Məhkəmə qərarları › İş №2(078)-201/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-201/2020

11.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-201/2020 11.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək

1. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 14067.31 ABŞ dolları faiz borcu borcu olmaqla ümumilikdə cəmi 14067.31 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi;

2. Tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 3 otaqlı, 145.94 kv.m ümumi, 84.34 kv.m yaşayış, 61.6 kv.rn yardımçı sahədən ibarət 9 nömrəli evin 98 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 3 otaqlı, 145.94 kv.m ümumi, 84.34 kv.m yaşayış, 61.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 98 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi;

3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi;

4. Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 3 otaqlı, 145.94 kv.m ümumi, 84.34 kv.m yaşayış, 61.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 98 nömrəli mənzili yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 3 otaqlı, 145.94 kv.m ümumi, 84.34 kv.m yaşayış, 61.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 98 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” İKB ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və müqavilənin şərtinə əsasən ona 36 ay müddətinə, illik 25 % ödəmək şərtilə 40000 ABŞ dolları məbləğində kredit verilmiş, borcun təminatı olaraq Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 3 otaqlı, 145.94 kv.m ümumi, 84.34 kv.m yaşayış, 61.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 98 nömrəli mənzili xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilərək dövlət reyestrində qeydə alınmışdır. Ərizədə qeyd edilmişdir ki, bağlanmış kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36%-lə cərimə hesablanıb borcludan tələb edilir. Cavabdehin xx.xx.2019-cu il tarixə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə Banka 14067.31 ABŞ dolları faiz borcu borcu olmaqla ümumilikdə cəmi 14067.31 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı təşkilat sonda qanunvericilin müvafiq normalarına istinad edərək qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi İ.Hacıyev məhkəmənin ünvanına sonuncu dəfə xx.xx.2020-ci il tarixdə teleqram göndərərək iddianı müdafiə etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, xx.xx.2020-ci il tarixdə saat 16:20-yə təyin olunmuş məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki işin materiallarına əlavə olunmuş xx xxxxxx 2015-ci il tarixli, 4-G1-1-0-491-15 nömrəli kredit müqaviləsindən görünür ki, həqiqətən “xxxx” İKB ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 1-ci bəndinə əsasən Bank Borcalana 36 ay müddətinə, illik 25 % ödəmək şərtilə 40000 ABŞ dolları məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli, 4-G1-1-0-491-15 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə “xxxx” İKB ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında qeyd olunan ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə əsasən İpoteka qoyan Bank tərəfindən xx xxxxxx 2015-ci il tarixli, 4-G1-1-0-491-15 nömrəli Kredit müqaviləsi ilə Cavabdeh verilmiş 40000 ABŞ dolları məbləğində kreditin və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı olaraq Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 3 otaqlı, 145.94 kv.m ümumi, 84.34 kv.m yaşayış, 61.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 98 nömrəli mənzili İpotekaya qoyur. Həmin Müqavilənin 2-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 200000 (iki yüz min) manat məbləğində müəyyən edilmişdir. İddiaçı təşkilatın sübut kimi təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 3 otaqlı, 145.94 kv.m ümumi, 84.34 kv.m yaşayış, 61.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 98 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1975 nömrəli reyestr kitabının 182475 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 3 otaqlı, 145.94 kv.m ümumi, 84.34 kv.m yaşayış, 61.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 98 nömrəli mənzili xx.xx.2018-ci il tarixədək ipoteka müqaviləsi ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində 1975 nömrəli reyestr kitabının 182475 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh həmin tarixə Banka xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 14067.31 ABŞ dolları faiz borcu borcu olmaqla ümumilikdə cəmi 14067.31 ABŞ dolları borcu mövcuddur. Cavabdeh Banka olan borcun ödənilməsi ilə bağlı xx xxxxx 2019-cu il tarixdə PAİOHTD-2158 nömrəli bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışın surətinə əsasən Seyidova X1 şəhəri, 20 Yanvar, ev 15A ünvanında qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin ikinci bəndinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-cı maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, girov saxlayan (kreditor) tələblərinin ödənilməsi üçün girov qoyulmuş əşyaya tutma yönəldə bilər. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, təminat vasitəsi ipoteka olan əsas öhdəlik borclu tərəfindən icra olunmadıqda və ya lazımınca icra olunmadıqda, ipoteka saxlayan, daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinin tələblərinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, həmçinin ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi müəyyən olunmuşdur. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipotekanın ilkin satış qiymətini göstərməlidir. Yuxarıda da qeyd olunduğu kimi, ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən İpoteka predmetinin dəyəri İpoteka qoyanın və İpoteka saxlayanın razılığına əsasən 200000 (iki yüz min) manat məbləğində müəyyən edilmişdir. Həmin məcəllənin 269.1-ci maddəsinin tələbinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” xx.xx.2005-ci il tarixi Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilən anlayışa görə ipoteka öhdəliyin icrasınn təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. İpoteka saxlayan ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir. İpoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, öhdəlik münasibətləri tərəflərini intzamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə Mülki Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənəşdirilmişdir. MM-nin 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. MM-nin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranma əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir. Mülki qanunvericiliyə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. (MM-nin 317.1-ci maddəsi). “İpoteka haqqında” Qanununun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələrini müəyyən edən MM-nin 319.1-ci maddəsində də ipoteka qoyanın borclunun öhdəliyini icra etmək vəzifəsi nəzərdə tutulmamış və belə müəyyən edilmişdir ki, əgər borcu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(078)-201/2020 nömrəli qərardadı ilə iş üzrə qiymətləndirilmə ekspertizası təyin edilərək, ekspertizanın aparılması “xxxx” MMC-nə tapşırılmış, Cəmiyyətin xx xxxxxxxx 2020-ci il tarixli, 88 nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 3 otaqlı, 145.94 kv.m ümumi, 84.34 kv.m yaşayış, 61.6 kv.rn yardımçı sahədən ibarət mənzilin hazırkı bazar qiyməti təqribən 211613 (iki yüz on bir min altı yüz on üç) manat təşkil edir. Göstərilən ünvanda yerləşən evlərin əmlak bazarında mövcud olan tələb və təklifdən, həmin sahənin istifadə imkanlarından və digər amillərdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə yüksəlmə və yaxud azalma olması istisna edilmir. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Qanunun 59.3-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəyə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2-ci maddəyə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun 59.4-cü maddəsinə əsasən 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İş materiallarından aydın olur ki, Cavabdeh tutma mənzilə yönəldiyi halda mənzili tərk edəcəyinə dair öhdəlik götürmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 nömrəli qərarının 10-cu bəndində tövsiyə olunmuşdur ki, ”Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir”. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə belə hesab edir ki, Cavabdeh ümumilikdə iddiaçı təşkilatın xeyrinə tutulacaq 14067.31 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanaraq ödənilməlidir. Beləliklə məhkəmə işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı,

1. Cavabdeh xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 14067.31 ABŞ dolları faiz borcu borcu olmaqla ümumilikdə cəmi 14067.31 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli;

2. Cavabdeh ümumilikdə iddiaçı təşkilatın xeyrinə tutulacaq 14067.31 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanaraq ödənilməli;

3. Borc ödənilmədiyi halda tutma Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 3 otaqlı, 145.94 kv.m ümumi, 84.34 kv.m yaşayış, 61.6 kv.rn yardımçı sahədən ibarət 9 nömrəli evin 98 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və borcun Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 3 otaqlı, 145.94 kv.m ümumi, 84.34 kv.m yaşayış, 61.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 98 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməli;

4. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməli;

5. Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 3 otaqlı, 145.94 kv.m ümumi, 84.34 kv.m yaşayış, 61.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 98 nömrəli mənzili yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 3 otaqlı, 145.94 kv.m ümumi, 84.34 kv.m yaşayış, 61.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 98 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməli, Cavabdeh həmin mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalı və Banka təhvil verilməli;

6. İpoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 200000 (iki yüz min) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, “xxxx” İKB ASC tərəfindən “Kapital Bank” Yasamal filialına xx.xx.2019-cu il tarixli, TT**********44630 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, qiymətləndirmə ekspertizasının aparılması üçün yerinə yetirilmiş işlərə görə xidmət haqqı olan 300 (üç yüz) manat pul Cavabdeh tutularaq “xxxx” MMC-nə ödənilməlidir (Ünvan: Sumqayıt şəhəri, Corat ŞTQ, ev 581V VÖEN: **********; Bank: “AccessBank” Həzi Aslanov filialı; İban (H/H) AZ88ACAB********************; Kod: 511038; Müxbir hüsab AZ10NABZ******************** (AZN); VÖEN (Bank): **********; SWİFT: ACABAZ22). Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi təmin olunsun.

1. Cavabdeh xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 14067.31 ABŞ dolları faiz borcu borcu olmaqla ümumilikdə cəmi 14067.31 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin.

2. Cavabdeh ümumilikdə iddiaçı təşkilatın xeyrinə tutulacaq 14067.31 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanaraq ödənilsin.

3. Borc ödənilmədiyi halda tutma Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 3 otaqlı, 145.94 kv.m ümumi, 84.34 kv.m yaşayış, 61.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 98 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və borcun Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 3 otaqlı, 145.94 kv.m ümumi, 84.34 kv.m yaşayış, 61.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 98 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilsin.

4. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilsin.

5. Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 3 otaqlı, 145.94 kv.m ümumi, 84.34 kv.m yaşayış, 61.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 98 nömrəli mənzili yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 3 otaqlı, 145.94 kv.m ümumi, 84.34 kv.m yaşayış, 61.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 98 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin, Cavabdeh həmin mənzildən çıxarılsın, həmin mənzil boşaldılmaqla Banka təhvil verilsin.

6. İpoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 200000 (iki yüz min) manat məbləğində müəyyən edilsin. “xxxx” İKB ASC tərəfindən “Kapital Bank” Yasamal filialına xx.xx.2019-cu il tarixli, TT**********44630 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Məhkəmə qiymətləndirmə ekspertizasının aparılması üçün yerinə yetirilmiş işlərə görə xidmət haqqı olan 300 (üç yüz) manat pul Cavabdeh tutularaq “xxxx” MMC-nə ödənilməlidir (Ünvan: Sumqayıt şəhəri, Corat ŞTQ, ev 581V VÖEN: **********; Bank: “AccessBank” Həzi Aslanov filialı; İban (H/H) AZ88ACAB********************; Kod: 511038; Müxbir hüsab AZ10NABZ******************** (AZN); VÖEN (Bank): **********; SWİFT: ACABAZ22). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar