Məhkəmə qərarları › İş №2(078)-179/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-179/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-179/2022 14.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Əkbərova Təbrı̇ zə Yusı̇ f qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Əkbərova Təbrı̇ zə Yusı̇ f qızının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1880 (bir min səkkiz yüz səksən) manat borcun və ödənilmiş 110.80 (bir yüz on manat səksən qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 01 mart 2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ilkin iddia ərizəsində dəyəri 480 manat dəyərində LG markalı televizor göstərildiyini, halbuki iddiaçının cavabdehə 480 manat pulu nağd şəkildə verdiyini, buna görə də iddia tələbini dəqiqləşdirilməsi zərurətinin yarandığını bildirmiş və ərizənin dəqiqləşdirilmiş çərçivədə işə baxılmasınl məhkəmədən xahiş etmiş və məhkəmənin 01 mart 2022-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı Əkbərova Təbrı̇ zə Yusı̇ f qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi Nümayəndəsi olduğu Əkbərova Təbrı̇ zə Yusı̇ f qızının iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə iddiaçı Əkbərova Təbrı̇ zə Yusı̇ f qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Cavabdeh 2021-ci ilin sentyabr ayında Babək rayon Cəhri kəndində icarə işlətdiyi mağazaya gələrək 2 ədəd 2x3 ölçüdə hər birinin dəyəri 200 manat olan Türkiyə istehsalı xalça, 1 ədəd Samsung markalı dəyəri 1000 manat olan paltaryuyan maşını nisyə almış və borcunu 15 gün müddətinə borcunu qaytaracağını bildirmişdir. İddiaçının nümayəndəsi qeyd etmişdir ki, bunun üzərindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmamış, dəfələrlə Humaya borcunu geri qaytarmasını tələb etsə də, cavabdeh bu günədək aldığı borcu geri qaytarmamışdır. Belə ki, cavabdeh borcun qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə iddiaçıya ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırır. Buna görə də məsələnin həlli üçün məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirən iddiaçının nümayəndəsi Nümayəndə sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh iddianı etiraf edərək izahatında həqiqətən də Əkbərova Təbrı̇ zə Yusı̇ f qızına 1400 (bir min dörd yüz) manat məbləğində elektronik əşya götürdüyünü, 480 (dörd yüz səksən) manat pul götürdüyünü, ümumilikdə 1880 (bir min səkkiz yüz səksən) manat borcu olduğunu, bu borcu etiraf etdiyini, borcu qaytaracağını, maddi imkanı olmadığı üçün razılaşdıqları kimi borcunu tez ödəyə bilmədiyini, iddiaçıya borcunu ödəyəcəyini bildirib qanuni qərar qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırki halda iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən maddənin dispozitiv şərtinə görə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürülmüşdür. Belə ki, pulun verilməsinə münasibətdə sübutetmə yükü iddiaçının, verilmiş pulun qaytarılmasına münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. İddia tələbinə münasibət bildirən iş üzrə cavabdeh Cavabdeh qızı iddiaçıya 1880 (bir min səkkiz yüz səksən) manat borcu olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə Cavabdeh iş üzrə iddiaçı Əkbərova Təbrı̇ zə Yusı̇ f qızına 1880 (bir min səkkiz yüz səksən) manat borclu olduğunu etiraf etməsini cavabdeh tərəfindən borcun etirafı kimi qiymətləndirir və hesab edir ki, iş üzrə iddiaçı Əkbərova Təbrı̇ zə Yusı̇ f qızı iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 209.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə tərəflərdən məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşsa da, tərəflərin hər hansı başqa sübut növlərinin təmin olunmasına dair vəsatətləri olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 1880 (bir min səkkiz yüz səksən) məbləğində pul alınaraq iş üzrə iddiaçı Əkbərova Təbrı̇ zə Yusı̇ f qızına verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan Nümayəndə tərəfindən "xxxx" ASC Naxçıvan filialına 29.12.2021-ci il tarixdə 31463 nömrəli qəbzlə ödənilmiş 110.80 (bir yüz on manat səksən qəpik) manat dövlət rüsumunun 38.80 (otuz səkkiz manat səksən qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Əkbərova Təbrı̇ zə Yusı̇ f qızının Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh 1880 (bir min səkkiz yüz səksən) məbləğində pul alınaraq iş üzrə iddiaçı Əkbərova Təbrı̇ zə Yusı̇ f qızına verilsin. Nümayəndə tərəfindən "xxxx" ASC Naxçıvan filialına 29.12.2021-ci il tarixdə 31463 nömrəli qəbzlə ödənilmiş 110.80 (bir yüz on manat səksən qəpik) manat dövlət rüsumunun 38.80 (otuz səkkiz manat səksən qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar