Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-150/2021 19.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Kredit Müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 4110.89 (dörd min yüz on manat səksən doqquz qəpik) manat, xx xxxxxxxx 2020-ci il tarixə faiz borcu üzrə 460.25 (dörd yüz altmış manat iyirmi beş qəpik) manat, cəmi 4571.14 (dörd min beş yüz yetmiş bir manat on dörd qəpik) manat kredit borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilat məhkəməyə ərizə göndərərək, nəqliyyat problemi və məsafə uzaqlığı baxımından məhkəmə iclasında iştiraklarının mümkünsüz olduğunu, göstərilənləri nəzərə alaraq, borc tələbinə dair mülki işə iştirakları olmadan baxılmasını və iddialarının təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixli, ***- *******/KM nömrəli Kredit Müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən ona illik 19% dərəcəsi ilə 5500 (beş min beş yüz) manat məbləğində kredit verildiyini, Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etmədiyini, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozduğunu, nəticədə iddia qaldırılan günə onun banka əsas borc üzrə 4110.89 (dörd min yüz on manat səksən doqquz qəpik) manat, xx xxxxxxxx 2020-ci il tarixə faiz borcu üzrə 460.25 (dörd yüz altmış manat iyirmi beş qəpik) manat, cəmi 4571.14 (dörd min beş yüz yetmiş bir manat on dörd qəpik) manat məbləğində borcunun yarandığını, Cavabdeh öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdeh olduğunu və banka dəymiş zərərin əvəzini ödəməyə borclu olduğunu, kredit üzrə borcun axırıncı dəfə xx xxxx 2020-ci il tarixdə cəmi 50 (əlli) manat məbləğində ödənildiyini, bunları nəzərə alaraq, Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 4110.89 (dörd min yüz on manat səksən doqquz qəpik) manat, xx xxxxxxxx 2020-ci il tarixə faiz borcu üzrə 460.25 (dörd yüz altmış manat iyirmi beş qəpik) manat, cəmi 4571.14 (dörd min beş yüz yetmiş bir manat on dörd qəpik) manat kredit borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək, Bakı şəhərində yaşadığına, məhkəmə pandemiya dövrünə düşdüyünə, yollar bağlı olduğuna, maddi imkanı olmadığına görə məhkəmədə iştirak edə bilmədiyini, düzgün qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, ***-*******/KM nömrəli Kredit Müqaviləsinin 1.1 və 1.2ci bəndlərinə əsasən, bank bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərtilə kredit verir. Borcalan istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürür. Kredit şəxsi istehlak məqsədilə verilir. Həmin müqavilənin 2.1, 2.2, 2.3 və 2.5-ci bəndlərinə əsasən, kredit 5500 (beş min beş yüz) manat məbləğində 24 (iyirmi) ay müddətinə və illik 19% hesablanması şərtilə verilir. Kreditin rəsmiləşdirilməsinə görə borcalandan kredit məbləğinin 1 (bir) faizi həcmində, nağd çıxarılmasına görə isə 0 (sıfır) faizi həcmində komisyon haqqı tutulur. Bu kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 20.04 faiz təşkil edir. Kredit üzrə faizlər ildə 360 (üç yüz altmış) təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə, borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən götürdüyü krediti faizləri ilə birlikdə xx xxxx 2019-xx xxx 2021-ci il tarixləri aralığında 277.25 manat, xx xxxx 2021-ci il tarixdə isə 278.92 manat olmaqla, cəmi 6655.67 manat ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxxxx 2020-ci il tarixli arayışa əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxxxx 2020-ci il tarixə əsas kredit borcu 4110.89 manat, faiz borcu 460.25 manat, cəmi borcu 4571.14 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, iddiaçı təşkilat "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, ***-*******/KM nömrəli Kredit Müqaviləsi ləğv edilməli, Cavabdeh əsas borc üzrə 4110.89 (dörd min yüz on manat səksən doqquz qəpik) manat, faiz borcu üzrə 460.25 (dörd yüz altmış manat iyirmi beş qəpik) manat olmaqla, cəmi 4571.14 (dörd min beş yüz yetmiş bir manat on dörd qəpik) manat məbləğində borc və iddia təmin edildiyinə görə iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh (borcalan) arasında xx xxxx 2019-cu il tarixli, ***-*******/KM nömrəli Kredit Müqaviləsi bağlanaraq Cavabdeh "İddiaçı" Açıq Səhmdar Cəmiyyətindən 5500 (beş min beş yüz) manat kredit götürmüş və həmin krediti faizləri ilə birlikdə (illik 19 faiz) xx xxxx 2019-xx xxx 2021-ci il tarixləri aralığında 277.25 manat, xx xxxx 2021-ci il tarixdə isə 278.92 manat olmaqla, cəmi 6655.67 manat ödəməyi öhdəsinə götürmüşdür. X3 üzrə borcalan öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə xx xxxx 2019-cu il tarixli, ***-*******/KM nömrəli Kredit Müqaviləsi üzrə iş üzrə cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə iddia qaldırılan günə əsas borc üzrə 4110.89 (dörd min yüz on manat səksən doqquz qəpik) manat, xx xxxxxxxx 2020-ci il tarixə faiz borcu üzrə 460.25 (dörd yüz altmış manat iyirmi beş qəpik) manat olmaqla, cəmi 4571.14 (dörd min beş yüz yetmiş bir manat on dörd qəpik) manat məbləğində borcu yaranmışdır. Eyni zamanda Kredit Müqaviləsi üzrə öhdəliklər iş üzrə cavabdeh tərəfindən icra edilməməklə, "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti Kredit Müqaviləsi bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmaqla, iş üzrə cavabdeh Kredit Müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019cu il tarixli, ***-*******/KM nömrəli Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borc üzrə 4110.89 (dörd min yüz on manat səksən doqquz qəpik) manat, faiz borcu üzrə 460.25 (dörd yüz altmış manat iyirmi beş qəpik) manat olmaqla, cəmi 4571.14 (dörd min beş yüz yetmiş bir manat on dörd qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-150/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-150/2021
19.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver