Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-147/2022 07.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 14 dekabr 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 oğlundan 5150 (beş min yüz əlli) manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödədiyi 73 (yetmiş üç) manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh1 oğlundan 5150 (beş min yüz əlli) manat pul verərək “VAZ 2106” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşını satın almış və ona etibarnamə vermişdir. Sonra həmin maşını Cavabdeh2 kreditə vermiş, o isə dörd ay kredit ödəmiş, sonra isə ödəməmişdir. Rahib ona maşını satdığı halda Cavabdeh2 etibarnamə vermiş, sonucda o mülkiyyətinə keçirmişdir. Naxçıvan MR DİN DYP-nin 1/1062 saylı arayışına əsasən bildirilir ki, Naxçıvan şəhəri, Ə.Naxçıvani, döngə 1, ev 5A-da qeydiyyatda olan Cavabdeh1 oğlunun adında olmuş “Vaz 2106” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil 01.11.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq Babək rayon Xəlilli kənd sakini Cavabdeh2 adına qeydiyyata alınaraq **- BE-*** dövlət qeydiyyat nişanı verilmişdir. Hal hazırda “Vaz 21060” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Babək rayon Xəlilli kənd sakini Cavabdeh2 adında qeydiyyatda durur. Cavabdeh1 oğlu öz əlyazması ilə də yazaraq bildirmişdir: "Cavabdeh1 oğlu mənə məxsus olan VAZ 2106 markalı minik maşını İddiaçı 5150 AZN alaraq maşını ona satdım. Gələcəkdə kiminsə adına keçməsinə və yaxud satılmasına heç bir etirazım yoxdur”. Mülki iş üzrə 17 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı iddiaçının ərizəsi əsasında Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilməsi qərara alınmışdır. Mülki iş üzrə 07 aprel 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehlərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün saymışdır. 07 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iş üzrə İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh1 oğluna qarşı pul tələbi barədə iddia qaldırdığını qeyd edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1 oğluna qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 09 dekabr 2021-ci il tarixli, 25415 nömrəli qəbzlə ödənilmiş 73 (yetmiş üç) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar v e r d i: İddiaçı Cavabdeh1 oğluna qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 09 dekabr 2021-ci il tarixli, 25415 nömrəli qəbzlə ödənilmiş 73 (yetmiş üç) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-147/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-147/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver