Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-20/2025 06.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən ona məxsus **********66-103840 reyestr nömrəli daşınmaz əmlaka törədilən maneələrin aradan qaldırılması, Cavabdeh tərəfindən aparılmış tikinti-quraşdırma zamanı ona məxsus torpaq sahəsinə keçən çıxıntı və qaz borusunun sökülməsi və çəkilmiş xərc olaraq - hüquqi yardım üçün ödənilmiş 280 (iki yüz səksən) manat, dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, hazırda qeydiyyatda olub yaşadığı ev onun ata mülküdür. Atası vəfat etdikdən sonra qeyd etdiyi əmlak vərəsəlik qaydasında həll edilərək onun mülkiyyətinə keçmişdir. Belə ki, mərhum atasından qalmış əmlak vərəsələri arasında bölünmüş və o öz payına çatan hissədə mülkiyyət hüququ əldə etməklə daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarış almışdır. Cavabdeh yaşadığı ünvan da vaxtı ilə mərhum atasının mirasına daxil olan torpaq sahəsi üzərində yerləşir ki, həmin torpaq sahəsi də mirasın bölünməsi zamanı digər qardaşının mülkiyyətinə verilməklə Həbib adlı bir şəxsə satılmış, daha sonra isə Cavabdeh mülkiyyətinə verilmişdir. Artıq beş ildən çoxdur ki, cavabdeh onların qonşuluğundadır, lakin aralarında yaxın qonşuluq münasibəti yoxdur. Çünki cavabdeh bu münasibətin olmasında maraqlı deyil və qonşuluq qaydalarına riayət etmir. Belə ki, dörd il bundan öncə ailəliklə Bakı şəhərində olduqları vaxt cavabdeh yaşadığı evdə təmir işləri apararaq quraşdırdığı istilik sisteminin qaz borusunu tikilmiş sərhəd divarını deşməklə ona məxsus həyətə çıxardığından aralarındakı münasibət pozulmuşdur. Hansı ki, aralarındakı sərhəd xəttinin 12.21 metrlik hissəsində onun tərəfindən çardaq inşa edilmiş və həmin çardaq hissə nəvələri üçün oyun yeri, həmçinin ailənin yay aylarında istirahət yeri kimi istifadə edilir. Lakin cavabdehin icazəsiz və qanunazidd davranışı onları qeyd etdiklərindən məhrum edir. Çünki cavabdehə məxsus istilik sistemindən ixrac edilən çirkli qazlar (buxar) səbəbindən qurduqları çardaqdan istifadə edə bilmirlər. Qış aylarında isə həmin borudan ixrac edilən çirkli qazlar (buxar) çardağın damından yerə maye şəkildə damladığından yerin buz bağlamasına səbəb olur ki, bu hal isə onun və ailə üzvlərinin gediş-gəlişinə maneə törədir. Bundan başqa qeyd etdiyi maye damcıları eyni zamanda çardağın altında quraşdırılmış mebelləri də sıradan çıxarmaqla ona maddi ziyan da vurulmaqdadır. Bununla yanaşı cavabdeh aralarındakı sərhəd xəttini keçməklə onun mülkiyyət hüququnu pozmaqdadır. Belə ki, qeyd etdiyi kimi cavabdehin boru çıxardığı sərhəd divarı ona məxsusdur. Həmin hissədə çardaq quraşdırsa da, çardağın alt hissəsi cavabdehə məxsus evin pəncərəsindən görünməkdədir. Bu səbəbdən də aralarındakı divarı çardağa qədər ucaltmaq istəsə də bu mümkün olmamışdır. Çünki cavabdeh yaşadığı evlə sərhəd divar arasındakı 1,5-2 metrlik məsafədə quraşdırdığı çardaq onun tikdirdiyi sərhəd divarının üzərinə oturmaqla 10-15 sm uzunluğunda onun həyətinə keçmişdir. Bundan savayı cavabdeh tərəfindən eyni qaydada aralarındakı 35.63 metrlik sərhəd divarında quraşdırılmış çardağın çıxıntıları 60-80 sm onun həyətinə keçmişdir ki, bu zaman cavabdehə məxsus evin damına yağan yağış və qar suyu onun həyətinə tökülməklə əmlakına zərər törətməkdədir. Yol verilmiş pozuntuların aradan qaldırılması məqsədilə cavabdehə dəfələrlə bildirilməsinə, onun mülkiyyətinə törədilən maneələrin aradan qaldırılması ilə bağlı xəbərdarlıqların edilməsinə baxmayaraq, bunların nəticəsi olmadığından pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəmədə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia ərizəsində göstərilən hallar məhkəmə tərəfindən nəzərə alınaraq cavabdeh tərəfindən əmlakına törədilən maneələr aradan qaldırılmaqla ədalətli qərar qəbul ediləcəkdir. 06 may 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlərr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçının, iddiaçının vəkilinin və cavabdehin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 06 may 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, aralarında razılıq əldə etdiklərini, bu səbəbdən iş üzrə iddiasından imtina etdiyini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialına 03 mart 2024-cü il tarixli, 12156 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, tikintitexniki ekspertizası iddiaçının vəsatəti əsasında təyin edildiyindən tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manat İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialına 03 mart 2024-cü il tarixli, 12156 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manat İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-20/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-20/2025
06.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver