Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-186/2022 17.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 26 avqust 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********04227 olan Huawei Y9 Prime markalı telefon və Huawei markalı qulaqlıq üçün 947 (doqquz yüz qırx yeddi) manat ödənilməmiş hissənin, 94 (doxsan dörd) manat cərimənin, 24 aprel 2020ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı televizor, İMEİ kodu **********36154 olan Xiaomi Redmi 8A markalı telefon, Philips markalı üzqırxan, QCY markalı qulaqlıq, LG markalı musiqi mərkəzi üçün 1163 (min yüz altmış üç) manat ödənilməmiş hissənin, 116 (yüz on altı) manat cərimənin, ümumilikdə 2320 (iki min üç yüz iyirmi) manat borcun və 43.2 (qırx üç manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə 26 avqust 2020-ci il və 24 aprel 2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodları **********04227 olan Huawei Y9 Prime, **********36154 olan Xiaomi Redmi 8A markalı telefonlar, Huawei və QCY markalı 2 ədəd qulaqlıq, Hoffmann markalı televizor, Philips markalı üzqırxan və LG markalı musiqi mərkəzi aldığını və nəticədə 2320 (iki min üç yüz iyirmi) manat borcun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 26 avqust 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 997 (doqquz yüz doxsan yeddi) manat (12 ay x 49 manat + 79 manat ilkin ödəniş) İMEİ kodu **********04227 olan Huawei Y9 Prime markalı telefon və Huawei markalı qulaqlıq üçün ümumilikdə 1041 (min qırx bir) manat olmaqla, ondan 947 (doqquz yüz qırx yeddi) manat ödənilməmiş hissənin, güzəşt olunaraq 94 (doxsan dörd) manat cərimənin; 24 aprel 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1612 (min altı yüz on iki) manat (18 ay x 83.5 manat + 109 manat ilkin ödəniş) Hoffmann markalı televizor, İMEİ Kodu **********36154 olan Xiaomi Redmi 8A markalı telefon, Philips markalı üzqırxan, QCY markalı qulaqlıq, LG markalı musiqi mərkəzi üçün ümumilikdə 1279 (min iki yüz yetmiş doqquz) manat olmaqla, ondan 1163 (min yüz altmış üç) manat ödənilməmiş hissənin, güzəşt olunaraq 116 (yüz on altı) manat cərimə borcunun hesablandığını, cavabdehin cəmi ödədiyi məbləğin 499 manat təşkil etdiyini, bunları nəzərə alaraq, 26 avqust 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********04227 olan Huawei Y9 Prime markalı telefon və Huawei markalı qulaqlıq üçün 947 (doqquz yüz qırx yeddi) manat ödənilməmiş hissənin, 94 (doxsan dörd) manat cərimənin, 24 aprel 2020-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı televizor, İMEİ kodu **********36154 olan Xiaomi Redmi 8A markalı telefon, Philips markalı üzqırxan, QCY markalı qulaqlıq, LG markalı musiqi mərkəzi üçün 1163 (min yüz altmış üç) manat ödənilməmiş hissənin, 116 (yüz on altı) manat cərimənin, ümumilikdə 2320 (iki min üç yüz iyirmi) manat borcun və 43.2 (qırx üç manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 26 avqust 2020-ci il tarixli, 21113977 nömrəli və 24 aprel 2020-ci il tarixli, 20238151 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 22 dekabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 26 avqust 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 997 manat olan İMEİ kodu **********04227 olan Huawei Y9 Prime markalı telefon və Huawei markalı qulaqlıq üçün ilkin ödəniş 49 manat olmaqla, 12 ay müddətinə ayda 79 manat, 24 aprel 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 1612 manat olan Hoffmann markalı televizor, İMEİ kodu **********36154 olan Xiaomi Redmi 8A markalı telefon, Philips markalı üzqırxan, QCY markalı qulaqlıq və LG markalı musiqi mərkəzi üçün ilkin ödəniş 109 manat olmaqla, 18 ay müddətinə ayda 83.5 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 07 yanvar 2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 10 yanvar 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 26 avqust 2020-ci il tarixli müqavilə üzrə əsasən 947 (doqquz yüz qırx yeddi) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə və 24 aprel 2020-ci il tarixli müqavilə üzrə 1163 (min yüz altmış üç) manat ödənilməmiş hissə, 116 (yüz on altı) manat cərimə olmaqla, cəmi 2320 (iki min üç yüz iyirmi) manat borc və 43.20 (qırx üç manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 26 avqust 2020-ci il tarixli, 21113977 nömrəli və 24 aprel 2020-ci il tarixli, 20238151 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 22 dekabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 26 avqust 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 997 manat olan İMEİ kodu **********04227 olan Huawei Y9 Prime markalı telefon və Huawei markalı qulaqlıq üçün ilkin ödəniş 49 manat olmaqla, 12 ay müddətinə ayda 79 manat, 24 aprel 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 1612 manat olan Hoffmann markalı televizor, İMEİ kodu **********36154 olan Xiaomi Redmi 8A markalı telefon, Philips markalı üzqırxan, QCY markalı qulaqlıq və LG markalı musiqi mərkəzi üçün ilkin ödəniş 109 manat olmaqla, 18 ay müddətinə ayda 83.5 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilələrdən irəli gələn öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 26 avqust 2020-ci il tarixli müqavilə üzrə əsasən 947 (doqquz yüz qırx yeddi) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə və 24 aprel 2020-ci il tarixli müqavilə üzrə 1163 (min yüz altmış üç) manat ödənilməmiş hissə, 116 (yüz on altı) manat cərimə olmaqla, cəmi 2320 (iki min üç yüz iyirmi) manat borc və 43.20 (qırx üç manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-186/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-186/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver