Məhkəmə qərarları › İş №2(078)-183/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-183/2024

29.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-183/2024 29.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, 2021-ci ilin fevral ayında Cavabdeh öz şəxsi instaqram səhifəsində mətbəx mebellərinin şəklini paylaşmışdır. İddiaçı həmin mətbəx mebellərinin şəklini gördükdən sonra maraqlanmağa başlamış və Cavabdeh ilə əlaqə saxlayıb onunla danışmışdır. O ona mebellərin onlar tərəfindən yüksək səviyyədə, keyfiyyətli yığıldığını və həmin mebellərə qarantiya verdiyini bildirmişdir. Cavabdeh 13 fevral 2021-ci il tarixdə onlara gedərək mətbəx mebelinin ölçülərini götürmüş və onunla mətbəx mebelinin qiymətini 4500 (dörd min beş yüz) manata razılaşmışdır. Cavabdeh həmin mebelin yığılması üçün əvvəldən razılaşdıqları məbləğin 3000 (üç min) manatını beh olaraq istədiyini bildirmiş o da birkart vasitəsi ilə ödəmə edəyəcəyini bildirib həmin vaxt 3000 (üç min) manat pulu Cavabdeh ödəmişdir. O, isə mətbəx mebelini 08 mart 2021-ci il tarixədək hazır edib tam təhvil verəcəyini bildirməklə razılaşmışlar. Sonra o 08 mart 2021-ci il tarixədək müddətdə Cavabdeh ilə əlaqə saxlayıb mebelin yığılması ilə maraqlanıb vaxtında çatdırılmağını xahiş edirdi. Nəhayət 2021-ci ilin mart ayında o Cavabdeh işlətdiyi sexə getmiş və mebelin hazır olmadığını görmüşdür. Cavabdeh hər dəfə ona yalan vədlər verməklə aldatdığı və yayındığını anlayıb həmin ilin aprel ayında ona ilkin ödədiyi 3000 (üç min) manat pulun geri qaytarılmasını tələb etmişdir. O Cavabdeh sexinə gedəndə orada işləyən ustaların ona mebelin 2021-ci ilin iyun ayınadək hazır olacağını və hal-hazırda mebelin təhvil verilməsi üçün işlədiklərini bildirbilər. O isə bunun heç bir nəticə verməyəcəyini başa düşüb əvvəlcə Naxçıvan şəhər Polis İdarəsinə sonra isə Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin Kəngərli rayon Polis Şöbəsinin 20 mart 2023-cü il tarixli, 6/829 nömrəli məktubunda Cavabdeh barəsində digər şəxslərin şikayəti ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyi və məhkəməyə müraciət etmək hüquqlarının olduğu bildirilmişdir. O da məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş, 17 yanvar 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda 18 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, onun İddiaçı olan üç min manat borcunu hissə-hissə ödəməyinə şərait yaradılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfindən 17 yanvar 2024-cü il tarixdə məhkəməyə göndərilmiş teleqramı nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia ərizəsinə əlavə edilmiş qaimə fakturadan görünür ki, mətbəx mebeli və üstü daş dəzgahın hazırlanması üçün ümumi məbləğ olan 4300 (dörd min üç yüz) manatdan 3000 (üç min) manatı 13 fevral 2020-ci il tarixdə İddiaçı tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş 20 mart 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Kəngərli Rayon Polis şöbəsində araşdırılan HK-23/23 saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, həmin izahatı və cavabdeh tərəfindən məhkəməyə göndərilmiş teleqramı iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar və cavabdeh tərəfindən məhkəməyə göndərilən teleqramdır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, cavabdeh Nəsibov X2 şəhəri, M.Əzizbəyov küçəsi döngə 8, ev 2 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmiş, həmçinin həmin sənədlər onun elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin cavabdehə telefonoqram verilmiş və ona sms bildiriş göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. O məhkəməyə teleqram göndərərək borcunun olduğunu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh məhkəməyə göndərdiyi teleqramda onun İddiaçı olan üç min manat borcunun hissə-hissə ödəməsinə şərait yaradılmasını xahiş etdiyini qeyd etmişdir. Göründüyü kimi iddiaçının cavabdehə həqiqətən də 3000 (üç min) manat məbləğində pul verdiyini cavabdeh inkar etmir, həmin borcu qəbul edir. Məhkəmə cavabdehin iddiaçıya 3000 (üç min) manat məbləğində borcu olmasını bildirməsinə dair etirafını həqiqətən də iddia ərizəsində qeyd olunan məbləğdə pulun ona verilməsinin və iddiaçıya qaytarılmamasının yəni iddia tələbinin təsdiqi kimi qəbul edir və hesab edir ki, iddiaçı iddia tələbini sübut etmə yükündən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin məcəllənin 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin məcəllənin 776-cı maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasındakı razılaşmaya əsasən iddiaçı (sifarişçi) mətbəx mebeli və üstü daş dəzgahın hazırlanması üçün cavabdehə (podratçıya) 4500 (dörd min beş yüz) manat məbləğində pul verməyi öhdəsinə götürmüş, cavabdeh (podratçı) isə həmin pul məbləğinin qarşılığında mətbəx mebelini və üstü daş dəzgahı hazırlayaraq iddiaçıya (sifarişçiyə) verməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (sifarişçi) aralarındakı razılaşmaya əsasən qeyd olunan məbləğdə pulun bir hissəsini yəni 3000 (üç min) manatı cavabdehə (podratçıya) qabaqcadan vermiş, cavabdeh (podratçı) isə həmin məbləği alaraq onun qarşılığında mətbəx mebeli və üstü daş dəzgahı hazırlayaraq iddiaçıya verməyi öhdəsinə götürmüş, iddiaçı mətbəx mebeli və üstü daş dəzgah təhvil verildikdən sonra pulun qalan hissəsini ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməyərək razılaşmada göstərilən mətbəx mebelini və üstü daş dəzgahı iddiaçıya təhvil verməmişdir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərinin bir qismini icra edərək, müqavilə üzrə cavabdehə ödəməli olduğu məbləğin 3000 (üç min) manatını cavabdehə ödəmiş, cavabdeh isə tərəflər arasındakı razılaşma üzrə müəyyən olunmuş şərtlər daxilində əşyanın dəyərinin bir hissəsinin qabaqcadan ödənilməsinə, həmin məbləğin qarşılığında əşyanı iddiaçıya verməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin əşyanı hazırlayıb iddiaçıya verməkdən yayınmışdır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının cavabdehlə aralarında olan podrat müqaviləsindən irəli gələn öhdəliyinin bir hissəsini yerinə yetirməsi yəni 3000 (üç min) manat məbləğində pulu cavabdehə ödəməsi mülki iş üzrə cavabdehin məhkəməyə göndərdiyi teleqram və qaimə faktura ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasındakı podrat müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və məhkəməyə 17 yanvar 2024-cü il tarixdə göndərdiyi teleqramda borcunu qəbul etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyin bir hissəsini yerinə yetirsə də cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş iddiaçıya verməli olduğu mebelləri ona təhvil verməmiş, onun verdiyi pulu da iddiaçıya qaytarmamışdır. Bu halda cavabdeh aradan qalxmış əsasla iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş olsa da, işin məhkəmədə araşdırılmış halları ilə müəyyən edilmişdir ki, hazırda həmin əsas aradan qalxmışdır. Cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə iddiaçının ona verdiyi pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddia tələbində göstərilən pul məbləğinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 3000 (üç min) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -3000 (üç min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 3000 (üç min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar