Məhkəmə qərarları › İş №2(078)-214/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-214/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-214/2021 11.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 73A ünvanında yerləşən iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********75181 olan Samsung Galaxy A20 markalı telefon üçün 400 (dörd yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində borcun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh alınaraq «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «xxxx» MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Müqavilə bağlanmış və həmin müqaviləyə əsasən «xxxx» MMC tərəfindən Cavabdeh 18 ay müddətinə aylıq ödəniş 33 manat olmaqla 620 manat olan İMEİ kodu **********75181 olan Samsung Galaxy A20 markalı telefon verilmişdir. Ərizədə qeyd edilmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcalanın öhdəliyi icra etməməsi nəticəsində cavabdehin xx.xx.2019-cu il tarixli Müqaviləsinə əsasən alqı-satqı qiyməti 620 manat (18 ay x 33 manat + 26 manat ilkin ödəniş) olan İMEİ kodu **********75181 olan Samsung Galaxy A20 markalı telefon üçün 40 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 220 manat təşkil edir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********75181 olan Samsung Galaxy A20 markalı telefon üçün 400 (dörd yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində borcun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh alınaraq «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00771366 nömrəli Müqavilənin şərtinə əsasən Cavabdeh İMEİ kodu **********75181 olan Samsung Galaxy A20 markalı telefon verilmişdir. xx.xx.2019-cu il tarixli Bildirişdən aydın olur ki, həmin tarixdə Cavabdeh 00771366 nömrəli müqaviləyə əsasən qeyd edilən malı tam qüsursuz halda təhvil almışdır. xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh İMEİ kodu **********75181 olan Samsung Galaxy A20 markalı telefon üçün 400 (dörd yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışa əsasən Əliyev X1 şəhəri, Sabir, ev 95 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2019-cu il tarixli 00771366 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********75181 olan Samsung Galaxy A20 markalı telefon üçün 400 (dörd yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində borc iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə «xxxx» MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı Hökümət Ödəniş Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə xx xxxxxx 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh bildiriş çatmadığından xx xxxxxx 2021-ci il tarixdə bildirişin çatdırılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli X2 Dairəsi üzrə Nümayəndəliyinə məktub göndərilmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00771366 nömrəli müqaviləyə əsaəsn İMEİ kodu **********75181 olan Samsung Galaxy A20 markalı telefon üçün 400 (dörd yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində borc iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. «xxxx» MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı Hökümət Ödəniş Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar