Məhkəmə qərarları › İş №2(078)-205/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-205/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-205/2021 11.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6526.74 (altı min beş yüz iyirmi altı manat yetmiş dörd qəpik) manat əsas borc, 569.51 (beş yüz altmış doqquz manat əlli bir qəpik) manat faiz borcu və 1.17 (bir manat on yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7097.42 (yeddi min doxsan yeddi manat qırx iki qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında xx xxxx 2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış və müqavilənin şərtinə əsasən ona 48 ay müddətinə, illik 22 % ödəmək şərtilə 7500 manat məbləğində kredit verilmişdir. Ərizədə qeyd edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməmiş və nəticədə xx.xx.2020-ci il tarixədək banka 6526.74 (altı min beş yüz iyirmi altı manat yetmiş dörd qəpik) manat əsas borc, 569.51 (beş yüz altmış doqquz manat əlli bir qəpik) manat faiz borcu və 1.17 (bir manat on yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7097.42 (yeddi min doxsan yeddi manat qırx iki qəpik) manat borcu mövcuddur. İddiaçı təşkilat sonda qanunvericilin müvafiq normalarına istinad edərək qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6526.74 (altı min beş yüz iyirmi altı manat yetmiş dörd qəpik) manat əsas borc, 569.51 (beş yüz altmış doqquz manat əlli bir qəpik) manat faiz borcu və 1.17 (bir manat on yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7097.42 (yeddi min doxsan yeddi manat qırx iki qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi İ.Hacıyev məhkəmənin ünvanına sonuncu dəfə xx.xx.2021ci il tarixdə teleqram göndərərək iddianı müdafiə etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, xx.xx.2020-ci il tarixdə saat 09:30-a təyin olunmuş məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, lakin o, məhkəmənin ünvanına xx.xx.2021-ci il tarixdə teleqram göndərərək iddianı qəbul etdiyini, banka borclu olduğu pulu hissə-hissə ödəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Mülki işin materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixdə bağlanmış 6-Y-8- 0-1996-19 nömrəli Kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilatla borclu Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 2-ci bəndinə əsasən Bank borcalana 48 ay müddətinə, illik 22 % ödəmək şərtilə 7500 manat məbləğində kredit vermişdir. xx xxxx 2019-cu il tarixli 6-Y-8-0-1996-19 nömrəli Kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, tərəflər Kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışına əsasən Cavabdeh həmin tarixə Banka ödənilməmiş 6526.74 (altı min beş yüz iyirmi altı manat yetmiş dörd qəpik) manat əsas borc, 569.51 (beş yüz altmış doqquz manat əlli bir qəpik) manat faiz borcu və 1.17 (bir manat on yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7097.42 (yeddi min doxsan yeddi manat qırx iki qəpik) manat borcu mövcuddur. Cavabdeh Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli arayışa əsasən Rzayev X1 şəhəri, Sabir, ev 95 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəflərin teleqramlarını və iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsini müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsini göstərilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iş üzrə Cavabdeh iddianı etiraf etməsi nəzərə alınaraq iddia təmin olunmalı, “xxxx” İKB ASC ilə Cavabdeh ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 6-Y-8- 0-1996-19 nömrəli Kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 6526.74 (altı min beş yüz iyirmi altı manat yetmiş dörd qəpik) manat əsas borc, 569.51 (beş yüz altmış doqquz manat əlli bir qəpik) manat faiz borcu və 1.17 (bir manat on yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7097.42 (yeddi min doxsan yeddi manat qırx iki qəpik) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. “xxxx” İKB ASC ilə Cavabdeh ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 6-Y-8-0-1996-19 nömrəli Kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 6526.74 (altı min beş yüz iyirmi altı manat yetmiş dörd qəpik) manat əsas borc, 569.51 (beş yüz altmış doqquz manat əlli bir qəpik) manat faiz borcu və 1.17 (bir manat on yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7097.42 (yeddi min doxsan yeddi manat qırx iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı İKB ASCnin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar