Cavabdeh birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X5 adlı övladlarının olması aydın olur. Cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə olunmuş və Naxçıvan “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli, 4201 nömrəli arayışdan X10 ilə Cavabdeh birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X3 adlı övladlarının olması aydın olur. Cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə olunmuş və Naxçıvan “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli, 4200 nömrəli arayışdan X10 ilə Cavabdeh birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X12 adlı övladlarının olması aydın olur. Cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə olunmuş və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Vətəndaş Qəbulu Şöbəsi tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan İİ qrup əlilliyə görə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əmək pensiyası alır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış Cavabdeh gəlir məlumatlarından görünür ki, Cavabdeh hər ay İİ qrup əlilliyə görə 357.24 (üç yüz əlli yeddi manat iyirmi dörd qəpik) manat pensiya alır. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə Babək Rayon Məhkəməsinin e-2(079)-302/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə hər ay bir uşağa 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşaqların böyüdükcə artan tələbatlarını, sosial-iqtisadi göstəricilərin dəyişilməsini, bu müddət ərzində cavabdehin hər ay bir uşağa 110 (bir yüz on) manat olmaqla, iki uşağa 220 (iki yüz iyirmi) manatdan başqa iddiaçıya uşaqların tələbatlarının ödənilməsi üçün əlavə yardım etməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay bir uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, iki uşaq üçün 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, cavabdehin də alimentin artırılmasına razı olduğunu bildirməsini, cavabdehin pensiyasının məbləğinin artmasını, uşaqların iddiaçının yanında qalmasını, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (235 manatın) yarısından çoxunun – hər ay sabit pul məbləğində bir uşağa 190 (bir yüz doxsan) manat olmaqla, iki uşağa görə cəmi 380 (üç yüz səksən) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 1, 1.2 və 1.2.1.-ci bəndlərindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8ci bənd üzrə 8.4-cü bəndə “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)” məzmununda 8.4-1-ci yarımbəndin əlavə edilməsi qərara alınmışdır. Həmçinin xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən rayon (şəhər) məhkəmələrinə göndərilmiş məktubda qeyd olunmuşdur ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, uşaqların saxlanılması üçün müəyyən edilmiş sabit məbləği dəyişdirilməklə aliment minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun hesablanmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. İddiaçının tələbi aliment məbləğinin artırılaraq 235 manat həddində təyin olunması ilə bağlı olsa da, məhkəmə aliment məbləğinin artırılaraq 235 manat məbləğində təyin edilməsinin qeyri-mümkünlüyünü onunla izah edir ki, iddiaçı alimentin artırılmasını istədiyi sabit pul məbləğində alimentin miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 1, 1.2 və 1.2.3-cü bəndlərindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8ci bənd üzrə 8.11-ci bəndə “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” məzmununda 8.11-1-ci yarımbəndin əlavə edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. İş materiallarından görünür ki, İddiaçı mövcud iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə 20 noyabr 2024-cü il tarixdə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki-Prosessual Məcəllənin 112.1 və 112.1.6-cı maddələrinə əsasən, ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti – ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment miqdarının dəyişdirilməsi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda ödəmənin artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə ödəmənin artırıldığı məbləğin bir il üçün nəzərdə tutulan miqdarı 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 32 (otuz iki) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Babək Rayon Məhkəməsinin e-2(079)-302/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə 07 yanvar 2022-ci il təvəllüdlü X2 və 07 yanvar 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli; -20 noyabr 2024-cü il tarixdən hesablanmaqla, 07 yanvar 2022-ci il təvəllüdlü X2 və 07 yanvar 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - iddia qalan hissədə rədd edilməli; -Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin e-2(079)-302/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə 07 yanvar 2022-ci il təvəllüdlü X2 və 07 yanvar 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 20 noyabr 2024-cü il tarixdən hesablanmaqla, 07 yanvar 2022-ci il təvəllüdlü X2 və 07 yanvar 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-146/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-146/2025
07.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver