Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-170/2024 24.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi olaraq 2390 (iki min üç yüz doxsan) manat məbləğində pulun, cavabdehlərin təqsiri üzündən taksi xidmətindən istifadə etdiyinə görə xərclədiyi 1940 (bir min doqquz yüz qırx) manat pulun, eləcə də, avtomobilin əmtəə dəyərinin aşağı düşməsi nəticəsində yaranmış 1000 (bir min) manat fərqin, cəmi 5330 (beş min üç yüz otuz) manat məbləğində pul vəsaitinin və 73.30 (yetmiş üç manat otuz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlərdən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində idarə etdiyi “KİA SPORTAGE” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş, nəticədə ona məxsus olan “AZSAMAND MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, avtomobilinə zərər vurmuşdur. Cavabdehlərdən Cavabdeh1 Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə təqsirli bilinmişdir. İddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən və Qaimə fakturada görünür ki, avtomobilinə dəyən zərərin aradan qaldırılması üçün təmir-bərpa işlərinə görə cəmi 2390 (iki min üç yüz doxsan) manat tələb edilir (1040 manat dəyişdirilməli ehtiyat hissələrinin alınması üçün lazım olan vəsait, 1350 manat isə ustaya verilməli olan puldur). Bundan başqa, cavabdehlərin ona qarşı törətmiş olduqları mülki-hüquq pozuntusu nəticəsində avtomobili yararsız hala düşdüyündən, o işə gedib-gəlmək və iş yerində ona tapşırılan işləri vaxtında yerinə yetirə bilmək üçün taksi xidmətindən istifadə etməyə məcbur olmuş və hər gün taksiyə orta hesabla 20 manat pul xərcləmişdir. Hesab edir ki, həmin məbləğ də hesablanaraq, cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Bugünə olan məlumata görə o həmin məbləği 97 gün üçün 1940 manat hesablamışdır. Bundan başqa, cavabdehlərin ona qarşı törətmiş olduqları mülki-hüquq pozuntusu nəticəsində avtomobilinə ziyan dəymişdir, onun bərpası üçün təmir işləri görülsə belə, faktiki olaraq avtomobilin təmirdən əvvəlki vəziyyətə gətirilməsi mümkün olmayacaq, bu da öz növbəsində avtomobilin əmtəə dəyərinin aşağı salınmasına gətirib çıxaracaq. Hesab edir ki, həmin fərq də hesablanaraq, cavabdehlərdən tutulmalıdır. Hazırki bazar qiymətinə uyğun olaraq o həmin fərqi 1000 manat qiymətləndirir. Cavabdehlərdən Cavabdeh2, Cavabdeh1 idarə etdiyi KİA SPORTAGE minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibidir. Buna görə də hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomobilinə vurulmuş zərər cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran KİA SPORTAGE minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 olmuş, digər Cavabdeh1 isə qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobili etibarnamə olmadan idarə etmişdir. Belə olan halda, dəymiş ziyana görə məsuliyyəti həm sözügedən avtomobilin mülkiyyətçisi, həm də onu qanuni əsası olmadan idarə edən şəxs müştərək qaydada daşıyırlar. Belə ki, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsi barədə heç bir iddia irəli sürməmişdir. Ona məxsus avtomobilə dəyən ziyanın məbləğinin 2390 manat olması məhkəməyə təqdim etdiyi sənədlərlə öz təsdiqini tapır. Bundan başqa, cavabdehlərin təqsiri üzündən taksi xidmətindən istifadə etdiyinə görə xərclədiyi 1940 manat pul, eləcə də, avtomobilin əmtəə dəyərinin aşağı düşməsi nəticəsində yaranmış 1000 manat fərq də cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır. İddiaçı 04 mart 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək ərizədə qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona qarşı törətdikləri mülki-hüquq pozuntusu nəticəsində vurduqları ziyanın əvəzi olaraq, cavabdehlərdən müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi olaraq 2390 (iki min üç yüz doxsan) manat məbləğində pulun, cavabdehlərin təqsiri üzündən taksi xidmətindən istifadə etdiyinə görə xərclədiyi 1940 (bir min doqquz yüz qırx) manat pulun, eləcə də, avtomobilin əmtəə dəyərinin aşağı düşməsi nəticəsində yaranmış 1000 (bir min) manat fərqin, cəmi 5330 (beş min üç yüz otuz) manat məbləğində pul vəsaitinin və 73.30 (yetmiş üç manat otuz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu günə kimi cavabdehlər tərəfindən ona vurulmuş ziyan ödənilməmiş, avtomobili təmir edilməmişdir. Buna görə də, gün keçdikcə, ona vurulan ziyanın məbləği də artır. İddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə, avtomobili cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində yararsız hala düşdüyü üçün o gündəlik işlərini görmək üçün taksi xidmətindən istifadə edir, həmin məbləğ xx.xx.2023-cü ilə kimi hesablamışdır. Məhkəmə çəkişməsinin davam etdiyini nəzərə alıb, xx.xx.2024-cü il tarixə kimi cəmi 3580 manat taksi xidmətindən istifadəyə görə ödədiyi məbləğin cavabdehlərdən tutulmasını istəyir. Bundan başqa, avtomobili istifadə edilmədiyi üçün akumlyatoru sıradan çıxmış, nəticədə ona əlavə olaraq 150 manat zərər dəymiş, avtomobilin qapıları olmadığı üçün içərisindən dəyəri 50 manat olan maqnitofon da oğurlanmışdır. Həmin məbləğlər də hesablanaraq, cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Buna görə də, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılmasına zərurət yaranmışdır. İddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi olaraq 2390 (iki min üç yüz doxsan) manat məbləğində pulun, cavabdehlərin təqsiri üzündən taksi xidmətindən istifadə etdiyinə görə xərclədiyi 3580 (üç min beş yüz səksən) manat pulun, eləcə də, avtomobilin əmtəə dəyərinin aşağı düşməsi nəticəsində yaranmış 1000 (bir min) manat fərqin, 150 (bir yüz əlli) manat akumlyatorun dəyərinin və 50 (əlli) manat maqnitofonun dəyəri olmaqla, cəmi 7170 (yeddi min yüz yetmiş) manat məbləğində pul vəsaitinin və 91.70 (doxsan bir manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-170/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin təmin edilməsi və iddia tələbinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi olaraq 2390 (iki min üç yüz doxsan) manat məbləğində pulun, cavabdehlərin təqsiri üzündən taksi xidmətindən istifadə etdiyinə görə xərclədiyi 3580 (üç min beş yüz səksən) manat pulun, eləcə də, avtomobilin əmtəə dəyərinin aşağı düşməsi nəticəsində yaranmış 1000 (bir min) manat fərqin, 150 (bir yüz əlli) manat akumlyatorun dəyərinin və 50 (əlli) manat maqnitofonun dəyəri olmaqla, cəmi 7170 (yeddi min yüz yetmiş) manat məbləğində pul vəsaitinin və 91.70 (doxsan bir manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi həddində baxılması qərara alınmışdır. İddiaçı 10 sentyabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək ərizədə qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona qarşı törətdikləri mülki-hüquq pozuntusu nəticəsində vurduqları ziyanın əvəzi olaraq, cavabdehlərdən müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi olaraq 2390 (iki min üç yüz doxsan) manat məbləğində pulun, cavabdehlərin təqsiri üzündən taksi xidmətindən istifadə etdiyinə görə xərclədiyi 1940 (bir min doqquz yüz qırx) manat pulun, eləcə də, avtomobilin əmtəə dəyərinin aşağı düşməsi nəticəsində yaranmış 1000 (bir min) manat fərqin, cəmi 5330 (beş min üç yüz otuz) manat məbləğində pul vəsaitinin və 73.30 (yetmiş üç manat otuz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu günə kimi cavabdehlər tərəfindən ona vurulmuş ziyan ödənilməmiş, avtomobili təmir edilməmişdir. Buna görə də, gün keçdikcə, ona vurulan ziyanın məbləği də artır. İddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə, avtomobili cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində yararsız hala düşdüyü üçün o gündəlik işlərini görmək üçün taksi xidmətindən istifadə edir, həmin məbləğ xx.xx.2023-cü ilə kimi hesablamışdır. Məhkəmə çəkişməsinin davam etdiyini nəzərə alıb, xx.xx.2024-cü il tarixə kimi cəmi 7680 manat taksi xidmətindən istifadəyə görə ödədiyi məbləğin cavabdehlərdən tutulmasını istəyir. Bundan başqa, avtomobili istifadə edilmədiyi üçün akumlyatoru sıradan çıxmış, nəticədə ona əlavə olaraq 150 manat zərər dəymiş, avtomobilin qapıları olmadığı üçün içərisindən dəyəri 50 manat olan maqnitofon da oğurlanmışdır. Eyni zamanda avtomobili xx.xx.2024-cü il tarixinə qədər 384 gün hərəkətsiz qaldığı üçün təkərlər, əyləc sistemi, mühərrikin müəyyən hissələri sıradan çıxacaq, mühərrikdə, sürətlər qutusunda istifadə olunan sürtgü yağları yararsız hala düşəcəkdir. Bu fəsadları aradan qaldırmaq üçün minimum 500 manat xərc tələb olunacaq. Həmin məbləğlər də hesablanaraq, cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Buna görə də, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılmasına zərurət yaranmışdır. İddianın təmin edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi olaraq 2390 (iki min üç yüz doxsan) manat məbləğində pulun, cavabdehlərin təqsiri üzündən taksi xidmətindən istifadə etdiyinə görə xərclədiyi 7680 (yeddi min altı yüz səksən) manat pulun, eləcə də, avtomobilin əmtəə dəyərinin aşağı düşməsi nəticəsində yaranmış 1000 (bir min) manat fərqin, 150 (bir yüz əlli) manat akumlyatorun dəyərinin və 50 (əlli) manat maqnitofonun dəyərinin, yaranacaq fəsadları aradan qaldırmaq üçün 500 (beş yüz) manat pulun, cəmi 11770 (on bir min yedi yüz yetmiş) manat məbləğində pul vəsaitinin və 125.31 (bir yüz iyimi beş manat otuz bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-170/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin təmin edilməsi və iddia tələbinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi olaraq 2390 (iki min üç yüz doxsan) manat məbləğində pulun, cavabdehlərin təqsiri üzündən taksi xidmətindən istifadə etdiyinə görə xərclədiyi 7680 (yeddi min altı yüz səksən) manat pulun, eləcə də, avtomobilin əmtəə dəyərinin aşağı düşməsi nəticəsində yaranmış 1000 (bir min) manat fərqin, 150 (bir yüz əlli) manat akumlyatorun dəyərinin və 50 (əlli) manat maqnitofonun dəyərinin, yaranacaq fəsadları aradan qaldırmaq üçün 500 (beş yüz) manat pulun, cəmi 11770 (on bir min yedi yüz yetmiş) manat məbləğində pul vəsaitinin və 125.31 (bir yüz iyimi beş manat otuz bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi həddində baxılması qərara alınmışdır. Cavabdeh1 nümayəndəsi X9 18 mart 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə saat 15 radələrındə idarə etdiyi KİA SPORTAGE markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə nizamlayıcı işıqforun qadağan edici işarəsi verilərkən hərəkətini davam etdirmiş, nəticədə ona məxsus AZSAMAND markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, avtomobilinə zərər vurmuşdur. Özü xx.xx.2023-cü il tarixdə yuxarıda qeyd olunan qəzanın şəxsi adına yazılmış ərizə əsasında polis əməkdaşları tərəfindən təqdim olunmuş video görüntüləri izlədiyindən həmin görüntülərə əsasən qeyd etmək istəyir ki, KİA SPORTAGE markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 nəqliyyat vasitəsini nizamlayıcı işıqforun qadağan edici işarəsində nəqliyyat vasitəsini dayandırmış və bir neçə saniyədən sonra diqqət dağınıqlığından yenidən hərəkətə başlamışdır Hərəkət zamanı sağdan yaxınlaşan, AZSAMAND markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili görmədiyindən məlum olan qarşısı alınmaz qəza baş vermişdir. Görüntülərdəndə məlum olur ki, qəzada heç bir qəsdin və ya nəqliyyat vasitəsini bilərəkdən işıqforun qadağan edici işarəsində hərəkət etdirilmə əlaməti yoxdur. Həmçinin iddiaçının KİA SPORTAGE markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz olaraq idarə etdiyi haqqında bildirdiyi qərəzli mövqeyə qarşı sübut kimi Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən verilmiş 22238 qeydiyyat nömrəli avtonəqliyyat vasitəsini idarəetmə etibarnaməsi məhkəməyə təqdim edilmişdir. Baş vermiş qəza X20 tərəfindən rəsmiləşdirilmiş və tərəflərindən heç bir etiraz olmamışdır. Naxçıvan şəhər Polis idarəsində zədə almış nəqliyyat vasitəsinin sahibi İddiaçı ilə razılığa gəlinməklə xx.xx.2023-cü il tarixdə təmiri üçün ustaya müraciət olunacağı planlaşdırılmışdır. Qeyd olunan tarixdə ilk öncə İddiaçı tərəfindən təklif olunan Vüqar adlı ustaya zədələnmiş nəqliyyat vasitəsinə baxış üçün təmir sexinə getmişlər. Təmir sexində Vüqar adlı usta tərəfindən avtomobilin zədəsinə baxılaraq təmir xərci haqqında (zədə almış ehtiyat hissələrinin dəyişilməsi xaric usta xərci 1100 manat) məlumat vermişdir. Real zərərin miqdarının öyrənilməsi məqsədilə tərəfindən İddiaçı digər ustaya da müraciət olunması təklif olunmuşdur. Təkliflə razılaşan İddiaçı avtonəqliyyat vasitəsini idarə edərək onunla bərabər Dəmir ustanın təmir sexinə getmişdir. Dəmir usta avtonəqliyyat vasitəsinin zədəsinə baxaraq təmir xərcinin (zədə almış ehtiyat hissələrinin dəyişilməsi xaric usta xərci 750 manat) haqqında məlumat verərək, sexdə təmir üçün növbə gözləyən zədəli avtonəqliyyat vasitəsinin çox olduğundan təmirə 14 təqvim günündən sonra başlayacağını bildirmişdir. O yenə İddiaçı “razısansa qalsın razı deyilsənsə başqa ustaya gedək” sözlərilə müraciət etmişdir. İddiaçı başqa ustaya müraciət etmələrini istəmişdir. Yenə bərabər Rasim adlı ustanın təmir sexinə getmişlər. Rasim usta avtonəqliyyat vasitəsinin zədəsinə baxaraq təmir xərci (zədə almış ehtiyyat hissələrinin dəyişilməsi xaric usta xərci 700 manat) haqqında məlumat verərək, bu gün təmirə qəbul etdiyi halda 10 təqvim günü ərzində təhvil verəcəyi bildirmişdir. O yenə X10 “razısansa qalsın razı deyilsənsə başqa ustaya gedək” sözlərilə müraciət etmişdir. İddiaçı yenə başqa ustaya müraciət etmələrini istəmişdir. Yenə bərabər Əlincə servisə gedərək İrşad və Sərxan adlı ustalara müraciət etmişlər. İrşad və Sərxan usta avtonəqliyyat vasitəsinin zədəsinə baxaraq təmir xərci (zədə almış ehtiyyat hissələrinin dəyişilməsi xaric usta xərci dəmir işləri üçün 300 manat, malyar və boyama üçün 400 manat) haqqında məlumat verərək, bu gün təmirə qəbul etdikləri halda 7 təqvim günü ərzində təhvil verəcəyini bildirmişdir. O yenə İddiaçı “Əlincə servis (İrşad, Sərxan), Dəmir və Rasim usta aralarında birinə qərar ver” sözlərilə müraciət etmişdir. İddiaçı avtonəqliyyat vasitəsini Əlincə servisdə İrşad və Sərxan usta tərəfindən 7 təqvim günü ərzində təhvil verilməsinə qərar vermişdir. İrşad usta avtonəqliyyat vasitəsinin açarını təhvil verməsini və qarşıdakı günün bazar günü olduğunda bazar ertəsi təmirə başlayacaqlarını bildirmişdir. İddiaçı isə “təmirə bazar ertəsi başlayacağınız halda mən bazar günü avtomobilimin mühərrikini təmizlədim bazar ertəsi saat 9:00 da gətirib servisə təhvil verərəm” demişdir. Qeyd olunan formada razılaşaraq Əlincə servisdən ayrılmışlar. xx.xx.2023-cü il tarixdə İddiaçı mobil telefonuna zəng edib avtonəqliyyat vasitəsini Əlincə servisə təhvil verməyi haqqında soruşanda “siz quldursunuz” sözləri ilə onu təhqir edərək mobil telefon danışığına son vermiş və zənglərinə bir daha cavab verməmişdir. Qəzadan 10 gün sonra İddiaçı tərəfindən Naxçıvan MR Daxili İşlər Nazirliyinə ünvanlanmış şikayət məktubuna əsasən İddiaçı ilə bərabər Naxçıvan şəhər Polis idarəsinə dəvət olunmuş və burada avtonəqliyyat vasitəsinə dəymiş real zərərin ödənilməsində özü tərəfdən heç bir etirazın olmadığını hansı ustada və ya servisdə təmir olunmasına qərar verdiyi halda təmir xərcinin qarşılayacağını bildirmişdir. Polis əməkdaşının iştirakı ilə Cahan servisə təmir üçün müraciətin edilməsi razılığına gəlindikdən sonra, İddiaçı ilə bərabər Cahan servisə müraciət etmişlər. Servisdə ustalar tərəfindən avtomobilə baxış keçirilərək təmir üçün qəbul edəcəklərini bildirsələr də, İddiaçı “siz yaxşı usta deyilsiniz, mənim avtomobilimin boyası bilinəcək” sözlərilə etiraz edərək servisdən ayrılmışdır. İddiaçının tələbindən də, ustalara etirazından da, həmçinin qərəzli mövqeyindən məlumdur ki, əmlakı zədələnmiş İddiaçı real zərərin miqdarından əlavə haqsız gəlir əldə etmək niyyətindədir. Belə ki, əmlakı zədələnmiş İddiaçı hansı səbəbdən 20 gün ərzində məhkəmə şikayəti verməli olduğu halda şəxs vaxtı uzadaraq 90 gündən sonra məhkəməyə müraciət etmişdir. Məhz bu hal və yuxarıda qeyd etdiyi təmirdən imtina halları haqsız gəlir əldə etməyin bariz nümunəsidir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2 maddəsində qeyd edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Burdanda aydın olur ki, iddiaçının ərizəsində qeyd etdiyi 1940 manat taksi və 1000 manat əmtəə dəyər fərqi kimi göstərilən vəsaitin əmlakının zədələnməsi üzrə real zərərə daxil olmasının heç bir hüquqi əsası yoxdur. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3 maddəsində qeyd edilir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bu maddəyə əsasən əvvəldə qeyd etdiklərindən və əmlakı zədələnmiş şəxsin tez bir zamanda zərəri aradan qaldırmaq təşəbbüsü göstərməli halda bilərəkdən qərəzli mövqe tutaraq bütün təklif olunan təmir şərtlərindən imtina etməsi birmənalı olaraq əsassız qeyd etdiyi 1940 manat taksi pulunun yaranmasına səbəb olmuşdur. Avtomobil sürücüləri olaraq hamıya məlumdur ki, avtonəqliyyat vasitəsinin mülki məsuliyyətin icbari sığortası qüvvədə olmuş olsaydı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.1 (Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.) maddəsinə əsasən əmtəə dəyərindən söz açılmazdı. Məlum olan sığorta hadisələrindən aydındır ki, 1000 manat əmtəə dəyərinin tələbi belə əsassızdır. İddia tələbinin həcminin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2. maddəsinə uyğun olaraq əmlakının zədələnməsinin real zərəri həcmində müəyyənləşdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 24 oktyabr 2024-cü il tarixə təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı 2023-cü il 25 avqustda öz yolu ilə gedərkən anidən avtomobilin onun avtomobilini vurduğunu, avtomobildə kilitləndiyi üçün qapısının açılmadığını, daha sonra Polis idarəsinə aparıldıqlarını, protokol tərtib edildiyini, maşın açılmadığı üçün özünün usta gətirdiyini, 1 saata ustanın qapısını açdığını, dayaq yerin tamamilə sıradan çıxdığını, daha sonra ustanın avtomobilə dəyən zərəri və məbləğini hesabladığını, Pənah müəllimin də dəyən zərəri qarşılamağa etiraz etdiyini, usta ilə sövdələşdiklərini, məbləği artıq dediklərini dediyini, avtomobilin hal-hazırda düzəldilmədiyini, akumlyatorunun sıradan çıxdığını, hələ də zərər dəydiyini, tanımadığı ustaya əmanət edə bilməyəcəyini, avtomobili ilə heç kimin maraqlanmayacağını, rənginin seçilməməsini istədiyini, bir neçə ustanın yanına getdiklərini, ətrafdan ustaların heç birinin işində yaxşı olmadığını öyrəndiyini, cavabdeh tərəfin 1000 manat verib çəkilib qıraqda durmaq istədiklərini, sığortası olmadığını, cavabdehlər tərəfindən ona zərər vurulduğunu, zərərin qarşılığının ödənilməsini istədiyini, avtomobilinin neçə müddətdir ki, hərəkətsiz qaldığını, pişik yuvasına döndüyünü, maşının usta xərcini, əmtəə dəyərinin aşağı düşməsinə görə 1000 (min) manat, akumlyatoru sıradan çıxdığına görə 150 (bir yüz əlli) manat, maqnitofon oğurlandığına görə 50 (əlli) manat istədiyini, neçə müddətdir avtomobilinin hərəkətsiz qaldığını, çox şeyin sıradan çıxdığını, bu xərclər üçün də minimum 500 (beş yüz) manat istədiyini, 2023-cü il avqust ayının 25-dən avtomobilin hərəkətsiz vəziyyətdə olduğunu, avtomobilinin keyfiyyətli şəkildə təmirini istədiyi üçün ustalarla razılaşmadığını, birinci ustanı özünün təklif etdiyini, öz ustasını gətirdiyini, Polis şöbəsində gəlib avtomobilə baxdığını, sonra avtomobilin sexə getməli olduğunu bildirdiyini, 1 saata avtomobilin qapılarını açdığını, onu etməyin o ustanın borcu olmadığını, özünün digər ustaları araşdırdığını, onların barəsində yaxşı deyilmədiyini, Cahan servislə cavabdeh tərəfin razılaşmadığını, keyfiyyətlə iş görmədikləri üçün razılaşmadığını, araşdırdığını, 1 il keçməmiş təmir etdiyi maşınların rənginin bozardığını öyrəndiyini, zərərçəkən özünün olduğunu, bu halda onların dediyi ustanın olmamalı olduğunu, avtomobilin rənginin seçilməsini ustanın özünün dediyini, o ustaya avtomobilini düzəltdirə bilməyəcəyini, digər bir ustanın da hələ vaxtı olmadığını dediyini, özünün Vüqar ustanı seçdiyini, cavabdehin nümayəndəsinin buna razı olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 hadisə baş verən zaman avtomobilin sahibinin də avtomobildə olduğunu, eləcə də etibarnaməsinin də mövcud olduğunu, hadisənin Cavabdeh1 tərəfindən törədildiyini, zərər də verildiyini, hadisənin qeydiyyata alındığını, cərimə edildiyini, cərimənin ödənildiyini, şəxsən özünün öz ustası varsa baxmasını təklif etdiyini, gətirib orada qiymət deyə bilməyəcəyini dediyini, servisə apardığını, zərəri müəyyən etdiyini, 1200 manat təxminən ehtiyat hissəsi alınandan sonra “bahadı gedək başqa ustaya” dediyini, iddiaçının da razılaşdığını, Dəmir ustanın yanına getdiklərini, bununla bağlı şahidlik də edə biləcəklərini, 750 manat xərci olduğunu dediyini, ehtiyat hissələrin alınacağını, qarşılayacağını, 14 gündən sonra düzələcəyini, iddiaçının razı olmadığını, Dəmir ustanın başqa ustaya yönləndirdiyini, onun da baxıb 700 manat qiymət dediyini, eyni qaydada 10 günə düzəldəcəyini, iddiaçının yenə razı olmadığını, başqa ustanın yanına getdiklərini, onun da “1 həftəyə verəcəm” dediyini, 650 manat ehtiyat hissəyə pul istədiyini, razılaşdığını, maşını sökdüyünü dediyini, ehtiyat hissələri axtarmağa başladığını, qiymətini də danışdıqlarını, İrana belə zəng etdiklərini, iddiaçının maşını aparmadığını, bir neçə gün ona zəng etdiyini, maşını aparmadığın dediyini, ona “quldur” və s kimi sözlər işlətdiyini, telefonu keçirdiyini, Polis şöbəsindən çağırdıqlarını, orda da həll etmələrini dediklərini, “onda gedək Cahan servisə orda da ustalar vardı” dediyini, ustaların “düzəldərik problem yoxdur” dediklərini, rənginin dəyişəcəyini dediyini, gedib məhkəməyə müraciət edəcəyini dediyini, DİN-dən çağırdıqlarını, oraya şikayət ərizəsi verdiyini, ora da getmədiyini, artıq o zamandan sonra da görmədiyini, axtardıqlarını, amma iddiaçının “biz istədiyimiz məbləği verməlidir” dediyini, sırf bir az pulları var deyə belə etdiyini, ekspertiza təyin olunmasını istədiyini, nə qədər zərər varsa ödəməyə razı olduqlarını, 1 həftəyə düzələcək maşının müəyyən məqsədlərə görə uzadıldığını, Polis rəisinin “1000 manat verə bilərsiniz?” dediyini, özünün razı olduğunu, faktiki olaraq qəza baş verdiyini, birinci ustanı iddiaçının özünün Polis İdarəsində avtomobilə baxması üçün apardığını, sonra sexə getdiklərini, avtomobilə baxdığını, qiymətini dediyini, özünün “gedək başqa ustaya da göstərək” dediyini, iddiaçı bununla razılaşdığını, sonra neçə ustaya apardıqlarını, məhkəminin binasının arxasında yerləşən ustaya da apardıqlarını, daha sonra apardıqları ustanın da eyni şəkildə qiymətini dediyini, ancaq 2 həftə sonra təmir edə biləcəyini dediyini, sonra başqa ustaya apardıqlarını, 1 həftə sonra təmirə başlayacağını, rəngin də boya aparatından asılı olduğunu dediyini, “boya aparatı nə rəng görür o rəngdə də edir” dediyini, eyni vaxtda təmir gedəcəyini, bir ustanın dəmir işini, digər ustanın isə boya işini görəcəyini, iddiaçının da razılaşdığını, lakin birinci gün avtomobili gətirəcəyini bildirdiyini, ikinci gün zəng edib soruşduqda avtomobili gətirmədiyini öyrəndiyini, səbəbini öyrənmək üçün zəng edəndə isə onu təhqir etməyə başladığını, neçə ustaya apardıqlarını, faktiki olaraq razılaşma əldə etdiklərini, getdikləri ustaların hamısının boya ilə bağlı eyni sözü dediyini, Dəmir, Yusif, Rəşad, Sərxan adlı ustalara apardığını, iddiaçının təmirə razı olmadığı üçün hələ də avtomobilinin təmir eilmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında hadisə baş verdiyi zaman özünün də maşında olduğunu, avtomobilin sahibinin özü olduğunu, lakin etibarnamə ilə qızının idarə etdiyini, sadəcə qəza olduğunu, ehtiyatsızlıqdan baş verdiyini, hadisə olanda iddiaçının üzündə gülüş olduğunu, qardaşının da orada olduğunu, iddiaçıdan üzündəki gülüşün səbəbini soruşanda sıfırdan maşını düzəltdirəcəyini dediyini, hadisədən 3- 4 gün keçdiyini, məsələ həll edilmədiyi üçün narahat olduğunu, hansı ustaya gedirlərsə iddiaçının etiraz etdiyini, iddiaçının taksilərə pul verdiyini qeyd etdiyini, ancaq öz maşını ilə də olsa, benzin üçün pul xərcləyəcəyini, real vurduqları zərərin hesablanmasını istədiklərini, zərəri qarşılamağa hazır olduqlarını bildirmişdir. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında hadisəni özünün törətdiyini, işıqforda dayandığını, bir anlıq diqqətsizlikdən hadisənin baş verdiyini, ehtiyyatsızlıqdan olduğunu, vurduğu zərərin əvəzini ödəmək istədiklərini, ustalara müraciət edildiyini, sonuncu ustada da ən yaxşısının məhkəmə əli ilə olmalı olduğunu iddiaçının qeyd etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində İlqarın qonşusu olduğunu, taksi fəaliyyəti ilə məşğul olduğu üçün İlqarı və ailəsini müəyyən yerlərə apardığını, səhər tezdən həyat yoldaşını Babək məhəlləsindən götürüb xəstəxanaya apardığını, uşaq xəstəxanasına apadığını, qızını kursa apardığını, Xətai məhəlləsinə də apardığını, 2 kursa getdiyini, ünvanları tam olaraq bilmədiyini, uşağı 10 nömrəli bağçaya apardığını, digər qızını sonra da Heydər Əliyev adına məktəbə apardığını, ümumi nə qədər pul verdiyini bilmədiyini, İlqarın özünü, həyat yoldaşını işə, uşaqlarını bağçaya, məktəbə, sonra Püsyan kəndinə apardığını, tarixlərin yadında olmadığını, hər gün apardığını, aralarında xidmət müqaviləsi olmadığını, gediş haqqının 3 manat olduğunu, qonşusu olduğu üçün 2 manat 50 qəpik aldığını, hələ də ona pul borclu olduğunu, səhər tezdən həyat yoldaşını Babək məhəlləsindən götürüb xəstəxanaya apardığını, uşaq xəstəxanasına apardığını, qızını kursa apardığını, Xətai məhəlləsinə də apardığını, 2 kursa getdiyini, ünvanlarının tam olaraq bilmədiyini, uşağın birini 10 nömrəli bağçaya apardığını, digərini də Heydər Əliyev adına tam orta məktəbə apardığını, ümumi nə qədər pul verdiyini bilmədiyini, iddiaçının maşını olmadığını üçün taksidən istifadə etdiyini, əvvəllər istifadə etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində Pənahov Pənaha avtomobil düzəltdiyini, 1 il olar ki düzəltdiyini, KİA SPORTAGE avtomobilini təmir etdiyini, AZSAMAND avtomobilini gətirdiyini, avtomobilə baxdığını, ancaq vaxtı olmadığını, halhazırda təmir edə bilməyəcəyini bildirdiyini, dəymiş zərərin nə qədər olduğunu bilmədiyini, hər ikisinin də gəldiyini, 1 ilə yaxın müddət olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində Pənah Pənahovun ona zəng edib qəza olduğunu dediyini, gedib avtomobilə baxdığını, qiymət danışdıqlarını, vaxtı tam müəyyən edə bilmədiklərini, sonra aralarında nəsə problem olduğunu, “nə vaxt həll etsəniz o vaxt gələrsiniz” dediyini, təxminən 1 il olduğunu, 400-450 manata razılaşdıqlarını, daha sonra gəlmədiklərini, avtomobilin qapısının əzildiyini, sağ arxa və qabaq qapılarının əzildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində avtomobili gətirib baxdığını, qiymət dediyini, özünün dəmir işini görəcəyini, boya işini də başqa ustanın görəcəyini, iki şəxsin birlikdə gətirdiyini, AZSAMAND avtomobilini gətirdiklərini, boya işini Sərxan ustanın görəcəyini, onun da yanlarında olduğunu, avtomobili aparıb “sabah gələcəyik” dediklərini, sonra gəlmədiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində avtomobil təmiri üçün yanına getdiklərini, özünün də hal-hazırda vaxtı olmadığını, bir az gec müddətə təmir edəcəyini bildirdiyini, sonra “başqa ustanın yanına da gedək” dediklərini, sonra da xəbər çıxmadığını, iki şəxsin birlikdə gətirdiyini, AZSAMAND avtomobilini gətirdiklərini, təxminən 1 il olduğunu, iddiaçının tez təmir olmasını istədiyini, qarşı tərəfin də başqa ustaya getməyi təklif etdiyini bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 25 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törədilmişdir. İş materiallarına əlavə edilmiş 25 avqust 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş və onun barəsində 80 (səksən) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Rzayev X6 Şəhər Polis İdarəsinə 25 avqust 2023-cü il tarixdə verdiyi izahatında 25 avqust 2023-cü il tarixdə saat 15:00 radələrində “AZSAMAND MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilini ondan sol tərəfdə Atatürk küçəsi ilə hərəkət edən “KİA SPORTAGE” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun dayan işarəsinə tabe olmayaraq sol tərəfdən vuraraq qəza törətdiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X24 QİTBŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “AZSAMAND MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil Naxçıvan şəhəri, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Abbasova X4 Şəhər Polis İdarəsinə 25 avqust 2023-cü il tarixdə verdiyi izahatında Naxçıvan şəhər Atatürk küçəsində idarə etdiyi “KİA SPORTAGE” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun qadağan edici işarəsində hərəkəti davam etdirdiyi üçün “AZSAMAND MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törətdiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X24 QİTBŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA SPORTAGE” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2017-ci il tarixdə 7 il 3 ay 2 gün müddətində verilmiş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında 289421 nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 “KİA SPORTAGE” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnu Cavabdeh1 etibar etmişdir. İş materiallarına əlavə edilmiş 14 noyabr 2023-cü il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, sol qabaq qapı 290 manat, sol arxa qapı 280 manat, sol qabaq şüşə 55 manat, petlələr 60+40 manat, 2 ədəd şüşə qaldıran mator 110 manat, iç-çöl zamoklar 70 manat, ön patpres 135 manat olmaqla, ümumilikdə 1040 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş X14 tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli, 029124 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, 2 ədəd stoyka podnoşka, 2 ədəd krlo, 2 ədəd qapı və 1 ədəd patpres, ümumilikdə 1306 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli nömrəli qəbzdən görünür ki, 1 ədəd ön sol qapı və ön sol qapı kantı eşik 335 manat, 1 ədəd arxa sol qapı 324 manat, 1 ədəd arxa sol qapı zamoku 18 manat, 1 ədəd arxa sol qapı kantı eşik 30 manat, 1 ədəd arxa sol qapı petləsi 21.60 manat, 1 ədəd ön sol qapı şüşəsi 54 manat və 1 ədəd dəmirçi malyar işi 1450 manat olmaqla, ümumilikdə 2233 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki, iddiaçının zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbinin Cavabdeh2 qarşı olan hissəsinə münasibətdə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmçinin həmin Məcəllənin 1108.1-ci maddəsində qeyd edilir ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 289421 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, Cavabdeh2 “KİA SPORTAGE” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnu Cavabdeh1 etibar etmişdir. Göründüyü kimi Cavabdeh1 Cavabdeh2 mülkiyyətində olan “KİA SPORTAGE” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərək qəza törətdiyindən iddiaçıya vurulmuş zərərin əvəzini ödənilməsi tələbinə cavab verməli olan şəxs Cavabdeh2 deyildir, digər Cavabdeh1dır. Çünki Cavabdeh1 nəqliyyat vasitəsini hüquqazidd şəkildə əldə etməmişdir. Buna görə də məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi vurulmuş maddi ziyanın Cavabdeh2 alınmasına dair hissədə iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığına görə rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, Cavabdeh1 qeyd olunan əməli törətməsi, törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “AZSAMAND MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulması, həmin ziyanın ödənilməməsi cavabdehin və cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatı və iş materialları ilə təsdiq olunur. Sözügedən “AZSAMAND” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyanın məbləğinin aydınlaşdırılması xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 25 aprel 2024-cü il tarixli qərardadla məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli, 856 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan fiziki şəxs X14 tərəfindən xx.xx.2023-cü il tarixli, 029124 seriyalı mədaxil qəbzində və Bin Avto tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaimə-fakturada qeyd olunan cədvəllərdən göründüyü kimi 2007-ci il buraxılışlı “Azsamand minik” markalı, sedan tipli, qızılı metallik rəngli, mühərriki 1761 sm3 olan **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 2110.00 (iki min yüz on manat sıfır qəpik) manat müəyyən edilir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq belə hesab edir ki, İddiaçı mülkiyyətində olan “AZSAMAND MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh1 tərəfindən vurulmuş və tələb etdiyi 2390 (iki min üç yüz doxsan) manat maddi ziyanın ödənilməsinə dair tələbi ekspert rəyində göstərilən məbləğdə, yəni 2110.00 (iki min yüz on manat sıfır qəpik) manat miqdarında təmin edilməli, iddia tələbi Cavabdeh1 münasibətdə qalan hissədə isə rədd edilməlidir. İddiaçının Cavabdeh1 təqsiri üzündən taksi xidmətindən istifadə etdiyinə görə xərclədiyi 7680 (yeddi min altı yüz səksən) manat pulun, eləcə də, avtomobilin əmtəə dəyərinin aşağı düşməsi nəticəsində yaranmış 1000 (bir min) manat fərqin, 150 (bir yüz əlli) manat akumlyatorun dəyərinin və 50 (əlli) manat maqnitofonun dəyərinin, yaranacaq fəsadları aradan qaldırmaq üçün 500 (beş yüz) manat pulun, cəmi 9380 (doqquz min üç yüz səksən) manat məbləğində pul vəsaitinin ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin qanunazidd hərəkəti nəticəsində taksi xidmətindən istifadə etdiyinə görə 7680 (yeddi min altı yüz səksən) manat pul xərcləməsini, avtomobilin əmtəə dəyərinin aşağı düşməsi nəticəsində 1000 (bir min) manat fərq yaranmasını, akumlyatorun sıradan çıxmasına görə 150 (bir yüz əlli) manat və maqnitofonun oğurlanmasına görə 50 (əlli) manat ziyan vurulmasını, yaranacaq fəsadları aradan qaldırmaq üçün 500 (beş yüz) manat pul lazım olacağını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən halların cavabdehin təqsiri nəticəsində yaranmasını sübuta yetirə bilməmişdir. Aparılan məhkəmə araşdırması zamanı cavabdeh tərəfin vurduğu zərərin əvəzini ödəmək məqsədilə cəhd etməsi avtomobili təmir etdirmək istəməsi lakin ustalarla bağlı razılığa gəlinməməsi aşkarlanmışdır. Bununla da aparılan araşdırma zamanı iddiaçının tələb etdiyi hazırki iddia tələbləri cavabdehin vurduğu zərərin və təqsirli hərəkətin nəticəsində yaranmasını təsdiq edən hər hansı bir hal aşkarlanmamışdır. İddiaçı da bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iddiaçının diqqətinə çatdırır ki, yaranacaq fəsadları aradan qaldırmaq üçün 500 (beş yüz) manat pul lazım olacağını qeyd edərək 500 manat pul tələb olunsa da qanunvericiliyin tələbinə əsasən gələcəkdə yaranacaq tələbi yox yaranmış tələbi iddiaçının tələb etmək hüququ vardır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfin vəsatəti əsasında məhkəmədə dindirilmiş şahidin ifadəsi iddiaçının taksidən istifadə etməsini, ona nə qədər pul ödəməsini sübuta yetirə bilməmişdir. Qeyd edilən şahid taksi xidməti göstərməsinin nəticəsində iddiaçıdan gündəlik nə qədər pul aldığını, iddiaçının qızını hansı ünvana apardığını qeyd edə bilməmiş, bununla da ziddiyyətli ifadə vermişdir. Ona görə də məhkəmə hesab edir ki, onun ifadəsi sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Yekunda məhkəmə qeyd edir ki, 2110.00 (iki min yüz on) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 125.31 (bir yüz iyimi beş manat otuz bir qəpik) manat dövlət rüsumunun 22.46 (iyirmi iki manat qırx altı qəpik) manat hissəsi Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsinə münasibətdə təyin olunduğundan və bu hal öz təsdiqini tapdığından ekspertizanın aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh1 tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -2110 (iki min yüz on) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməli; -iddia tələbi Cavabdeh2 münasibətdə rədd olunmalı; -iddia tələbi Cavabdeh1 münasibətdə qalan hissədə rədd olunmalı; -iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 125.31 (bir yüz iyimi beş manat otuz bir qəpik) manat dövlət rüsumunun 22.46 (iyirmi iki manat qırx altı qəpik) manat hissəsi Cavabdeh1 alınaraq İddiaçı ödənilməli; -məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh1 tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 2110 (iki min yüz on) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh2 münasibətdə rədd edilsin. İddia tələbi Cavabdeh1 münasibətdə qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 125.31 (bir yüz iyimi beş manat otuz bir qəpik) manat dövlət rüsumunun 22.46 (iyirmi iki manat qırx altı qəpik) manat hissəsi Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh1 tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-170/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-170/2024
24.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver