Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-188/2021 15.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2160 (iki min bir yüz altmış) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2019-cu il tarixli 367-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-ci il tarixində öz ərizəsi əsasında 564-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixində Oba-Köhnə Günəşli 7 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 2160 (iki min bir yüz altmış) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, qalıq borc 2160 (iki min bir yüz altmış) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata verilməmişdir. İddiaçı təşkilat sonda qanunvericilin müvafiq normalarına istinad edərək qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat İddiaçı MMC-nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclaslarına gəlməmiş, lakin təşkilatın nümayəndəsi N.Xəlilov məhkəmənin ünvanına xx.xx.2021-ci il tarixdə teleqram göndərmiş, teleqramda pandemiya ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh iddianı qəbul edərək məhkəməyə verdiyi izahatında həqiqətən onunla iddiaçı təşkilat arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlandığını, əmək müqaviləsinə əsasən ona 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunduğunu və “X3” haqqında müqavilə imzaladığını, xx.xx.2019-cu il tarixli 367-K saylı əmrlə administrator vəzifəsinə keçirildiyini, xx.xx.2019-ci il tarixdə isə öz ərizəsi əsasında 564-K saylı əmrlə vəzifəsindən azad edildiyini bildirmiş və qeyd etmişdir ki, o, pandemiya ilə əlaqədar işlər azaldıqdan sonra Naxçıvana gəlmişdir. Hazırda işləmir, zərərin əvəzinin ödənilməsindən boyun qaçırmır. Lakin hər ay hissələrə bölünərsə zərərin əvəzini işlədikcə ödəyəcəkdir. İşlədiyi vaxtda işini tam bilmədiyinə Cəmiyyətə zərər vurması barədə məlumatı olmamışdır. Cavabdeh borc öhdəliyini inkar etmədiyini, borcu ödəməyə razı olduğunu bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçı təşkilatın teleqramını və iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş X5 MMC-nin xx.xx.2019-cu il tarixli 312-K saylı əmrdən çıxarışdan aydın olur ki, həmin tarixdə Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 4 Şöbəsinə xx.xx.2019-cu il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Əsas: Tərəflər arasında bağlanmış əmək müqaviləsi. xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən məlum olur ki, qeyd olunan tarixdə X5 MMC-nin idarə heyətinin sədri X2 ilə işçi Cavabdeh əmək müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. X5 MMC-nin xx.xx.2019-cu il tarixli 367-K saylı əmrdən çıxarışdan aydın olur ki, həmin tarixdə Cavabdeh Cəmiyyətin Satış Departamentinin Administrator vəzifəsinə keçirilmişdir. Əsas: Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavə və işçinin razılıq ərizəsi. xx.xx.2019-cu il tarixdə tərəflər arasında əmək müqaviləsinə əlavə olaraq Tam məsuliyyət haqqında müqavilə imzalanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. X5 MMC-nin xx.xx.2019-cu il tarixli 564-K saylı əmrdən çıxarışdan aydın olur ki, həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Cavabdeh ərizəsi. Cavabdeh vurduğu zərərin ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə DN-4534 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən zərər ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətinə əsasən Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə Cavabdeh iddianı qəbul etməsi ilə bağlı izahatını və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyyatlar) vurulmuş ziyanın ödənilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 2160 (iki min bir yüz altmış) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına xx.xx.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 238, 241, 242-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh 2160 (iki min bir yüz altmış) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına xx.xx.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamə onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-188/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-188/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver