Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-158/2021 15.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n е t d i: «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1979-cu ildə ünvan 1 ünvanında pasport qeydiyyatında olan borclu Cavabdeh xx xxxxxx 2020-ci il tarixli müqavilə üzrə 330 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 350 manat məbləğində pul vəsaitinin alınaraq kreditor «xxxx» MMC-yə ödənilməsi barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1079/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilməklə, xx xxxxxx 1979-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 330 (üç yüz otuz) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində pul tutulması əmr edilmişdir. Borclu Cavabdeh məhkəmə əmri üzrə tələbə etiraz edərək, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-1079/2020 nömrəli məhkəmə əmrinin ləğv edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-1079/2020 nömrəli məhkəmə əmrinin ləğv edilməsi haqqında qərardadı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1079/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və materiallar Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilat məhkəməyə ərizələr göndərərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilmədiyini bildirmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə teleqram göndərərək, məhkəmə icraatı dövründə cavabdehin borcunu tam ödədiyini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 114.1 və 114.1.4-cü maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx xxxxxxx 2020-ci il tarixli qəbzlə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Göstərilən qanun normalarına əsasən iş üzrə icraata xitam verilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262, 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx xxxxxxx 2020-ci il tarixli qəbzlə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad, ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-158/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-158/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver