Məhkəmə qərarları › İş №2(078)-163/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-163/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-163/2021 14.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14350 (on dörd min üç yüz əlli) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ona və həyat yoldaşına zəng vuraraq onunla görüşmələrini, qohumu Samiqin Sabunçu rayonu Şuşa qəsəbəsində 2 sot torpaq shaəsinin içində 2 mərtəbəli 25000 manat dəyərində olan evi təcili satdığını bildirmişdir. Cavabdeh1la görüşdükdən sonra həyat yoldaşı ilə birlikdə həmin evə baxmış, həmin vaxt evin sahibi Samiq də orada olmuşdur. Evi bəyənmişlər. Elşən ilki olaraq 10000 manat, sonr aisə hər ay 500 manat ödəmək təklifi ilə razılşamışlar. Əvvəl Cavabdeh1 sənədlərin düzəldilməsi üçün 2750 manat, sonradan o, anası və yoldaşı ilə görüşərək 7000 manat pulu Samiqlə Elşənə vermişdir. Daha sonra 01 avqust 2019-cu il tarixdə Suraxanı rayon Prokurorluğunun önündə 1000 manat daha sonra Əmircan qəsəbəsində 2000 manat pul vermişdir. Həmin vaxt Cavabdeh1 onlara bildirmişdir ki, 3 gündən sonra ev alqı-satqı yolu onun adına keçiriləcəkdir. Evin sənədlərini düzəltmək üçün əvvəlcə 700, sonra 500, daha sonra 400 manat pulu Samiqlə Elşənə vermişdir. Bu günə qədər cavabdehlər hərdən bir bəhanə ilə onlardan aldıqları 14350 manat məbləğində pulu qaytarmamışlar. Cavabdehlər pulunu alaraq ona 2 sot torpaq içində 2 mərtəbəli olan evi verəcəyinə dair öhdəlik göürsə də bu günə qədər nə pulunu, nə də torpaq və evini verməmişlər. cavabdehlərin barəsində cinayət işi başlanması üçün Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə ərizə ilə müraciət etsə də göstərilən faktlar mülki xarakterli olduğundan cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə 09.12.2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Borcludan nə torpağını, nə evini, nə də pul vəsiatini ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiklərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 425, 442, 443, 448-ci maddələrinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14350 (on dörd min üç yüz əlli) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, məhkəmənin ünvanına 07 yanvar 2021-ci il tarixdə, 28 yanvar 2021-ci il tarixdə, 05 mart 2021-ci il tarixdə və 21 aprel 2021-ci il tarixdə teleqramlar göndərərək iddiasını müdafiə etdiyini, onun iştirakı olmadan işə baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 31 mart 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, hüquqşünasdır və Bakı şəhərində yaşayır. Hələ nümayəndəlik institutu mövcud olduğu Büro açaraq nümayəndəlik fəaliyyəti ilə məşğul olmuşdur. Daha sonra isə torpaq və evlərin sənədləşmə işlərinin düzəldilməsi üçün qeyripeşakər şəkildə fəaliyyət göstərmişdir və hazırda da fəaliyyət göstərir. İddiaçının yoldaşı Nizamini tanıyır və onunla tanışlığı qonşuları vasitəsilə olmuşdur. Nizamiyə 99 illik icarə müqaviləsi ilə verilən torpaq sahəsinin sənədlərinin düzəldilməsi üçün arvadı Sevinc ona 1750 manat pul vermişdir. Həmin torpaq sahəsinin təyinatı dəyişdirilməli və onların adına sənədləşməli idi. Daha sonra qohumu olan Samiq ona iki mərtəbəli evini satdığını bildirmiş və bu vaxt Sevinclə əri Nizami də onların yanında olmuşdur. Samiq evini 25000 manata satdığını deyəndə Sevinc demişdir ki, həmin torpaq sahəsinin sənədləşməsini aparmasın və evi baxıb bəyənsələr onlar alsın. Özləri gedib evə baxıb bəyənmişlər. Samiqin dəfələrlə dələduzluqla polisdə işinin olmasını və tutulmasını da bildiyindən Nizamiyə demişdir ki, evin sənədlərini görmədən alqı-satqı aparmasın. Samiq evin onun adına olmasına dair bələdiyyə arayışı gətirmiş və demişdir ki, 2-3 günə daşınmaz əmlakdan da sənədləri alacaqdır. Nə qədər Nizamiyə desə də xeyri olmamışdır. Onun yanında Samiqə 7000 manat bir dəfə, 2000 manat bir dəfə pul vermişlər. ona verdikləri 1750 manatı özü aparıb onların yanında Samiqə vermişdir. Samiqi onun vasitəsi ilə tanıdıqlarından və Samiqin də necə biri olduğunu bildiyindən akt tərtib edilmiş və nə qədər pul verilməsi aktda göstərilmiş o, Samiq və iştirak edənlər aktı imzalamışlar. Daha sonra Samiq ona öz avtomobilini vermiş və o da fikirləşmişdir ki, maşını satıb özünün Samiqdə olan borcunu və Samiqin Sevincə olan borcunu verəcəkdir. Lakin səhəri günü məlum olmuşdur ki, Samiq onu aldadaraq renta cardan maşını götürüb ona vermişdir. Samiq hazırda dələduzluqla bağlı cəzasını çəkir. Samiq tutulduqdan sonra məum olmuşdur ki, onun evi olmamış, həmin evi Samiq daha əvvəl 2-3 şəxsə satmışdır və buna görə də şikayət əsasında tutulmuşdur. Ona pul verilməmişdir. O pulun qaytarılması ilə bağlı öhdəlik götürməmişdir. Bu sözləri Sevincin şikayəti polis şöbəsində araşdırılan zaman da bildirmişdir. Həmin vaxtdan sonra onu axtarmadıqlarından Samiqin Sevincin pulunu verdiyini düşünmüşdür. Ona görə də iddianın ona münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Növbəti məhkəmə iclaslarının vaxtı və yeir barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə eləcə də iddia ərizəsinin surətinin təqdim edilməsi ilə bağlı Cavabdeh2 cəzasını çəkdiyi yer üzrə məktub göndərilmiş, Cavabdeh2 məhkəməyə ərizə göndərmişdir. Cavabdeh2 28 iyun 2021-ci il tarixli ərizəsində göstərmişdir ki, onun Abşeron rayonu Ramana qəsəbəsində yerləşən evinə Cavabdeh1 Sabunçu Rayon İcra Hakimiyyətindən Sevinc xanımın adına saxta sənət almışdır və Sevinc xanımdan pul almışdır. Onun xəbəri olmamışdır. Onun bir neçə nəfərə borcu olduğu üçün həmin adamlar polisə vermişdirlər. Cavabdeh1 qohum olduğu üçün ona 31500 (otuz bir min beş yüz manat) pul vermişdir ki, şikayətçilərə versin, ona açılan cinayət işi ləğv olunsun. Amma Elşən o pulu mənimsəyib heç kimə pul vermədi. Həmin açılan cinayət işinə görə 4 il azadlıqdan məhrum etmə qərarı verildi. Hazırda Xəzər rayonu Binə qəsəbəsində yerləşən 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hazırki halda iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin maddəyə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin dispozitiv şərtinə görə pulun və ya digər əvəz edilən əşyanın verilməsinə münasibətdə sübutetmə yükü iddiaçının, pulun və ya eyni növlü əşyanın qaytarılmasına münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanılmasının rədd olunması barədə 09 dekabr 2019-cu il tarixli qərardan aydın olur ki, vətəndaş İddiaçı Suraxanı RPİ-nin 31-ci PB-nə müraciət edərək təxminən 1 il əvvəl ev almaq və evin sənədlərini hazırlamaq üçün Elşən adlı şəxsə 14000 manat verməsi, lakin sonuncunun vədinə əməl etməyərək pulun geri qaytarılmaması əsasında araşdırma aparılmış və İddiaçı, Cavabdeh1 izahatları alınaraq işin xarakterinin mülki xarakterli mübahisə təşkil etdiyini bildirib cinayət işinin başlanması rədd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 23 iyul 2019-cu il tarixli aktın surətindən aydın olur ki, Sabunçu rayonu Ramana qəsəbəsində Cavabdeh2 7000 AZN ilkin olaraq pul ödəyərək ona məxsus fərdi yaşayış evinin qiyməti 25000 AZN razılaşdıqları, bütün sənədlər hazırlandıqdan sonra alqı-satqı edib pulu ödəmək şərtilə İddiaçı adına keçirilmək şərtilə şahidlərin yanında akt tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 01 oktyabr 2019-cu il tarixli aktın surətindən aydın olur ki, Cavabdeh1 sənədləri düzəltmək üçün aldığı 2750 manatı və Cavabdeh2 İddiaçı verdiyi 11600 manatı 10 oktyabr 2019-cu il tarixədək birdəfəlik verəcəkləri barədə akt tərtib edərək imzalamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə Cavabdeh1 verdiyi izahatında sözügedən aktların həqiqətən tərtibatında iştirak etdiyini və aktı imzaladığını bildirmiş, lakin İddiaçı sənədlərin düzəldilməsi üçün 2750 manat yox, 1750 manat almış və həmin pulu qaytarmışdır. Məhkəmə cavabdehin öz izahatında qeyd etdiyi halları nəzərə alaraq hesab edir ki, belə olan halda iş üzrə İddiaçı iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir. Cavabdeh1 sənədlərin düzəldilməsi üçün ona 1750 manat pul verildiyini və həmin pulu qaytardığını bildirsə də bununla bağlı öz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə iş materiallarında olan aktları, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı sübut kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, tərəflər arasında imzalanmış akt əsasında ümumi pulun 11600 (on bir min altı yüz) manatının Cavabdeh2 verilməsi, 2750 (iki min yeddi yüz əlli) manatının Cavabdeh1 verilməsi öz təsdiqini tapdığından ümumilikdə 14350 (on dörd min üç yüz əlli) manat pul cavabdhelərin hər birinin borcuna münasibətdə tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan işin hallarını nəzərə alaraq hesab edir ki, tərəflər arasında borc münasibətlərinə dair hüquqi öhdəliklər yaranmışdır. Birinci tərəf olaraq iş üzrə İddiaçı ev satın almaq məqsədilə ümumilikdə 14350 (on dörd min üç yüz əlli) manat pulun 2750 (iki min yeddi yüz əlli) manatını evin sənədlərini düzəltmək üçün cavabdeh Cavabdeh1 və 11600 (on bir min altı yüz) manatını evi satın almaq üçün Cavabdeh2 verməklə üzərinə götürdüyü öhdəliyə əməl etmiş, bu hal işdə olan aktlar, cinayət işinin başlanmasının rədd qərarı və Cavabdeh1 izahatı və Cavabdeh2 ərizəsi ilə təsdiq edilmişdir, lakin ikinci tərəf olaraq iş üzrə cavabdehlər götürdüyü öhdəliyi pozaraq işi yerinə yetirə bilmədiyi halda iddiaçının verdiyi pulu geri qaytarmamışdır. Beləliklə, tərəflər arasında borc müqaviləsinə dair mülki hüquq münasibətlər yaranmışdır. Nəticə: Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh1 2750 (iki min yeddi yüz əlli) manat pul, Cavabdeh2 11600 (on bir min altı yüz) manat pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən “Kapital Bank” Nəsimi filialına 01 oktyabr 2020-ci il tarixdə 52655 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh1 2750 (iki min yeddi yüz əlli) manat pul, Cavabdeh2 11600 (on bir min altı yüz) manat pul alınaraq, ümumilikdə 14350 (on dörd min üç yüz əlli) manat pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən “Kapital Bank” Nəsimi filialına 01 oktyabr 2020-ci il tarixdə 52655 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar