Məhkəmə qərarları › İş №2(078)-204/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-204/2023

18.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-204/2023 18.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və cavabdehlərin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu tərəfindən ona vurulmuş maddi zərərin, ümumilikdə 5140 (beş min yüz qırx) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, 08 avqust 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 idarə etdiyi “VAZ 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 idarə etdiyi “Ford Fusion” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı o, “VAZ 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə idi. Həmin hadisənin baş verməsində hər iki sürücünün günahı olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona ağır xəsarət dəymişdir. Onun müalicəsi üçün birinci əməliyyat xərcləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilmişdir. Lakin sonrakı, iki və üçüncü əməliyyatları o, Bakı şəhərində keçirdiyindən əməliyyatlara çəkdiyi xərcləri cavabdehlər ona ödəməkdən imtina edirlər. O əməliyyatlar üçün 4300 manat və 6 nəfərdən qan alınması üçün hər birinə 140 manat ödəməklə cəmi 840 manat olmaqla ümumilikdə 5140 (beş min yüz qırx) manat xərc çəkmişdir. Həmin məbləğin geri qaytarılmasını cavabdehlərdən tələb etsə də onlar onun müalicəsi üçün çəkdiyi xərcləri ödəməkdən boyun qaçırırlar. Cavabdehlərin təqsirli hərəkətləri və hərəkətsizliyi nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin həmin şəxslərdən alınıb ona ödənilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki iş üzrə 18 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aralarında bağlanmış barışıq sazişi ilə məhkəməyə müraciət edərək işin məhkəmədə gedişi zamanı aralarında razılığa gəldiklərini və aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər: -Cavabdeh1 İddiaçı ayda 100 (yüz) manat olmaqla, ümumilikdə 1400 (min dörd yüz) manat pulu ödəyəcəyini öhdəsinə götürür; -Cavabdeh2 İddiaçı ayda 100 (yüz) manat olmaqla, ümumilikdə 1400 (min dörd yüz) manat pulu ödəyəcəyini öhdəsinə götürür; -İddiaçı Cavabdeh1 və Cavabdeh2 hər birindən ayrı-ayrılıqda ayda 100 manat olmaqla ümumilikdə 1400 (min dörd yüz) manatı almağı qəbul edir. Ödənişlər sentyabr ayının 30-dan başlamaqla sonrakı ayların 30-u həyata keçiriləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iş materiallarını, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, həmin barışıq sazişi məhkəmə tərəfindən qəbul olunmalı, barışıq sazişinin şərtləri təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 18 sentyabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: -Cavabdeh1 İddiaçı ayda 100 (yüz) manat olmaqla, ümumilikdə 1400 (min dörd yüz) manat pulu ödəyəcəyini öhdəsinə götürür; -Cavabdeh2 İddiaçı ayda 100 (yüz) manat olmaqla, ümumilikdə 1400 (min dörd yüz) manat pulu ödəyəcəyini öhdəsinə götürür; -İddiaçı Cavabdeh1 və Cavabdeh2 hər birindən ayrı-ayrılıqda ayda 100 manat olmaqla ümumilikdə 1400 (min dörd yüz) manatı almağı qəbul edir. Ödənişlər sentyabr ayının 30-dan başlamaqla sonrakı ayların 30-u həyata keçiriləcəkdir. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 18 sentyabr 2023-cü il tarixli barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar