Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-17/2022 03.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Əkbərov X2 Emin Tahir oğluna qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 manat borc pulun və dövlət rüsumu kimi ödədiyi 30 manatın, cəmi 5030 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin qərardadı ilə, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin olunmuş, iddia tələbinə “Cavabdeh 4500 manat borc pulun və dövlət rüsumu kimi ödədiyi 30 manatın, cəmi 4530 manatın alınıb iddiaçıya verilməsi” tələbi çərçivəsində baxılması qərara alınmışdır. Biləsuvar Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(022)-432/2021 nömrəli mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərardadı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia ərizəsində, Ağcabədi şəhərində yaşadığını, tanıdığı və münasibətdə olduğu Cavabdeh ehtiyac olduğu üçün 5000 manat borc pul verdiyini, həmin pulu Cavabdeh şəxsən verdiyini, borc müqaviləsinə imza çəkdirdiyini, borclu Cavabdeh dəfələrlə pulu istəsə də, pulunu vermədiyini, hazırda pulunu qaytarmaq istəmədiyini, beləliklə, Cavabdeh ona 5000 manat məbləğində borcunun yarandığını, bir neçə dəfə cavabdehdən borcunu ödəməsini tələb etsə də, ona yalan vədlər verdiyini, onu aldatdığını, ona görə də, Cavabdeh 5000 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməli olduğunu, bunları nəzərə alaraq, Cavabdeh 5000 manat borc pulun və dövlət rüsumu kimi ödədiyi 30 manatın, cəmi 5030 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram göndərərək, yolun uzaqlığına görə gələ bilmədiyini, şəkər xəstəsi olduğunu, onun iştirakı olmadan mülki işə baxıb qərar verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında hərbçi olduğu üçün iştirak edə bilmədiyini bildirmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(078)-908/2021 nömrəli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinə məhkəmə tapşırığı göndərilmiş, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olan iş üzrə Cavabdeh iddia tələbi ilə bağlı izahatının alınması, müvafiq qaydada protokollaşdırılması və cavabdehdən iddia tələbini qəbul edib-etməməsinin, 27 fevral 2020-ci il tarixdə bağlanmış borc müqaviləsinə dair izahatının, müqaviləni qəbul etdiyi halda hazırda qalan borcuna dair fikrinin aydınlaşdırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş: Naxçıvan Şəhər Məhkəməsinin məhkəmə tapşırığı yerinə yetirilmiş və Biləsuvar Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 10(022)-2/2021 nömrəli məhkəmə iclasının protokoluna əsasən, cavabdeh İddiaçı tanımadığını, N nömrəli hərbi hissədə xidmət edərkən ona pul lazım olduğunu, Bəhruz adlı iş yoldaşına ona təcili pul lazım olduğunu dediyini, onun ona bunun mümkün olduğunu dedikdə, onunla razılaşdığını, həmin axşam Ağcabədi rayonuna getdiklərini, iş yoldaşı Bəhruzun Rəşad adlı şəxsi onların olduğu ünvana dəvət etdiyini, Rəşadın ona 15 faizlə, 700 manat məbləğində pul vəsaiti verdiyini, Rəşadın pulun 100 manat məbləğini dərhal aldığını və birinci ayın puluna götürdüyünü dediyini, razılaşaraq ona kartının və şəxsiyyət vəsiqəsinin surətini verdiyini, bu hadisənin 2018-ci ilin may ayında olduğunu, 2 aydan sonra Rəşada 200 manat məbləğində pul vəsaiti qaytardığını, 500 manat hissəsinin qaldığını, hər ay faizini verdiyini, onun kartından Rəşadın özünün onun maaşını çıxardığını, beləcə, Rəşadın hər ay 90 manat məbləğində pul götürdüyünü, daha sonra N nömrəli hərbi hissəyə gəldiyini, bundan sonra da ona hər ay pul göndərdiyini, 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başladığı zaman müharibəyə getdiyini, Rəşada zəng edib ona pul göndərə bilmədiyini dediyini, onun da “bilirəm, narahat olma, sonra verərsən” dediyini, müharibə başa çatdıqdan sonra ona zəng vurduğunu, zəng çatmadığını, sonra ona tanımadığı adamın zəng edib Rəşada çatan pul vəsaitinin ona verilməli olduğunu dediyini, Bəhruza zəng edib Bəxdiyar adlı şəxsin zəng vuraraq pulu istədiyini dediyini, Bəhruzdan onu tanıyıbtanımadığını soruşduqda, onun Bəxdiyarı tanımadığını dediyini, Bəxdiyara zəng edib Rəşadın harada olduğunu soruşduğunu, Bəxdiyarın 500 manat məbləğində pulun ona çatacağını bildirdiyini, sonradan Rəşada zəng edərək Bəxdiyarın kim olduğunu soruşduğu zaman Rəşadın ona pul vəsaitini Bəxdiyarın kartına göndərməyini bildirdiyini, 500 manat məbləğində pulu Bəxdiyar adlı şəxsin kartına hissə-hissə göndərdiyini, sonra Rəşada zəng edib borcunu tamamilə ödəyib qurtardığını bildirdiyini, hazırda Ermənistan Respublikası ilə sərhəddə, Kəlbəcər rayonu ərazisində yerləşən hərbi hissədə xidmət keçdiyini, Bəxdiyar adlı adamı tanımadığını, ona heç bir borcunun olmadığını, iddia ərizəsinə əlavə edilmiş və pul məbləğinin alınmasını özündə əks etdirən yazılı qeydlərdəki imzanın yaxud xəttin ona məxsus olmadığını, əgər məhkəmə zəruri hesab etsə, xətşünaslıq ekspertizasının təyin edilə biləcəyini, Vətən müharibəsi iştirakçısı olduğunu, buna görə də, Ali Baş Komandan tərəfindən medallarla təltif olunduğunu bildirmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 fevral 2020-ci il tarixli borc müqaviləsinə əsasən, Əkbərov X2 Emin Tahir oğluna 5000 (beş min) manat məbləğində borc pul vermişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2022-ci il tarixli, 37 nömrəli ekspert rəyinə əsasən, tədqiqat zamanı məhkəməxətşünaslıq ekspertizasının “İcraçının eyniləşdirilməsində xəttin ümumi tədqiqatı” və “İmzanın həqiqiliyinin müəyyən edilməsi” adlı metodikaları tətbiq olunmuşdur. Tədqiq olunan əlyazmaların icra olunduğu xətt və imza, ekspertizaya göndərilmiş 2(078)-17/2022 nömrəli mülki işin 05-ci vərəqəsində olan, 27 fevral 2020-ci il tarixli borc müqaviləsində “və digər tərəf Borcalan” sözləri önündəki əlyazmalardan, “Bu müqaviləyə görə borc verən” sözlərinin aşağısındakı əlyazmalardan, “Borcalan:” sözü önündəki əlyazmalardan, həmin sırada “oğlu” sözü önündəki rəqəmlərdən və “İmza” sözü önündəki imzadan, “2.4.3. Borcalan” sözü önündəki əlyazmalardan və rəqəmlərdən, “3.1. bu müqavilə üzrə verilən pul” yazıları önündəki əlyazmalardan, “4.1. Bu müqavilənin müddəti” sözləri önündəki əlyazmalardan, “Borcalanın ünvanı, şəxsiyyət vəsiqəsi, təvəllüdü” yazılarının aşağısındakı əlyazmalardan, “İmza:” sözü önündəki imzadan və əlyazmalardan, borc müqaviləsinin aşağı orta hissəsindəki imzadan və rəqəmlərdən ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzaların tərkib və əlaqəsi: “E” + hərf təşkil etməyən cizgilər + son cızıq; Tədqiq olunan əlyazmaların icra olunduğu xətt və imzalar aşağı yazı vərdişi və orta sürət ilə icra olunmuşdur. Hərflərin və hərf təşkil etməyən cizgilərin ölçüləri, aralarındakı məsafə və əlaqəsi kiçikdir. Şaquli oxa nisbətən meyilləri azacıq sağadır, imzaların əsası xətlərinin forması dalğavari, istiqaməti azacıq yuxarıyadır. Tədqiq olunan əlyazmaların icra olunduğu xətti və imzaları Cavabdeh xətt və imza nümunələri ilə müqayisə etdikdə yuxarıda göstərilən ümumi və aşağıdakı xüsusi əlamətlərdə uyğunluqlar müəyyən olundu: quruluşuna görə (bütövlükdə konstruksiyası): “B”, “H”, “T” və “x” hərflərinin icrasında çap hərfi şəklində; quruluşuna görə (mürəkkəblik dərəcəsi): “a” hərfinin 1-ci elementinin bitmə hissəsinin icrasında - itirilməklə sadələşdirilmiş; “y” və “ğ” hərflərinin 2-ci elementlərinin bitmə hissələrinin icrasında - itirilməklə sadələşdirilmiş; “r” hərfinin 1-ci elementinin başlanğıc hissəsinin icrasında - itirilməklə sadələşdirilmiş; “z” hərfinin icrasında - əlavə element artırılmaqla mürəkkəbləşdirilmiş; “1” rəqəminin 1-ci elementinin icrasında - itirilməklə sadələşdirilmiş; “2” rəqəminin 1-ci elementinin başlanğıc hissəsinin icrasında uzadılmaqla mürəkkəbləşdirilmiş, 2-ci elementinin bitmə hissəsinin icrasında isə itirilməklə sadələşdirilmiş; hərəkətin icra olunma formasına görə: “m” hərfinin 3-cü, “n” hərfinin isə 2-ci elementlərinin yuxarı hissələrinin icrasında - bucaqvari; “l” hərfinin yuxan hissəsinin icrasında - qayıdış-düzxətli; “i” hərfinin 1-ci elementinin bitmə hissəsinin icrasında reflektor cizgi ilə; imzadakı “E” hərfinin 1-ci və 2-ci elementlərinin başlanğıc hissələrinin icrasında - düzxətli; hərəkətin birləşmə formasına görə: "E” hərfinin elementləri bir-biri ilə - bucaqla; “n” və “h” hərflərinin elementləri bir-biri ilə - bucaqla; “ğ” hərfinin 1-2-ci elementləri bir-biri ilə ilgəklə; hərf təşkil etməyən cizgilər bir-biriləri ilə - qayıdış- düzxətlə, bucaqla və ilgəklə; hərəkətin birləşmə növünə görə: “5” rəqəminin elementləri bir-biri ilə - intervalla; hərəkətin forma və istiqamətinə görə: “A” hərfinin 1-ci elementinin əsas hissəsinin icrasında - aşağıdan yuxarı sağ istiqamətli qövsvari hərəkətlə; “b” hərfinin 2-ci elementinin icrasında - soldan sağa sağ istiqamətli qövsvari hərəkətlə; “s” hərfinin bitmə hissəsinin icrasında - variantlarda yuxarıdan aşağı sol istiqamətli qövsvari hərəkətlə; “ğ” hərfinin 3-cü elementinin icrasında - soldan sağa sağ istiqamətli kiçik qövsvari hərəkətlə; “4” rəqəminin 2-ci elementinin bitmə hissəsinin icrasında - yuxarıdan aşağı sol istiqamətli qövsvari hərəkətlə; son cızığın icrasında - variantlarda yuxandan aşağı azacıq soldan sağa sol istiqamətli qövsvari hərəkət bucaqla soldan sağa azacıq yuxarıdan aşağı düzxətli hərəkətlə; hərəkətin istiqamətinə görə: “b” hərfinin 1-ci elementinin icrasında - yuxandan aşağı istiqamətli hərəkətlə; hərəkətin miqdarına görə: “ü” hərfinin 3-4-cü elementlərinin icrasında - bir hərəkətlə; hərəkətin başlanğıc nöqtəsinin icrasında: “ş” hərfinin 2-ci elementinin icrasında - 1-ci elementin bitmə hissəsində; hərəkətin bitmə nöqtəsinin yerinə görə: “a” hərfinin 2-ci elementinin icrasında - sətir xətti üzərində; “n”, “t” və “ğ” hərflərinin 2-ci elementlərinin icrasında - sətir xətti səviyyəsində; son cızığın icrasında - variantlarda sətir xəttindən yuxarıda. Müqayisəedici tədqiqat zamanı müəyyən olunmuş uyğunluqlar sabit və dəyərli olub, elə bir fərdi (təkrarolunmaz) məcmu təşkil edirlər ki, bu da tədqiq olunan əlyazmaların və imzaların Cavabdeh tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. 2(078)-17/2022 nömrəli mülki işin 05-ci vərəqəsində olan, 27 fevral 2020-ci il tarixli borc müqaviləsində “və digər tərəf Borcalan” sözləri önündəki əlyazmalar, “Bu müqaviləyə görə borc verən” sözlərinin aşağısındakı əlyazmalar, “Borcalan:” sözü önündəki əlyazmalar, həmin sırada “oğlu” sözü önündəki rəqəmlər və “İmza” sözü önündəki imza, “2.4.3. Borcalan” sözü Önündəki əlyazmalar və rəqəmlər, “3.1. bu müqavilə üzrə verilən pul” yazılan önündəki əlyazmalar, “4.1. Bu müqavilənin müddəti” sözləri önündəki əlyazmalar, “Borcalanın ünvanı, şəxsiyyət vəsiqəsi, təvəllüdü” yazılarının aşağısındakı əlyazmalar, “imza:” sözü önündəki imza və əlyazmalar, borc müqaviləsinin aşağı orta hissəsindəki imza və rəqəmlər Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının öhdəliyini yerinə yetirilməsi tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 fevral 2020-ci il tarixli borc müqaviləsinə əsasən, Əkbərov X2 Emin Tahir oğluna 5000 (beş min) manat məbləğində borc pul vermişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2022-ci il tarixli, 37 nömrəli ekspert rəyinə əsasən, 2(078)-17/2022 nömrəli mülki işin 05-ci vərəqəsində olan, 27 fevral 2020-ci il tarixli borc müqaviləsində “və digər tərəf Borcalan” sözləri önündəki əlyazmalar, “Bu müqaviləyə görə borc verən” sözlərinin aşağısındakı əlyazmalar, “Borcalan:” sözü önündəki əlyazmalar, həmin sırada “oğlu” sözü önündəki rəqəmlər və “İmza” sözü önündəki imza, “2.4.3. Borcalan” sözü Önündəki əlyazmalar və rəqəmlər, “3.1. bu müqavilə üzrə verilən pul” yazılan önündəki əlyazmalar, “4.1. Bu müqavilənin müddəti” sözləri önündəki əlyazmalar, “Borcalanın ünvanı, şəxsiyyət vəsiqəsi, təvəllüdü” yazılarının aşağısındakı əlyazmalar, “imza:” sözü önündəki imza və əlyazmalar, borc müqaviləsinin aşağı orta hissəsindəki imza və rəqəmlər Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə, yuxarıda göstərilmiş xüsusatlara görə iddia təmin edilməli, Cavabdeh 4500 (dörd min beş yüz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4530 (dörd min beş yüz otuz) manat məbləğində pul alınaraq, İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmişhаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4530 (dörd min beş yüz otuz) manat məbləğində pul alınaraq, İddiaçı qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-17/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-17/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver