Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-213/2023 14.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı təşkilatın nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, iddiaçı təşkilat "xxxx" (“X6”) Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: "xxxx" (“X6”) Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2518.80 manat əsas borc olan pul məbləğinin "xxxx" MMC-yə alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilatın nümayəndəsi X3 məhkəmə hazırlıq iclasında ərizə yazaraq, hazırda həmin işə baxılmasını istəmədiyini, ona görə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçı təşkilatın nümayəndəsi X2 ərizəsi nəzərə alınmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Odur ki, iddiaçı təşkilat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən 10 yanvar 2023-cü il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 45.20 (qırx beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: "xxxx" (“X6”) Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən 10 yanvar 2023-cü il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 45.20 (qırx beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-213/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-213/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver