Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-2/2023 03.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi haqqında) Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı pulun qaytarılması, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X2 qarşı pulun qaytarılması, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki iş üzrə cavabdeh X1 əməllərində Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin əlamətləri olduğundan, bununla bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin təhqiqatçısı polis kapitanı İlqar Səfərov tərəfindən 29 avqust 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarının mübahisələndirilməsi üçün iddiaçıya şərait yaradılmış, cavabdeh X1 əməllərinə hüquqi qiymət verilməsi üçün araşdırılma aparılması və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarılmaqla bu barədə Yasamal Rayon prokuroruna xəbər verilməsi barədə qərardad qəbul etmiş və 02 mart 2020-ci il tarixdə iş üzrə icraat dayandırılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli müşayət məktubu ilə məhkəmənin elektron ünvanına 1(101)-63/2023 nömrəli hökmü göndərilmiş və buna görə də məhkəmənin 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnərək məhkəmə baxışı 03 oktyabr 2023-cü il tarixdə saat 11:00-a təyin edilmişdir. Məhkəmə iş materiallarını daxil olmuş hökmlə əlaqəli şəkildə nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki işin icraatına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-63/2023 nömrəli 21 iyun 2023-cü il tarixli hökmü ilə zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı təqsirləndirilən şəxs (mülki cavabdeh) Cavabdeh qarşı qaldırdığı mülki iddia qismən təmin edilərək, Cavabdeh vurulmuş maddi ziyana görə 215.000 (iki yüz on beş min) manat və dövlət rüsumu kimi ödəniləmiş 30 (otuz) manat, ümumilikdə 215.030 (iki yüz on beş min otuz) manat pul vəsaiti tutularaq zərərçəkmiş şəxs-mülki İddiaçı ödənilməsinə hökm edilmiş və sözügedən hökm qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, hazırki tələbə məhkəmə qaydasında baxıla bilməz. Ona görə ki, mövcud hökmlə artıq iddianın hüquqi taleyi həll edilmişdir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına xx.xx.2019-cu il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı cavabdeh X2 qarşı pulun qaytarılması, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına xx.xx.2019-cu il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-2/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-2/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver