Məhkəmə qərarları › İş №2(078)-157/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-157/2023

13.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-157/2023 13.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh verdiyi 795 (yeddi yüz doxsan beş) manatın və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 825 (səkkiz yüz iyirmi beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh Naxçıvan şəhərində gül alqı-satqısı ilə məşğul olur. O da həmin yerdən gül almağa gedəndə Məhəmməd ondan “yəqin toy edəcəksən” soruşub. İddiaçı da ona toy eləyəcəyini deyib. Bu vaxt Məhəmməd ona “əgər evin üçün əşya lazım olsa mənə deyərsən Türkiyədən gətirərəm” deyib. Bir müddət keçəndən sonra Naxçıvan şəhərindən ev aldıqdan sonra iddiaçı “Məhəmmədə deyim mənə soyuducu, paltaryuyan və televizor gətirsin” deyə fikirləşib. Məhəmməddən həmin əşyaların qiymətinin neçəyə olacağını soruşub. Məhəmməd də həmin əşyalara 1760 manat pul verəcəyini ona deyib. xx.xx.2022-ci il tarixdə soyuducu, paltaryuyan və televizor adlı məişət əşyalarını ona gətirməyi üçün ilkin ödəniş olaraq 1000 manat pulu Məhəmmədə verib. Məhəmməd həmin əşyaları bir həftə içində ona təhvil verəcəyini bildirib. Qalan 760 manat pulu əşyaları təhvil aldığı vaxt ödəyəcəyi barədə razılaşıblar. Lakin Məhəmməd bu günə qədər həmin əşyaları ona təhvil verməyib. İddiaçı da əşyalar üçün verdiyi 1000 manat pulun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq etmiş, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirləri görmüş, lakin Cavabdeh 15 noyabr 2022-ci il tarixdə 49.50 manat, 16 noyabr 2022-ci il tarixdə 50.50 manat, 16 noyabr 2022-ci il tarixdə 10 manat, 18 noyabr 2022-ci il tarixdə 50 manat, 24 noyabr 2022-ci il tarixdə 20 manat və 07 dekabr 2022-ci il tarixdə 25 manat pulu onun kartına göndərib. Qalan 795 manat pulun ödənilməsi üçün heç bir təşəbbüs göstərməyib. Cavabdehə 09 dekabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu da göndərmiş, heç bir nəticə olmayıb. Cavabdeh həmin pulu ödəməkdən boyun qaçırır. 790 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını istəyir. 13 fevral 2023-cü il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə baxış iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizədə Cavabdeh qarşı pul tələbi ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, iddia qaldırdıqdan sonra Cavabdeh ona olan borcundan 40 (qırx) manat ödədiyini, həmçinin ona olan borcundan 55(əlli beş) manatı Cavabdeh güzəştə getdiyini, ona ödədiyi 40 manat və ona güzəştə getdiyi 55 manat olmaqla cəmi 95 manata dair hissədə iddiadan imtina etdiyini qeyd edərək qalan hissədə yəni 700 manat pulun ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin mülki iş üzrə 13 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında İddiaçı və Cavabdeh aralarında bağlanmış barışıq sazişi ilə məhkəməyə müraciət edərək işin məhkəmədə gedişi zamanı aralarında razılığa gəldiklərini və aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər: -İddiaçı iş üzrə Cavabdeh qarşı qaldırdığı iddia tələbi üzrə bildirir ki, 15 fevral 2023-cü il tarixində 200 manat, 09 mart 2023-cü il tarixində 200 manat, 15 aprel 2023-cü il tarixində 150 manat və 15 may 2023-cü il tarixində 150 manatın ona verilməsi ilə razılaşmış və buna etiraz etmir; -Cavabdeh İddiaçı ona qarşı qaldırdığı iddia tələbi üzrə 15 fevral 2023-cü il tarixində 200 manat, 09 mart 2023-cü il tarixində 200 manat, 15 aprel 2023-cü il tarixində 150 manat və 15 may 2023-cü il tarixində 150 manat ödəmək şərti ilə razılaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iş materiallarını, iddiaçının Cavabdeh qarşı olan iddia tələbinin bir hissəsindən imtinaya dair ərizəsini və İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, iddiaçının Cavabdeh qarşı olan iddia tələbinin bir hissəsindən imtinası və İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, həmin imtina və barışıq sazişi məhkəmə tərəfindən qəbul olunmalı, barışıq sazişinin şərtləri təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixli, 11677 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbinin 95 (doxsan beş) manat hissəsindən imtinası qəbul olunsun. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: -İddiaçı iş üzrə Cavabdeh qarşı qaldırdığı iddia tələbi üzrə bildirir ki, 15 fevral 2023-cü il tarixində 200 manat, 09 mart 2023-cü il tarixində 200 manat, 15 aprel 2023-cü il tarixində 150 manat və 15 may 2023-cü il tarixində 150 manatın ona verilməsi ilə razılaşmış və buna etiraz etmir; -Cavabdeh İddiaçı ona qarşı qaldırdığı iddia tələbi üzrə 15 fevral 2023-cü il tarixində 200 manat, 09 mart 2023-cü il tarixində 200 manat, 15 aprel 2023-cü il tarixində 150 manat və 15 may 2023-cü il tarixində 150 manat ödəmək şərti ilə razılaşır. İddiaçı Cavabdeh qarşı olan iddia tələbinin 95 (doxsan beş) manat hissəsindən imtinası məhkəmə tərəfindən qəbul olunduğundan və İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2023-cü il tarixli barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixli, 11677 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar