Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-157/2022 11.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Naxçıvan şəhəri 2 saylı Notariat ofisinə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ondan doğulmuş hüquqi nəticələrin ləğv olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 2* iyun 2*21-ci il tarixində, ünvan 3 ofisinin 4-Ə-232 reyestr nömrə ilə alqı-satqı ipodeyka ilə rəsmiləşdirimiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ondan doğulmuş hüquqi nəticələrin ləğv olunması tələbinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 aralarında ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı, 2* iyun 2*21-ci il tarixində ünvan 3 ofisinin 4-Ə-232 reyestr nömrə ilə alqı-satqı ipoteka ilə rəsmiləşdirmişdir. Cavabdeh2 ona bildirib ki, bankdan 2**** (iyirmi min manat) kredit götürmək istəyir, aşağı faizə götürmək üçün evi kiminsə adına alqı-satqı və ipoteka ilə yüklü olunmalı, onun bu prosesdən sonra qeyd olunan pulu 6 faizlə Kapital Bank ASCnin Naxçıvan Filialından götürməyi mümkündür. Samir ona bildirib ki, həmişə onların evinə gəlib gedən İsgəndərov Hüseyin onun yaxın dostudur ona güvənir gəl bu ev məsələsini Hüseyinlə danışıb onun adına alqı-satqı və ipoteka ilə ona satmış kimi göstərilsin 6 faizlə pulu götürsün, təxminən üç il sonra həmin pulu ödəyib evi yenidən adlarına rəsmiləşdirərlər. İddiaçı Samirin dedikləri ilə razılaşıb. Bundan sonra onlar bankdan 2**** manat kredit götürmək üçün başqa əqdi pərdələmək üçün ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı 2* iyun 2*21-ci il tarixində ünvan 3 ofisinin 4-Ə-232 reyestr nömrə ilə rəsmiləşdirildi. Cavabdeh2 bundan sonra təxminən 2*2*-ci ilin 2* iyul ayında Kapital Bank ASC-nin Naxçıvan Filalından 2**** (iyirmi min) manat məbləğində 6 faizə pulu götürmüşdür. Onlar ailə olaraq normal yaşayıblar. Cavabdeh2 *1 iyul 2*21-ci il tarixindən yaşadıqları evdən çıxmış və özünə başqa yaşayış yeri seçmişdir. Bundan sonra Samir 2*21-ci il tarixində nikahın pozulması tələbi barədə iddia qaldırıb. Hal hazırda nikahın pozulması tələbi barədə iddia Naxçıvan Şəhər Məhkəməsində davam edir. İddiaçı cavabdeh Samir pulun götürülməyi ilə əlaqədar qeyd olunan əmlakı kimin adına alqı-satqı və ipoteka ilə pərdələmək lazım olduğunu aralarında düşünüb Samirin yaxın dostu Cavabdeh1 ilə yaxın dost olduğundan razılaşıb. Samir ona bildirib ki, Hüseynə inanır alqı-satqı və ipoteka ilə verəcəkləri evi onun adına rəsmiləşdirsinlər. Onlar 2**** (iyirmi min manat) pulu götürmək üçün 75*** (yetmiş beş min) manatlıq evi müqaviləni pərdələmək altında satıcı tərəfindən alıcıya vergilər daxili 25*** (iyirmi beş min) manat dəyərində satılır. Bu məbləğin 5*** (beş min) manatı ilkin ödəniş məbləği olaraq, alıcı borc alan tərəfindən 2**** (iyirmi min) manat isə Bank tərəfindən Bank və alıcı/borc alan arasında bağlanmışdır. Onların əsil məqsədi ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı alqı-satqı və ipoteka müqaviləsini pərdələmək məqsədi olmuşdur. Necə ola bilər ki, onların birgə nikahda olduqları müddətdə torpağı alıb evin tikilməsinə 4****-45*** min manatdan çox vəsait qoyub və sonra qeyd olunan evi 25***(iyirmi beş min) manata satsınlar, hələ də 5*** manatını nəğd qalan 2**** (iyirmi min) manatını ipoteka ilə verilməsi ilə razılaşıb. Bütün yazılanlar tərəflər arasında bağlanmış müqavilə və ipoteka ilə 6 faizə götürdükləri pulu pərdələmək üçün müqavilə olmuşdur. *8 fevral 2*22-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı X6 Səhmdar Cəmiyyəti cavabdeh qismində işə cəlb edilmişdir. 1* mart 2*22-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə baxış iclasında iddiaçının vəkili X2 məhkəməyə ərizə təqdim edərək ərizədə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Naxçıvan şəhəri 2 saylı Notariat ofisinə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ondan doğulmuş hüquqi nəticələrin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini qeyd edib iddia ərizəsinin xahiş hissəsində texniki səhvlik nəticəsində müqavilənin tarixinin 2* iyun 2*21ci il tarixi göstərildiyini, lakin qeyd olunan müqavilənin 2* iyul 2*2*-ci il tarixdə bağlandığını göstərərək iddia ərizəsinin xahiş hissəsində qeyd olunan müqavilənin tarixinin 2* iyul 2*2*-ci il kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 1* mart 2*22-ci il tarixində keçirilmiş məhkəmə iclasında iddiaçının ərizəsi təmin olunaraq iddia ərizəsinin xahiş hissəsində qeyd olunan müqavilənin tarixinin 2* iyul 2*2*-ci il tarixi kimi nəzərə alınması qərara alınmışdır. 11 aprel 2*22-ci il tarixə təyin edilmiş məhkəmə iclası zamanı iddiaçı məhkəməyə ərizə təqdim edərək ərizəsində 2* iyul 2*2*-ci il tarixində, ünvan 3 ofisinin 4-Ə-232 reyestr nömrə ilə alqı-satqı ipoteka ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ondan doğulmuş hüquqi nəticələrin ləğv olunması tələbinə barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, Cavabdeh2 ilə razılığa gələrək barışıq sazişi imzaladıqlarını, digər cavabdehlər Cavabdeh5 ASC-yə, 2 saylı Notariat ofisinə, Cavabdeh1 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə olan iddia tələbindən imtina etdiyini qeyd etmişdir. Həmçinin mülki iş üzrə 11 aprel 2*22-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında İddiaçı və Cavabdeh2 aralarında bağlanmış barışıq sazişi ilə məhkəməyə müraciət edərək işin məhkəmədə gedişi zamanı aralarında razılığa gəldiklərini və aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər: - İddiaçı birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən əmlakdan onun payına düşən hissənin qarşılığında Cavabdeh2 tərəfindən ona ödənilməli məbləği 25 *** (iyirmi beş min) manat müəyyən edir; -Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən əmlakın bölgüsünə görə 25 *** (iyirmi beş min) manat məbləğində pulun könüllü olaraq İddiaçı ödənilməsini və birgə nikah dövründə yaranmış borc öhdəliklərinə görə İddiaçı qarşı gələcəkdə heç bir iddia irəli sürməyəcəyini öhdəsinə götürür; -Cavabdeh2 bu Sazişi təsdiq edən məhkəmə qərardadının qəbul edildiyi tarixdən 2 (iki) il ərzində yəni 2*24-cü ilin mart ayının 28-i gününədək Sazişin 1.3-cü bəndində nəzərdə tutulmuş məbləğləri tam həcmdə ödəməyi öhdəsinə götürür; -Tərəflər razılaşaraq təsdiq edirlər ki, bu Sazişinin 1.3-cü bəndində nəzərdə tutulmuş məbləğlərin 2.1-ci bənddə qeyd edilən şərtlər daxilində yerinə yetiriləcəyi təqdirdə bu Sazişin predmeti üzrə bir-birinə qarşı heç bir iddiaları qalmır; -Tərəflər razılaşaraq təsdiq edirlər ki, Sazişin 2.1-ci bəndində qeyd edilən müddət ərzində Cavabdeh2 sazişin 1.3-cü bəndində qeyd edilən öhdəliklərini tam həcmdə icra etməzsə, Sazişin 1.3-cü bəndində qeyd edilən 25 *** (iyirmi beş min) manat məbləğinə gecikdirilmiş hər gün üçün aylıq 1 faiz hesablanmaqla penya tələb etmək hüququ yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iş materiallarını, iddiaçının cavabdehlər Cavabdeh5 ASC-yə, 2 saylı Notariat ofisinə, Cavabdeh1 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə olan iddiasından imtina barədə ərizəsini və İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh5 ASC-yə, 2 saylı Notariat ofisinə, Cavabdeh1 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə olan iddiasından imtinası və İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, həmin imtina və barışıq sazişi məhkəmə tərəfindən qəbul olunmalı, barışıq sazişinin şərtləri təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.* və 261.*.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.* və 261.*.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh5 ASC-nin Naxçıvan filialına 15.12.2*21-ci il tarixli, 1*182 nömrəli qəbzlə ödənilmiş 1** (yüz) manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı cavabdehlər Cavabdeh5 ASC-yə, 2 saylı Notariat ofisinə, Cavabdeh1 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməklə ondan doğulmuş hüquqi nəticələrin ləğv olunması tələbinə dair mülki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh5 ASC-yə, 2 saylı Notariat ofisinə, Cavabdeh1 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə olan iddiasından imtinası qəbul olunsun. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Naxçıvan şəhəri 2 saylı Notariat ofisinə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ondan doğulmuş hüquqi nəticələrin ləğv olunması tələbinə dair mülki iş üzrə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11 aprel 2*22-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - İddiaçı birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən əmlakdan onun payına düşən hissənin qarşılığında Cavabdeh2 tərəfindən ona ödənilməli məbləği 25 *** (iyirmi beş min) manat müəyyən edir; -Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən əmlakın bölgüsünə görə 25 *** (iyirmi beş min) manat məbləğində pulun könüllü olaraq İddiaçı ödənilməsini və birgə nikah dövründə yaranmış borc öhdəliklərinə görə İddiaçı qarşı gələcəkdə heç bir iddia irəli sürməyəcəyini öhdəsinə götürür; -Cavabdeh2 bu Sazişi təsdiq edən məhkəmə qərardadının qəbul edildiyi tarixdən 2 (iki) il ərzində yəni 2*24-cü ilin mart ayının 28-i gününədək Sazişin 1.3-cü bəndində nəzərdə tutulmuş məbləğləri tam həcmdə ödəməyi öhdəsinə götürür; -Tərəflər razılaşaraq təsdiq edirlər ki, bu Sazişinin 1.3-cü bəndində nəzərdə tutulmuş məbləğlərin 2.1-ci bənddə qeyd edilən şərtlər daxilində yerinə yetiriləcəyi təqdirdə bu Sazişin predmeti üzrə bir-birinə qarşı heç bir iddiaları qalmır; -Tərəflər razılaşaraq təsdiq edirlər ki, Sazişin 2.1-ci bəndində qeyd edilən müddət ərzində Cavabdeh2 sazişin 1.3-cü bəndində qeyd edilən öhdəliklərini tam həcmdə icra etməzsə, Sazişin 1.3-cü bəndində qeyd edilən 25 *** (iyirmi beş min) manat məbləğinə gecikdirilmiş hər gün üçün aylıq 1 faiz hesablanmaqla penya tələb etmək hüququ yaranır. İddiaçı cavabdehlər Cavabdeh5 ASC-yə, 2 saylı Notariat ofisinə, Cavabdeh1 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə olan iddiasından imtinası məhkəmə tərəfindən qəbul olunduğundan və İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11 aprel 2*22-ci il tarixli barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən Cavabdeh5 ASC-nin Naxçıvan filialına 15.12.2*21-ci il tarixli, 1*182 nömrəli qəbzlə ödənilmiş 1** (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-157/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-157/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver