Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-207/2025 29.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona olan 2500 (iki min beş yüz) manat borcun və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ondan 2500 manat borc pul istəmiş, xx.xx.2024-cü il tarixdə 2500 manat pul borca vermişdir və aralarında borc müqaviləsi bağlanmışdır. Şərtə əsasən cavabdeh ondan borca aldığı pulu xx.xx.2024-cü il tarixədək qaytarmalı idi. Lakin cavabdeh ondan almış olduğu 2500 manat borcunu qaytarmadı. Cavabdeh qarşında götürdüyü öhdəliklərini icra etmədi. Cavabdehə həmin pulun qaytarılması ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq ondan almış olduğu borcu qaytarmadı, ona boş vəd verərərk onu aldatdı. O da məcbur olub Masalla Rayon Polis Şöbəsinə müraciət etmiş, mübahisənin mülki xarakterli olduğunu bildirmişdilər. Odur ki,məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tələbinin hüquqi əsaslandırmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 462.1, 385.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixdə teleqram göndərilərək prosesdə iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin iddia tələbinə etiraz göndərmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli etirazında bildirmişdir ki, onlar arasında 2500 manata borc müqaviləsi formal olaraq bağlanmış olsa da əslində İddiaçı həmin məbləğdə pulu ona maşın almaq məqsədilə beh kimi ödəmişdir. Buna görə də o həmin pulu Dubai şəhərində onunla şərik işləyən şəxsə Elmirin öz yanında göndərmişdir. Elmir vhatsapp vasitəsilə baxıb bəyəndiyi maşını almaq istədiyi üçün Dubaidə olan həmin şəxs Dubaidəki maşınların hərracında iştirak edərək maşını almış, ilkin ödənişi isə o özü etmişdir. Dubaidə olan şirkəti də əlavə özü pul qoyaraq 6849 ABŞ dolları maşının sahibinə verərək bununla bağlı İddiaçı adına invoys açdırmışdır. Maşını Bakı şəhərinə göndərmək istəyəndə İddiaçı fikrindən daşınaraq maşını artıq almaq istəmədiyini bildirib vermiş olduğu pulu tələb etmişdir. Göründüyü kimi Elmirin sifarişinə görə o ziyana düşmüşdür. Lakin bunlara baxmayaraq o Elmirə 600 manat məbləğində pul qaytarmışdır. Həmin pulun 200 manatını əlbəəl şəxsən özünə, qalan 400 manatını isə 2 dəfəyə (300 manat bir, 100 manat da bir) ona məxsus olan kart hesabına kğçürmüşdür. Lakin iddia ərizəsində Elmir ondan 2500 manat məbləğində tələb edir. Bütün bunların nəzərə alınaraq iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh bununla bağlı Etiraz ərizəsinə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli 300 və 100 manat ödənilməsi ilə bağlı qəbzlərin surətləri əlavə edilmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı teleqram göndərərək bildirmişdir ki, xx.xx.2025-ci il, saat 11:40-da təyin olunmuş məhkəməyə, səhhətində yaranmış problemlə bağlı gələ bilməyəcəkdir. Cavabdeh verdiyi pul notarius müqaviləsində qeyd olunduğu kimi, borcun yarandığı yerdə borc bağlanmalıdır, onunla görüşüb, ona pul verdiyi barədə dediyi sözlər yalandır, işə baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borc müqaviləsində qeyd olunmuşdur ki, "Borc verən" "Borc alana" 2500 manat 00 qəpik (iki min beş yüz rmanat sıfır qəpik) məbləğində pulun 1500 (bir min beş yüz) manatını bir banicash back kartı vasitəsi ilə Cavabdeh LEO kartına ödəmiş qalan 1000 (bir min) manatını ise notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc verir. "Borc alan"borcu xx.xx.2024 tarixinədək "Borc verənə" bütöv şəkidə olmaqla qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqeyinin hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə iddiaçı təqdim etdiyi borc müqaviləsi ilə pul məbləğinin cavabdehə verilməsini sübut edir, pulun qaytarılmasını sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında borc müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, borc müqaviləsində müəyyən edilmişpul məbləğini iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Cavabdeh etirazında borcun bir hissəsinin qaytarıldığını bildirir və bununla bağlı bank qəbzləri təqdim edir. Hər iki qəbzə nəzər saldıqda müəyyən edilir ki, pul köçürülən şəxslər üzrə vəsaiti alan kart hesabı 416973******6076 olmaqla qəbul edən EL*******A******* qeyd olunmuşdur. Həmin hesab üzrə 10 avqust 2024-cü il tarixdə 300 manat, 25 sentyabr 2024cü il tarixdə 100 manat pul köçürülmüşdür. Məhkəmə həmin hissədə borcun ödənilməsi və ümumi borcun 400 manat hissəsinin qaytarılması nəticəsinə gəlir. Qalan hissədə borcun qaytarılmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Eləcə də cavabdehin etirazında pulun borc kimi deyil avans kimi ödənilməsi qeyd edilsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda sadalanan hüquq normalarını iş materiallarında olan sübutlarla əlaqəli şəkildə təhlil edir və belə nəticəyə gəlir ki, iş üzrə mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq iddia qismən təmin edilməli, 2100 (iki min yüz) manat pul Cavabdeh alınıb İddiaçı ödənilməli, qalan hissədə tələb əsassız olduğundan rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən xx.xx.2024cü il tarixdə "xxxx" ASC Masallı filialına 15337 nömrəli qəbzlə ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 41 (qırx bir) manat cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2100 (iki min yüz) manat pul alınaraq İddiaçı oğuna ödənilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC Masallı filialına 15337 nömrəli qəbzlə ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 41 (qırx bir) manat Cavabdeh alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-207/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-207/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver